Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:42

M.Nəsibova Norveç parlamentində


Məlahət Nəsibova və Norveç parlamentinin spikeri Daq Terye Andersen
Məlahət Nəsibova və Norveç parlamentinin spikeri Daq Terye Andersen


Rafto mükafatının təqdimat mərasimindən sonra Bergendən Osloya gələn Məlahət Nəsibova noyabrın 4-də Norveç parlamentində və Xarici işlər nazirliyində bir sıra görüşlər keçirib.

Norveç xarici işlər nazirinin müavini Elisabeth Walaas Məlahət Nəsibovanı qəbul edərək onu Rafto mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib. Bir saata yaxın davam edən söhbətdə Məlahət Nəsibova Azərbaycandakı sosial və siyasi proseslərlə yaxından maraqlanan müsahibinin suallarına cavab verib.

M.Nəsibova Norveç parlamentinin xarici işlər komitəsinin üzvləri ilə görüşür

Görüşdə Azərbaycanda söz azadlığının vəziyyəti haqda da söhbət gedib. M.Nəsibova qeyd edib ki, qəzet redaktorları Qənimət Zahidovun və Eynulla Fətullayevin məhbəsdən azad olunmasına çalışan demokratik ictimaiyyət nəinki öz məqsədinə nail ola bilir, əkisnə yeni məyusedici faktlarla qarşılaşır: bloqqerlər Emin Milli və Adnan Haçızadə həbs olunur, qəzet redaktoru Novruzəli Məmmədov türmədə vəfat edir.

Vaxtilə Statoil da daxil olmaqla Azərbaycandakı xarici neft şirkətləri müxalifət mətbuatında reklam yerləşdirir, bu yolla onlara iqtisadi dəstək verirdi. Nədənsə, belə təcrübədən imtina olunub. Səbəbini ancaq ehtimal etmək olar..

Norveç hökumətini Azərbaycanda söz azadlığının müdafiəsinə çağıraran M.Nəsibova bildirib ki, Azərbaycanda demokratik dəyərlərin müxtəlif ölkələrin iqtisadi maraqlarının kölgəsində qalmasına yol vermək olmaz.

“Vaxtilə Statoil da daxil olmaqla Azərbaycandakı xarici neft şirkətləri müxalifət mətbuatında reklam yerləşdirir, bu yolla onlara iqtisadi dəstək verirdi. Nədənsə, belə təcrübədən imtina olunub. Səbəbini ancaq ehtimal etmək olar...” – deyə Nəsibova misal gətirib.

Xarici işlər nazirliyindən parlament binasına yollanan M.Nəsibova Norveç parlamentinin Xarici işlər komitəsinin üzvləri ilə görüşüb. Norveç qanunvericiləri ilə söhbət zamanı Avropa Şurasının Azərbaycanla bağlı mövqeyi əsas müzakirə mövzularından biri olub.

2001-ci ildə bu quruma daxil olan Azərbaycanda insan haqları və mətbuat azadlığının vəziyyətinin yaxşılaşması əvəzinə daha da pisləşməsini bir paradoks kimi qiymətləndirən M.Nəsibova xatırladıb ki, 2007-ci ildən bəri Azərbaycanda söz azadlığı ilə bağlı Avropa Şurasında müzakirə aparılmayıb. O, norveçli Thorbyorn Yaqlandın bu quruma rəhbər seçilməsi ilə vəziyyətin dəyişəcəyinə ümid etdiyii bildirib.

M.Nəsibovanın Norveç səfəri davam edir. Noyabrın 5-də və 6-da o, Fredrikstad şəhərində Jurnalist məktəbində təşkil olan seminarda iştirak edir.

XS
SM
MD
LG