Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:13

İPƏK YOLUNUN İKİNCİ HƏFƏSİ


Böhrandan sonra öz mövcudluğunu saxlamaq uğrunda carpışan, iş yerlərini qorumaq istəyən Amerika iqtisaqtiyatına xoş xəbər var. Onun ən sabit və etibarlı dostlarından biri qərara gəlib ki, 2,6 milyard dollarlıq sifarişi Amerikaya versin, buradakı orta və kiçik şirkətlərin köməyi ilə öz ölkəsində müasir avtomobil yolu tiksin.

Azərbaycanın orta və kiçik həcmli Amerika müəssisələri üçün nəzərdə tutduğu 2,6 milyardlıq “həvəsləndirmə paketi” olduqca yerinə düşür.

48 yaşlı Azərbaycan prezidenti İlham Əliyevin 21-ci əsrin şosse yolunun tikintisinə Amerika şirkətlərinin dəvət etməsi Amerikada yeni iş yerlərinin açılmasına kömək edəcək, ABŞ iqtisadiyyatında xidmət və istehsalın həcmini artıracaq. Yeni yolların yüksək dünya standartları səviyyəsində tikilməsi üçün cənab Əliyev Ameikadan peşəkar işçi qüvvəsi, texnologiya və xammal idxal etmək qərarına gəlib.

Ameika bazarında infrastruktur işlərinin kəskin şəkildə azaldığı bir dövrdə Kaliforniya, Pennsilvaniya, Florida, Viskonsin, İndiana, Vircinia, Tennessi və Mərilənd ştatlarından kiçik və orta müəssisələr bu layihəyə cəlb olunacaqlar.

İmzalanan layihəyə əsasən qədim İpək yolunun bir hissəsində, Azərbaycanın Şərq-Qərb dəhlizi boyu sürətli şosse yolu inşa ediləcək. Yolun çəkilişi Virciniyada yerləşən şirkətin rəhbərliyi altında Ameikadan gətirilən nou-hau, texnologiya və materialların hesabına həyata keçiriləcək. Tikilən şosse həm də Yaşıl marşrut olacaq, başqa sözlə ilk dəfə olaraq karbon tullantılarının azaldılmasına yönələn nanotexnologiyasından istifadə olunacaq.

Təsəvvür etmək çətindir ki, cəmi hansısa 20 il əvvəl Azərbaycan Sovetlər Birliyinin tərkibində bir müsəlman respublikası idi. Amma 8 milyonluq bu millətin ötən dövr ərzində nail olduqlarına inanmaq bundan da çətindir. 18 il əvvəl Sovet qoşunları “islam fundamentalizmini əzmək” adı altında, amma əslində azadlıq və müstəqillik uğrunda mübarizə aparam milli hərəkatı yatırtmaq üçün Bakıya daxil oldu.

1990-cı ilin həmin qanlı yanvar gecəsi millətin bütün ümidləri məhv olmuş kimi görünürdü. Bu gün Azərbaycan müstəqil və dinamik bir ölkədir. O, totalitar Sovet sisteminin dağntıları arasından ayağa qalxaraq ağrılı yollarla demokratiyaya keçdi. Bu ölkə həm də Amerikanın yaxın dostu və strateji əhəmiyyət kəsb edən bir regionda Birləşmiş Ştatların güclü müttəfiqidir.

Ərazisi Cənubi Karolina ştatı boyda olan, dirçələn Rusiya ilə ekstremist İranın məngənəsində yerləşən bu dünyəvi müsəlman ölkəsi sürətlə Xəzərin Küveytinə çevrilir. Bu gün Azərbaycanın Neft fondundakı vəsaitin miqdarı 25 milyard dollardır və 2016-cı ilə qədər ölkənin valyuta ehtiyyatlarının (Avropaya qaz satışından əldə olunan gəlir bura daxil deyil) 200 milyard dollara çataçağı gözlənilir. Aydındır ki, Vaşinqton Azərbaycanı gözdən qoymamalıdır.

