Nardaran sakinləri bu dəfə də kəndin bələdiyyəsiz qalacağından narahatdır. İndiyə qədər bələdiyyəsi olmayan kəndin Ağsaqqallar Şurasının üzvü Natiq Kərimov deyir ki, namizədlər qeydə alınmağa başlanandan camaat arasında narazılıqlar yaranıb. Səbəb də odur ki, camaatın istəmədiyi adamların namizədliyi qeydə alınıb, istəyənlərinsə yox.
NARDARANDA BƏLƏDİYYƏNİN OLMASINI İSTƏMƏYƏN QÜVVƏLƏR VAR
İndi isə seçkinin baş tutmaması üçün başqa səbəb də ortaya çıxıb. Namizədlər namizədliklərini geri götürməyə başlayıb:
«Əvvəl icra hakimiyyətinin nəzarəti altında 15 nəfəri qeydə aldılar. Ancaq indi namizədlər bir-bir geri götürürlər. İndi 11 nəfər qalıb. Demək yenə bələdiyyə seçkisi baş tutmayacaq. Nardaranda bələdiyyənin olmasını istəməyən qüvvələr var».
Nardaran bələdiyyəsinin 11 yeri uğrunda 15 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 8-i YAP-çı, 7-i bitərəfdir. Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasim Əlizadə də deyir ki, kənd sakinləri namizədliyi qeydə alınmış şəxsləri qəbul eləmədiklərindən onlar namizədliklərini geri götürürlər:
«BU, HÖKUMƏTƏ SƏRF ELƏMİR…»
«Namizədliyi qeydə alınmış sifarişli namizədlərdən 5 nəfəri camaatın etirazını görüb MSK-ya müraciət ediblər. Onlar namizədliklərini geri götürüblər. Seçki uğrunda 11 yer uğrunda mübarizə aparılırdı. Alternativ yoxdursa, seçki boykot olur».
Rasim Əlizadə deyir ki, hökumət Nardaranda bələdiyyə seçkisi keçirməkdə maraqlı deyil.
11 YER UĞRUNDA 11 NAMİZƏD
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, əgər alternativ yoxdursa, seçki baş tutmamış sayılır:
«Alternativ yoxdursa, seçki keçirilməsi düzgün deyil, bu demokratiyaya ziddir. Nardaranda ən azı bir yerə iki namizədin olması təmin olunmalıydı. Partiyaların nümayəndələri deyirlər ki, biz 12 namizəd irəli sürmüşdük, heç birini qeydə almadılar. Əgər orada 11 yer uğrunda 11 namizəd mübarizə aparacaqsa, hansı mübarizədən danışmaq olar?»
Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, qeydə alınmış şəxslərin namizədliklərini geri götürmələri haqqında rəsmi məlumat yoxdur. Ona görə də Mərkəzi Seçki Komissiyasının seçkinin keçirilib-keçirilməyəcəyi haqqında rəsmi qərarı da yoxdur:
«Seçkinin baş tutmaması üçün əsas olarsa, bunun üçün MSK-nın qərarı olmalıdır. Ancaq hələ ki, Nardaran kəndində bələdiyyə seçkisinin baş tutmamasına əsas ola biləcək MSK-ya rəsmi şəkildə məlumat daxil olmayıb. 15 nəfərin namizədliyi qeydə alınıb. Kiminsə namizədliyinin geri götürülməsiylə bağlı məlumat yoxdur».
Amma həm Natiq Kərimov, həm də Rasim Əlizadə namizədliyini geri götürmüş şəxslərin rəsmən MSK-ya müraciət etdiklərini deyir.
NARDARANDA 1999-CU İLDƏN BƏLƏDİYYƏ SEÇKİSİ BAŞ TUTMUR
Kənd sakinləri həmin vaxt bələdiyyə üzvlərinin Sabunçu rayon icra hakimiyyətinin müəyyənləşdirməsinə etiraz edib seçkini boykot etmişdilər.
2004-cü ildə ikinci dəfə keçirilən ikinci bələdiyyə seçkisində alternativsizliyə görə seçki baş tutmamışdı.
Bu ilin 23 dekabr seçkisinin keçirilib-keçirilməyəcəyi də camaata indilik qaranlıq görünür. Kənd sakinləri deyirlər ki, bu dəfə də seçki baş tutmasa, onlar təkrar seçki keçirilməsini tələb edəcəklər.

Məhərrəm Zülfüqarlı
Çünki kənd camaatı düzgün seçki keçirilməsini tələb edir, bu da hökumətə sərf eləmir. 11 YER UĞRUNDA 11 NAMİZƏD