Polşada dərc olunan nüfuzlu «Siyasi tənqid» jurnalının baş redaktoru Slavomir Şerakovski Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. O, «Amnesty International»ın Praqada təşkil etdiyi Beynəlxalq Məktub Yazma Marafonuna qatılıb.
Şerakovski öz məktubunda Azərbaycanda iqtidarın insan haqlarını pozmasından narahat olduğunu bildirir və bloqqerlər Adnan Hacızadə ilə Emin Millini azad etməyə çağırır.
Şerakovski AzadlıqRadiosuna deyib ki, «yalnız Azərbaycan xalqı özü ölkədə real nələrisə dəyişə bilər. Ancaq sözsüz ki, Polşada repressiyalar olanda, beynəlxalq təzyiqlər də çox önəmli rol oynamışdı. Odur ki, biz bu cür məktubları, müraciətləri davam etməliyik».