Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:44

«Ramiz Mehdiyev dedi, müxalifət cavab verdi»


Ramiz Mehdiyevin müxalifətin sosial dayaqlarının tükənməsi barədə fikrinə müxalifət fəalları münasibət bildirib
Ramiz Mehdiyevin müxalifətin sosial dayaqlarının tükənməsi barədə fikrinə müxalifət fəalları münasibət bildirib
«Yeni Müsavat»: Ramiz Mehdiyevin bələdiyyə seçkilərində iştirak etmək istəyən müxalifətin sosial dayaqlarının tükənməsi barədə fikrinə müxalifət fəalları münasibət bildirib.

Arif Hacılı: «Ramiz Mehdiyev əhalinin 90 faizindən də çoxunun bu rejimdən narazı olmasını yaxşı bilir».

İqbal Ağazadə: «Azca demokratik şərait yaradılsaydı, seçicilərin əksəriyyəti bizim arxamızda dayanardı».

«Azadlıq»: Nəticəsiz qalan Münhen danışıqlarının nəticəsi

«Biz Azərbaycan prezidentinin bu cür bəyanatlarına alışmışıq». Edvard Nalbandyan: «Azərbaycan tərəfinin dediklərinin əksinə olaraq danışıqlardı Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması müzakirə edilmir».

«Şərq»: «Biz konkret nəticə gözləyirik»

Asim Mollazadə: «Münhen görüşündən sonra həmsədrlərin nikbin bəyanatları olub. Amma gözləyək görək, Azərbaycan tərəfi bu prosesi necə qiymətləndirir».

«Bizim Yol»: Masallı üsyana qalxdı

Minlərlə insan icra başçısına qarşı yürüş keçirdi, YAP-çı deputatlar kütləyə qoşuldu. Onlar Masallıda bələdiyyə üzvlüyünə namizədlər Çingiz Həşimov və onun oğlu Yavər Həşimovun həbsinə etiraz edirlər.

«Bakı Xəbər»: Qurbanlıq qoyun alverçiləri gizli qiymət sövdələşmələrinə başladı

Qiymət və kəsilmənin sanitariya normalarına uyğunluğu ciddi narahatlıqlar doğurub. Elşad Miri: «Bahalaşma yolverilməzdir». İmran Abdullayev: «Lazımdır ki, kəsilmə mərkəzləşdirilmiş qaydada aparılsın».

«Azərbaycan»: Kompleks inkişafın uğurlu bünövrəsi

6 il əvvəl ölkə başçısının imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərman çoxsaylı dövlət proqramları üçün fundamental baza rolunu oynadı.

«525-ci qəzet»: «Yaradılan gündən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindəndir»

Bu ilin dekabr ayında Dövlət Neft Fondunun (DNF) fəaliyyətinin 10 ili tamam olur. «525-ci qəzet»in Fondun ötən on ildəki fəaliyyəti və gələcək planları ilə bağlı suallarını DNF-nin İcraçı direktoru Şahmar Mövsümov cavablandırıb.

«Yeni Azərbaycan»: Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər ciddi müzakirə olunacaq

Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov belə deyir. Ramiz Mehdiyev akademiyada keçirilən görüşdə humanitar və ictimai elmlər sahəsində problemlərdən danışıb.
XS
SM
MD
LG