Valideynləri həbsdə olan bloqçu Emin Milli ilə görüşüb. Bu barədə AzadlıqRadiosuna Emin Millinin anası Natella Abdullayeva məlumat verib:
«Birinci dəfədir ki, oğlumla görüş alıram. Emin saxlanma şəraitindən razılıq edir. İndi səhhəti də yaxşıdır. Bir qədər əvvəl qripə yoluxmuşdu. Ona dərman göndərdim. İndi vəziyyəti yaxşıdır».
Ancaq Natella Abdullayeva görüş şəraitindən razı qalmadığını deyib:
«Şüşə arxasından görüşdük. Daha yaxından görüşməyə imkan verilmədi».
Emin Milli Kürdəxanadakı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Noyabrın 11-də bloqçular Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar.