Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:37

Azərbaycanda «donuz qripi» tapıldı


Ukraynadan gələn Azərbaycan vətəndaşında A/H1N1 virusu («donuz qripi») aşkar edilib
Ukraynadan gələn Azərbaycan vətəndaşında A/H1N1 virusu («donuz qripi») aşkar edilib
Ukraynadan gələn Azərbaycan vətəndaşında A/H1N1 virusu («donuz qripi») aşkar edilib.

Məlumatı AzadlıqRadiosuna Səhiyyə Nazirliyindən veriblər. Xəbərə görə, Kürdəmir sakini olan xəstə Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayıb və oktyabr ayının sonunda Azərbaycana qayıdıb.

Hazırda adı açıqlanmayan xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunur.

Xəstə ilə təmasda olmuş şəxslərlə bağlı kompleks profilaktik tədbirlər həyata keçirilir.
XS
SM
MD
LG