Moskvada yaşayan ünlü Azərbaycan yazıçısı Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb. «Açıqlanmış sətiraltı» («Osvobojdennıy podtekst») alanan kitaba yazıçının 3 romanı (triptix) daxil edilib. AzadlıqRadiosunun «Can Bakı» proqramı xəbəri eşidən kimi ünlü yazıçının kefini soruşmaq qərarına gəldi.
S.İ.: Çingiz bəy, xoş gördük Sizi! Xatirələr kitabınızdan bir neçə ay sonra daha bir kitabınızın çıxması xəbəri yayıldı. AzadlıqRadiosunun təbriklərini qəbul edin!
Ç.H.: O iki kitab arasında bir yaxınlıq da var. Birinci kitab həyat yolumun bir parçasıdır. Təzə çıxan kitab isə yaradıcılıq həyatımın bir parçası sayıla bilər. İş elə gətirdi ki, bir ilə düşdü. Bir növ yekun oldu. Yekun demək istəməzdim. Başqa yazılar yazmaq fikrim də var. Onda belə ifadə edim: Bu iki kitabın çıxması keçmiş həyatımın əksi, yekunu kimi oldu.
YALAN SÖZ AZADLIĞI BOLDUR!
S.İ.: Hansı romanlarınızı salmısınız bu kitaba?
Ç.H.: Çağdaş dövrə həsr olunmuş romanlarımı. 3 tarixi romandan başqa müasir dövrlə bağlı 3 roman da yazmışam. Bura «Məhəmməd. Məmməd. Məmiş», «Ailə gizlinləri» və «Tamaşalı oyunlar» daxildir. Birincisi 60-cı, ikincisi 70-ci, üçüncüsü isə 80-ci illəri əhatə edir. Baxdım ki, bu romanlar çox müasir səslənir. Göstərdiyim konfliktlər, xarakterlər, hadisələr indi də yaşamaqdadır. Və daha qabarıq şəkildə özünü göstərməkdədir. Bu romanların çapı çox mürəkkəb oldu. Hər əsərin çap tarixi var. Senzura çoxmərtəbəli işdir. Redaktor, rəyçi, nəşriyyat redaktoru, senzor baxışı və s. «Açıqlanmış sətiraltı»nı yazanda nəzərdə tutmuşam ki, bəzi eyhamlar, gizli mənalar, xarakterlər və s. üzə çıxarılsın. Senzura tərəfindən pozulmuş, ixtisar olunmuş hissələr bərpa edilsin. Kitabda bilinir. Onları—çıxarılan yerləri qara hərflərlə vermişəm. Bəzi atılmış hissələrə qeydlər də yazmışam. Ümumiyyətlə, Sovet ədəbiyyatında böyük təsdiqedici, tərifedici axınla bərabər, balaca bir leqal—üzə çıxan, gizli məna daşıyan tənqidi yazılar da çıxırdı. Açıq tənqid olan yazılar xaricdə çıxırdı. Gizli tənqid özünə yol tapa bilirdi. Ezop dili, sətiraltı mənalar o dövrün məhsulu idi. İndi vəziyyət elədir ki, nə istəsən yaza bilərsən. Ancaq o da şərtidir. 90-cı illərdə bu mümkün idi. Get-gedə mürəkkəbləşir. Yalan söz azadlığı boldur. Gerçək söz azadlığının qarşısına maneələr çıxır. Bu kitabda mən göstərmişəm ki, azad sözü boğmaq mümkün deyil. Həqiqi söz gec-tez üzə çıxmalıdır, çıxacaq da. Söz işğalı, qələm işğalı deyəndə, məhz həqiqəti qələmə almaq nəzərdə tutulur.
«GİZLİNLƏR» BAKIDA QADAĞAN OLUNDU!
S.İ.: Çingiz bəy, «Ailə gizlinləri» ilk dəfə nə vaxt çıxmışdı?
