Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:03

Deputat Ramiz Mehdiyevi ittiham edir


Əhəd Abıyev bildirir ki, o prezidentin siyasətini dəstəkləyir, amma Ramiz Mehdiyev əməllərindən əl çəkməlidir
Əhəd Abıyev bildirir ki, o prezidentin siyasətini dəstəkləyir, amma Ramiz Mehdiyev əməllərindən əl çəkməlidir
Deputat Əhəd Abıyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi qanun pozuntularına şərait yaratmaqda ittiham edir.

Millət vəkili bildirir ki, Masallı rayonunda bu yaxınlarda həbs olunmuş Çingiz Haşımovun azadlığa buraxılmaması üçün Ramiz Mehdiyev Ali Məhkəmə və Baş Prokurorluğa göstəriş verib. Deputat bunu noyabrın 26-da parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Parlamentin ötən iclasında deputat bildirmişdi ki, bələdiyyəyə namizədliyini verdiyi üçün Çingiz Haşımov və oğlu həbs olunmuşdu.

İndi isə o iddia edir ki, bu prosesdə Prezident Administrasiyasının rəhbəri iştirak edir. Deputat onun qəbuluna düşməyə cəhd edib ancaq alınmayıb, onun yaxın adamları ilə telefon danışıqları da Ramiz Mehdiyevin bu prosesdən çəkilməsinin qarşısını ala bilməyib.

Əhəd Abıyev bildirir ki, o prezidentin siyasətini dəstəkləyir, amma Ramiz Mehdiyev əməllərindən əl çəkməlidir: «Düzdür ağsaqqaldır, hörməti var. Amma belə işlər görməklə düzgün eləmir».

Deputat həyatı üçün təhlükə yarandığını da bildirib. Deyir ki, elə vəziyyət yaranıb ki, o, hər dəfə evdən çıxanda hər ehtimala qarşı hamı ilə vidalaşır.
XS
SM
MD
LG