Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:47

Norveçdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunur


Leyla Yunus
Leyla Yunus
Əsas insan haqlarının pozulduğu Azərbaycanda, nə müstəqil ədliyyə sistemi, nə də insanların sərbəst toplaşmaq azadlığı mövcuddur. Bu haqda Rafto Fondunun insan haqlarına həsr olunan simpoziumda çıxış edən Leyla Yunus bildirib.

Müxtəlif işgəncə hallarını misal gətirən hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qeyd edib ki, hüquq pozuntularının istintaqı aparılmır, ölkənin ombudsmanı bu haqda öz hesabatlarında məlumat vermir.

Hüquq müdafiəçisinin sözlərinə görə, cəzasızlıq şəraitində polis işçiləri özlərini sərbəst hiss edir. Leyla Yunus Azərbaycan prezidentinin «heç bir polis işçisi cəzalandırılmayacaq» vədini də yada salaraq qeyd etdi ki, Azərbaycanda 2005-ci ildən sonra rəsmi olaraq müxalifətə şəhərin mərkəzində kütləvi aksiya keçirilməyə icazə verilməyib.

Norveçin Bergen şəhərində Rafto mükafatının təqdimatı ərəfəsində keçirilən bu toplantıda mərasimə dəvət olunan insan haqları müdafiəçiləri iştirak edib.

Simpoziumun əsas məruzəsini Rafto mükafatının builki laureatı AzadlıqRadiosunun müxbiri Məlahət Nəsibova edib. O, Azərbaycanda və Naxçıvanda insan haqlarının pozulması ilə bağlı misallar gətirərək xüsusilə insanların ruhi xəstəxanaya yerləşdirilməsi hallarının artığından narahat olduğunu bildirib.

Rafto mükafatının təqdimatı noyabrın 1-də Bergen şəhərinin Milli Teatrında olacaq.
XS
SM
MD
LG