Ç.H.: 60-cı illərin sonundan başlamışdım yazmağa. 70-lərin məhsuludur. Yazdım, amma çap etdirə bilmədim. «Drujba narodov» jurnalı qəti şəkildə rədd elədi - onların müəllifi olmağıma baxmayaraq. «Sovetski pisatel» nəşriyyatı isə 5 il saxladı. Dedilər ki, hiss olunur kimləri, hansı dövrü nəzərdə tutursan. Bunları gizlətmək lazımdır. Nə qədər yenidən işlədim, dedilər bilinir hər şey… Əsər tapmaca əsəri idi, rebus idi. Yalnız bu hadisələrdən xəbəri olanlar dərk edə bilərdilər bu kitabı. 1985-ci ildə kitab çap olundu və Bakıda satışı qadağan olundu. «Minuvşee navstreçu» («Keçən günə gün çatmaz») kitabımda bu tarixi yazmışam. Mənim rus dilində yazmağım ondan oldu ki, «Məhəmməd. Məmməd. Məmiş»i çap etmədilər Azərbaycan dilində. Mən özüm tərcümə elədim onu ruscaya. Gördüm Azərbaycan dilində ciddi problemlərdən yazmaq və çap olunmaq mümkün deyil. Ona görə də, doğma rus dilində yazmağa başladım… Təkcə bir əsərim Azərbaycanca çıxıb. Qalanlar, təəssüf ki, rus dilində yaşayır.
HƏQİQƏTİ QULAQ EŞİTMƏLİDİR!
S.İ.: Bu kitab – «Ailə gizlinləri» həyatınızda hansı rol oynadı?
Ç.H.: Bilirsinizmi, 3 min ildir bədii ədəbiyyat yaranmaqdadır. Insanları insan olmağa çağırmaqdadır. Amma təsiredici qüvvəsi o qədər də görünmür. Bu əsərdə, elə bil ki, insanların demək istədiyini, amma deyə bilmədiyini onların əvəzindən mən dedim. İnanmıram ki, mənim bəzi yazılarım indinin özündə çıxa bilərdi. Mən mətbuatı izləyirəm. Görürəm ki, orada həqiqəti yazmağa çəkinirlər. Çünki təhlükəlidir. Halbuki hər bir cəmiyyətdə, hər bir iqtidarda ədəbiyyat həqiqəti yazmalıdır. Çünki ədəbiyyatın vəzifəsi budur. İqtidara da həyatı öyrənmək üçün ciddi ədəbiyyat lazımdır. Keçmiş hökmdarlar nahaqdan təlxək saxlamırdılar ki? Hər halda həqiqəti qulaq eşitməlidir.
S.İ.: Açıqlanmış sətiraltılar hansı əsərinizdə çoxdur?
Ç.H.: Məncə, daha çox «Ailə gizlinləri»ndə və «Tamaşalı oyunlar»dadır. «Məhəmməd. Məmməd. Məmiş»də də bəzi ixtisarlar oldu, amma senzuradan keçirə bildik. O zaman bizim Heydər Əliyeviç dediyimiz böyük şəxsiyyətimiz də mübarizə edirdi. Qələm də o mübarizəyə yardım etmək istəyirdi. Ancaq nədənsə ədəbiyyatın bu missiyası iqtidarın xoşuna gəlmədi o vaxt. Dediyim mübarizənin nəticəsi də bəlli oldu axırda. O üzdən, dediyim kitab senzuradan çıxa bildi. Elə mürəkkəb süjet xətti vardı ki, baş açmadılar. Amma «Ailə gizlinləri» çox böyük çətinliklərlə rastlaşdı. Nəhayət, çıxdı…
YAZMASAN OLMUR, YAZANDA DA OLMUR…
S.İ.: Kitab necə qarşılandı?
Ç.H.: Yaxşı qarşılandı. Sizə maraqlı bir hadisə danışım. Xalq hərəkatı dövründə mənim yanıma Xalq Cəbhəsinin nümayəndəsi gəlmişdi. Dedi ki, yazdığınız əsərlərdə olan hadisələr, tiplər, şəxslər artıq tarixdən silindi. «Gizlinlər» də əhəmiyyətini itirməkdədir. Çünki o dövr arxada qaldı, silindi, pozuldu tarixdən. Bu əsər yaşamayacaq. Mən incidim. Dedim əsər konkret şəxsə, konkret tarixə aid deyil. Dedi, yox, siz yeni dövrün tarixini yazmalısınız…Sonra çərxi-fələk elə fırlandı ki, bu əsər Azərbaycanda aktual əsərə çevrildi. Bilmirəm, bu dediklərim gedəcək, ya yox?
