«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanun layihəsinə birinci oxunuşdan sonra 70-dən artıq dəyişiklik edilib.
İlkin variantda layihə qeyd olunurdu ki, qanunsuz zəbt olunmuş torpaqlar (mülkiyyət növündən asılı olmayaraq) dövlət ehtiyacı üçün alınanda onun üzərində tikilmiş obyektə görə sahibinə heç bir kompensasiya ödənilmir. Birinci oxunuşdan sonrakı düzəlişə görə isə əgər vətəndaş torpağı zəbt edib orada mülk tikibsə həmin obyektin sahibinə kompensasiya veriləcək.
Noyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanun layihəsini müzakirə edərkən deputat Eldar İbrahimov deyib ki, bu dəyişiklik həm əhalidə narazılıq yaranmaması, həm də insanların hüquqlarının pozulmaması üçün edilib.
Layihəyə görə, dövlət ehtiyacları üçün alınan torpağı və mülkü müvafiq icra hakimiyyəti orqanı qiymətləndirəcək. Alınması nəzərdə tutulan torpaqların üzərindəki mülk sahiblərinə 1 ay əvvəldən xəbərdarlıq ediləcək. Əgər vətəndaş təklif olunan qiymətdən narazı qalsa, o 90 gün müddətində məhkəməyə müraciət edə bilər.
Məhkəmə icra hakimiyyətinin qiymət barədə qərarını qüvvədə saxlasa mülk boşaldılmalıdır.
Dövlət ehtiyacları dedikdə, dövlət əhəmiyyətli yollar, digər kommunikasiya xətləri, magistral neft və qaz kəmərləri, kanalizasiya, yüksək gərginlikli elektrik xətləri, hidrotexniki qurğular çəkilməsi üçün torpaqların alınması nəzərdə tutulur.
İcarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş məhdudiyyətdən asılı olmayaraq xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan torpaqların üzərində istifadə və icra hüquqlarının dövlət ehtiyacları üçün geri alınması nəzərdə tutulub.
Qanun layihəsi 2-cü oxunuş üçün parlamentin müzakirəsinə tövsiyə olunub.