İstanbuldakı «ümumi ev»lərdə işləyən qadınların hüquqlarını müdafiə edən «İnsan kimi yaşayışı dəstəkləmə dərnəyi»nin baş katibi Okşan Öztok hökumətə müraciət edərək, son dövrlərdə tez-tez gündəliyə gələn «açılım» layihələrinə bir layihənin də əlavə edilməsini istəyib. Həyat qadınları üçün «Vicdan açılımı» tələb edən Okşan Öztokun yazılı açıqlamasında bu sətirlər öz əksini tapıb:
«Son günlərdə cəmiyyətdə müzakirə edilən erməni, kürd, alevi, qaraçı «açılım»ları kimi tabulaşan problemlərin həlli üçün atılan addımları diqqətlə izləməkdəyik. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğan 1994-cü ildəki bələdiyyə seçkiləri ərəfəsində ovaxtkı Rifah Partiyasından İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olarkən mətbuata minlərlə qadına ümid olan bir açıqlama verərək demişdi: «Qərarlıyam.Ümumi evlər qəti şəkildə qapadılacaq. Çünki mən öləndə dalımca «qadın satdırırdı» - dedizdirmərəm. Mən qadını «Yaradanın cənnəti ayaqları altına verdiyi bir varlıq» kimi görürəm. Yaradan qadını kişinin ayaqları altına sərmir. Cənnətin ayaqları altına sərilən o uca varlığı necə ola bilər ki, satarıq?».
Hörmətli baş nazirimiz, bu vəziyyət insan hüquqlarına ziddir. Bu qadınlar sizə səs veriblər. Bu gün yaşı 50-60-ı keçən bir çox qadın sosial sığorta qurumuna olan borcunu ödəyib pensiyaya çıxa bilmək üçün ümumi evlərdə nəvəsi yaşında olan uşaqların satın ala biləcəyi əmtəə vəziyyətindədir. Səbəbi nə olursa-olsun, bu qadınlar haqsızlığa məruz qalıb. Onlar peşman və tövbəkardırlar. Sizdən həyat qadınları barədə «Vicdan açılımı» istəyirik.
1. Bütün həyat qadınlarının sosial sığorta qurumuna olan borclarının dövlət tərəfindən ödənilməsini istəyirik.
2. Staja baxmadan bu insanlara adam kimi yaşaya biləcəkləri pensiya verilsin.
3. Evi olmayanlara baş nazirin icra aparatına bağlı mənzil idarəsindən ev verilsin.
4. Bu qadınların iş arxivindəki qeydləri yandırılsın.
5. Bu qadınların uşaqlarının hərbi, polis orqanlarına və dövlət məmurluğuna işə girmələri üçün əngəllər aradan qaldırılsın».
İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaş bir neçə ay əvvəl şəhərdəki ümumi evlərin qapadılacağını açıqlayıb. Ancaq daha sonra bələdiyyə bu qərarını həyata keçirməyib.
İstanbuldakı ümumi evlər XX əsrin əvvəlində yaradılıb. Ümumi evlərin uzun illər sahibi olan Matilda Manukyan bir neçə il qabaq ölərkən varislərinə külli miqdarda sərvət və daşınmaz əmlak qoyub gedib. Manukyan 10 dəfə Türkiyənin vergi rekordçusu olub. Manukyanın oğlu Kerop Çilingir anası öləndən sonra Türkiyəni tərk edib.