Sİ.: Hər şey gedəcək. Bizdə senzura yoxdur! (Gülüşmə)
Ç.H.: Hətta müxalifət bu əsəri bir növ bayrağa çevirmişdi. «Ay iqtidar dairələri, bu əsəri bir daha oxuyun!» tipli çağırışlar da vardı. Mən əvvəllər də demişəm, sovet dövründəki oyunlar indiki oyunların yanında uşaq oyuncağıdır. Tez-tez mənəviyyatdan, namusdan söz açırdıq, qudurğanlığı pisləyirdik. İndi bu xüsusiyyətlər çiçəklənmə dövrünü yaşayır. Qudurğanlıq aşıb-daşır. Elə bil ki, dünyanın axırıdır, qaphaqap dövrünə çatmışıq. Yazmasan olmur. Yazanda da olmur. Lap o misaldakı kimi: Deyirəm, dilim yanır, Demirəm içim yanır…
SİYASİ BÜRO DÖVRÜ AZƏRBAYCANDA BAYRAM KİMİ QEYD EDİLİR…
S.İ.: Çingiz bəy, «Gizlinlər»dən sonra Bakıya gəldinizmi?
Ç.H.: Gəlmişdim. Özü də, çıxan kimi gəlmişdim. 1986-cı ildə Yazıçılar İttifaqının qurultayına gəlmişdim. Rəyasət Heyətində oturmuşdum. Keçmiş birinci katib (Kamran Bağırov) elə reaksiya verdi ki… Hücuma keçdi birbaşa, dedi bizi təhqir eləmisiniz. Mən sizi tanımıram, tanımaq da istəmirəm və s. Halbuki, əvvəllər yaxşı münasibətimiz var idi. Kitab satışdan götürüldü. Əslində isə, əsəri elə yazmışdım ki, Azərbaycan adı yox idi, Bakı adı yox idi. Hətta küçə adlarını da dəyişmişdim. Kitab yenidənqurma ərəfəsində çıxmışdı. Hələ Çernenko sağ idi. Sovet quruluşu davam edirdi. Mən təkcə Azərbaycanı nəzərdə tutmamışdım. Paradoksal vəziyyət yaranıb. Bu dövr—Politbüro dövrü indi Azərbaycanda bayram kimi qeyd olunur. Məntiqlə bunu izah etmək mümkün deyil. Onda gəlin, Brejnevə heykəl qoyaq. Heykəl demişkən, sizin dünənki zənginizdən sonra gecə çox pis yatdım. Fikirləşirdim ki, Sibirdə çox böyük xidmətləri olan Azərbaycanlı var—Fərman Salmanov, niyə ona heykəl qoymayaq? Mirzə Kazım Bəyə niyə Qazanda heykəl qoymayaq? Rusiyada oxuyan Zərdabiyə niyə heykəl qoymayaq? 1917-ci ildə M.Ə.Rəsulzadə Moskvada gurultulu çıxış etmişdi. Gəlin, ona da heykəl qoyaq.
S.İ.: Əmin Bəyin heç Bakıda heykəli yoxdur…
Ç.H.: Yoxdur, bilirəm. Mən qudurğanlıq deyəndə, bunu nəzərdə tuturdum. Gəlin, Azərbaycan dövlətinə müraciət edək. Müslüm Maqomayevə Moskvada heykəl qoyaq! Azərbaycanı tanıdan, başını ucaldan şəxslərə heykəl qoyaq!
S.İ.; Çingiz bəy, çox sağ olun. Sizin nə qədər vaxtınızı aldım…
Ç.H.: Fikirlərimdəki dolaşıqlığı yuxusuzluğuma bağışlayın.
S.İ.: Hər şey normal idi. Təşəkkür edirəm.
Ç.H.: Sağ olun, Sevda xanım.