Dekabrın 5-i səhər Nardarana elektrik enerjisinin verilməsi yenidən dayandırılsa da, artıq bərpa olunub. Qəsəbə sakinləri AzadlıqRadiosunun müxbirinə bildiriblər ki, «Bakıelektrikşəbəkə»dən onlara 340 min manat borcları olduğunu deyiblər. Sakinlər deyirlər ki, onlar bu məbləği ödəmək iqtidarında deyillər və borc tək onlara yox, qonşu Bilgəh, Maştağa və digər kəndlərə də aiddir. «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə AzadlıqRadiosuna bildirib ki, işıqların kəsilməsi «texniki səbəblə» bağlı olub: «Üç il yarımdır bu qəsəbədə elektrik sayğacları qoymağa çalışırıq, amma sakinlər buna imkan vermirlər. Danışıqlar olacaq, danışıqların nəticəsinə uyğun qərar veriləcək». Tanrıverdi Mustafayev dəqiq məbləği xatırlamasa da, ümumilikdə son üç il yarımda Nardaranın elektrik enerjisinin haqqını ödəmədiyini bildirir: «Bütün abonentlər bizim üçün eynidir. Kim pulunu ödəyirsə, 24 saat işığını alır. Kim ödəmirsə, xəbərdarlıq olunur, xəbərdarlıq müddətində ödəməyəndə təchizat dayanır. Eləsi var ki, 3 il yarım ərzində heç 1 manat da ödəməyib». HƏMÇİNİN OXU: Nardaranda işıq aksiyası |
Buna da bax:
Azadlıq Trend
1