Noyabrın 9-da Berlin divarlarının uçurulmasının 20 ili tamam olur. Berlin divarlarının uçurulması ilə baş qaldıran yeni siyasi proseslərin dalğası Şərqi Avropada, keçmiş SSRİ-də böyük dəyişikliklərə təkan verdi. Xüsusən də tarixinin hansısa mərhələsində ikiyə bölünmüş xalqların milli şüurunun oyanmasında dərin izlər buraxdı. Bu dalğa Azərbaycandan da yan keçmədi. İranla qonşuluqda Naxçıvanda, Cəlilabadda sərhəd dirəkləri çıxarıldı, tikanlı məftillər insanların öz əlilə söküldü. Ancaq Almaniyadan fərqli olaraq bu azərbaycanlıların ayrılığına son qoymadı…
Beləliklə, həmin tarixi proseslər vaxtı Azərbaycan Xalq Cəbhəsinin (AXC) Cəlilabad rayon şöbəsinə rəhbərlik etmiş Miralim Bəhrəmov AzadlıqRadiosunun oxucularını o günlərə qaytarır:
BƏS BİZ?
- Berlin divarlarının uçurulmasından sonra hamı bundan danışırdı. Söhbət təkcə o tarixi faktın təsdiqindən getmirdi. Çoxlarının dilindən bəs biz necə olacağıq sualları eşidilirdi…
- Miralim bəy, necə oldu Cəlilabadda da sərhəd dirəklərinin sökmək qərarına gəldiniz?
- Bunu mənə 1990-cı il yanvarın 4-ü və 5-i Bakıda AXC-nin konfransında Nemət Pənahlı təklif elədi. Artıq buna qədər Naxçıvanda sərhəd dirəkləri sökülmüşdü. Ancaq bu gözlənilən effekti verməmişdi. Biz Cəlilabadda tikanlı məftillərin sökülməsinə yanvarın 18-də başladıq. Məhz bizim təşəbbüsümüzlə İranla sərhəd 5 rayonda tikanlı məftillər söküldü. Buna tək cəbhəçilərin gücü çatmazdı, bu işi bütün rayon camaatı gördü…
- Miralim bəy, bəs sovet əsgərləri sizə müdaxilə etmədilər?
AVTOMATI ALNIMA DİRƏDİLƏR…
- Bacarsaydılar edirdilər. Həmin gün mən Dələli istiqamətinə getmişdim. Sovet qoşunlarının zastavası orada yerləşirdi. Cəmi 25-30 hərbiçi var idi. Məni danışığa çağırdılar. Danışıqlar zamanı avtomatı alnıma dirədilər. Tələb elədilər ki, geri çəkilək. Ancaq orada 15-20 min insan var idi. Mən dedim ki, güllə atsalar, onlardan biri də sağ qalmayacaq. Sonradan komandanlıqla məsləhətləşib, bizdən onlara toxunmayacağımız haqda təminat alıb avtomatların lüləsini yerə endirdilər. İran tərəfdən də iki gün idi sərhəddə dayanıb, səbirsizliklə bizim tikanlı məftilləri sökməyimizi gözləyirdilər. O tərəfdə yarğan vardı. İnsanlar təpənin başında durmuşdular. Biz sərhədi sökən kimi onlar özlərini bizə çatdırmaq üçün uçuruma atmağa başladılar. Qoca, cavan, qadın uşaq bir-birinə qarışmışdı…
- Miralim bəy, sonradan yerli mətbuatda belə fikirlər səsləndi ki, sərhədlərin sökülməsində elə Dövlət Təhlükəsizlik Komitəsi (DTK) maraqlı olub. Məqsəd bundan istifadə edib Azərbaycanda gedən xalq hərəkatını boğmaq idi.
- Əslində DTK qarşısını ala bilmədiyi proseslərdən öz xeyrinə istifadə etmək qərarına gəldi. Müxtəlif adamların dili ilə xalqın bu qəhrəmanlığını, xalqın öz gözündən salmaq yolunu tutdular. Gərək xalq bu çirkin təbliğata inanmasın.
- Bəs o vaxt rayon rəhbərliyi bu məsələyə necə yanaşdı?
BİZ CƏLİLABADDA SOVET HAKİMİYYƏTİNƏ SON QOYMUŞDUQ
- Biz hələ dekabrın 29-da Cəlilabadda sovet hakimiyyətini devirmişdik, kommunist partiyasının idarəçiliyinə son qoyulmuşdu. Cəlilabadı mənim rəhbərlik etdiyim təşkilat komitəsi idarə edirdi.
- Necə oldu ki, Cəlilabadda kommunist partiyasının hakimiyyətinə son qoydunuz?
- Hər şey 1989-cu il sentyabrın 13-dən başladı. Həmin gün biz Cəlilabadda Qarabağ şuarı ilə ilk mitinq keçirirdik. Mitinqin gedişində rayon partiya komitəsinin birinci katibi Eybalı Ağayevin Lənkərandan gələn bir qonağı sillə ilə vurması böyük gərginlik yaratdı. Biz qəzəblənmiş xalqın hiddətindən Eybalı Ağayevi güclə qoruduq. Ancaq bizim tələbimizlə o işdən çıxarıldı. Onun yerinə Masallının keçmiş birinci katibi Ələsgər Qocamanovu təyin etdilər. Biz eşitdik ki, Cəlilabadda xalq hərəkatını susdurmaq üçün bəzi tədbirlər görülür. Bəzi yerlərdə dəmir linglər hazırlanırdı, bu mitinqləri dağıtmaq üçün nəzərdə tutulurdu. Artıq Cəlilabadda fasiləsiz mitinqlər gedirdi. Biz az vaxt ərzində Ələsgər Qocamanovu da istefaya göndərdik. Dekabrın əvvəllərindən rayon birinci katibsiz qalmışdı. Biz açıqca bəyan etmişdi ki, mərkəzin göndərdiyi heç bir birinci katibi rayona buraxmayacağıq. Ancaq rayondakı digər rəsmi qurumlar fəaliyyət göstərirdilər. Bizim onlarla heç bir işimiz yox idi. İstəsəydik hakimiyyəti əla alaq, bu işi asanlıqla görərdik. Ancaq bu bizə lazım deyildi. Açığı o vaxt bütün rayon camaatı xalq cəbhəsini müdafiə edirdi.
- Yaxşı, onda 29 dekabr hadisələri nədən baş verdi?
İRANA GEDƏN BÜTÜN MAŞINLARI DAYANDIRMIŞDIQ…
- Xalq Cəbhəsi bütün respublikada tətil elan etmişdi. Başqa rayonlardan fərqli olaraq Cəlilabadda tətil tam baş tutmuşdu. Biz İrana gedən bütün maşınları dayandırmışdıq. Sərhəddə böyük maşın karvanı yaranmışdı. Sürücülərin çoxu Rusiyanın müxtəlif vilayətlərindən gəlmişdi. Biz onları həm yeməklə təmin edirdik, həm də evləri ilə danışmağa imkanlar yaradırdıq. Dekabrın 28-də respublikanın müxtəlif yerlərindən gətirilən milis qüvvələri bizim çadırlara basqın elədilər. Yüzlərlə fəal həbs edildi. Onlara orada işgəncələr vermişdilər. Sonradan həmin insanlar mitinqdə bədənlərini açıb camaata göstərdilər. Üstəlik onları arvadlarını, qızlarını milis idarəsinə gətirəcəkləri ilə hədələyirmişlər. Artıq gecə həbs olunanların ailə üzvləri milis idarəsinin qarşısına toplaşmışdılar. Şahidlərin deməsinə görə, tutulanları məcbur edirmişlər ki, məni nalayiq sözlərlə təhqir etsinlər. Ancaq həbs edilənlər bundan imtina edib Cəlilabad Xalq Cəbhəsinin himni oxumağa başladılar. Bizim öz himnimiz var idi. Bundan sonra onları susdurmaq üçün içəriyə qaz buraxdılar. Bu da camaatın səbir kasasını daşdırdı. Xalq əvvəlcə milis, sonra da «raykom»un binalarını zəbt etdi. Onlar silahlarını atıb qaçmağa başladılar?
İKİ NƏFƏR AĞIR YARALANDI, BİR NƏFƏR ÖLDÜ…
- Bəs siz nəylə silahlanmışdınız?
- Daşla. Milis atəş açdı, çoxlu yaralanan oldu. Onlardan ikisi ağır yaralandı. Bir nəfər Miryusif Əbilov aldığı güllə yaralarından iki həftə sonra Bakıda vəfat etdi…
- Miralim bəy, bəs sovet qoşunları Cəlilabada nə vaxt gəldilər?
- Bu yanvarın sonu, fevralın əvvəllərində oldu. Mən rayonu tərk etməmiş bəzi şəxslərə zəng vurub onları xəbərdar etdim. Açıqca bildirdim ki, kim təxribat yaratsa, əsgərlərə güllə atsa, sonradan onları sağ buraxmayacağam. Əhali elə mənim tövsiyəm əsasında tankları gül-çiçəklə qarşıladılar. Biz Cəlilabadı qırğından qorumaq istəyirdik.
- Sizi nə vaxt həbs etdilər?
- Martın 7-də Bakıdakı mənzilimdə. Əslində həbsimi mən özüm istədim, yoxsa qaçıb gizlənərdim. Qaçsaydım hərəkatın simasını qoruya bilməyəcəkdik. Artıq Moskvada nəşr edilən mətbu orqanları bizə böhtan atan bəzi məqalələr dərc etmişdilər. Guya mən əhalidən yığılan pulları götürüb, İrana qaçmışdım.
- Bəs nə vaxt azadlığa buraxıldınız?
-15 ay sonra…
- İndi harada işləyirsiniz?
- İşləmirəm, ixtisasca həkiməm, ancaq mənə iş verən yoxdur. Arabir Rusiyaya gedib ailəmi dolandırıram…