Böyük Amerika şirkətlərinə (Ceneral Elektrik Azərenerji şirkətini elektrik istehsal edən turbinlərlə təmin edir, Ekson və Şevron isə ARDNŞ-lə birlikdə Azərbaycanın neft və qaz sənayesinin inkişafında iştirak edir) yer verən cənab Əliyevin indi də kiçik və orta Amerika müəssisələrini ölkəyə dəvət etməsi təsadüfi deyil.

Onun məqsədi, ilk növədə imkan daxilində daha çox Amerika ştatı ilə geniş iqtisadi əlaqə qurmaq, ikincisi isə yerli tikinti şirkətlərinə (məsələn, Azərinşaatservise) Amerikanın innovasiyaya meylli kiçik müəssisələrindən iş təcrübəsini və müasir texnologiyanın tətbiqini öyrənmək üçün şərait yaratmaqdır.

Azərbaycanın Amerika ilə əməkdaşlığı dünya standartlarına uyğun şosse yolunun tikintisi ilə məhdudlaşmır. Xəzər dənizinin neft və qaz yataqlarının maneəsiz olaraq kəşfiyyatı, istismarı və dünya bazarına nəql olunmasında Bakı və Vasınqtonun məqsədləri ust-ustə düşür.

Məsələn, hazırda Vaşinqtonun səyləri Rusiyadan yan keçməklə Avropanın qaz idxalını təmin etməyə yönəlib. Azərbaycan bu səyləri dəstəkləyir. Bəzi qonşularından fəqrli olaraq Azərbaycanın məsuliyyətli rəhbərliyi, iqtisadi və siyasi sabitliyi bu ölkəni strateji Nabukko layihəsinin həyata keçirilməsi üzrə cəlbedici platformaya çevirir. Nabukko kəməri təbii qazın Azərbaycanın qaz anbarlarından Avropaya çatdırılmasını nəzərdə tutur.

İnfrakstuktur və enerji əməkdaşlığı ilə yanaşı Vaşınqton Azərbaycana Amerikanın İrak, Əfqənasıtan və Kosovodakı səylərinə dəstək verən bir müttəfiq kimi də baxır. Azərbaycanın keçmiş prezidenti Heydər Əleiyev 2001-ci il 11 sentyabrdan sonra, Amerika qlobal terrorizmə qarşı mübarizəyə başlayanda dərhal öz köməyini, Azərbaycan əsgərlərini İraq və Əfqanıstana göndərməyi təklif etdi.

Bundan başqa, investisiya vasitələrinin geri qayıtmayacağından ehtiyyatlanan amarikalılar üçün Azərbaycanın bank sektoru cəclbedici sərmayə bazarı ola bilərdi. Ölkənin iki aparıcı bankına Amerikada təhsil alan menecerlər rəhbərlik edir. Həm Paşabank, həm də Azərbaycan Beynəlxalq Bankı Vestern bank sistemi üzrə maliyyə xidmətləri həyata keçirirlər.

Amerikanın Federal Kredit Fondu kimi Azərbaycan höküməti də təminatlı sığorta xidmətini həyata keçirir.

Və nəhayət, dərs demək və ya yüksək elmi dərəcə almaq istəyən Amerika professorları və universitet məzunları yeni yaradılan Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq edə bilərlər. Akademiyaya Azərbaycanda böyük hörmət saibi olan aparıcı diplomat Hafiz Paşayev rəhbərlik edir.

Sovet kommunizminin qırmızı bayrağı altından kapitalizmin qirmızı xalısına keçən Azərbaycan Birləşmiş Ştatların etibarlı dostu olub. Bu heyrətamiz keçidə hörmətin əlaməti kimi, Barak Obama həmin prosesə başçılıq edən şəxsi, İlham Əliyevi Vaşiqntona dəvət etməklə Azərbaycan və Birləşmiş Ştatların daha da geniş əməkdaşlığına xidmət etmiş olardı.

S.Rob Sobhani. Kaspian Enerci Konsaltinqin prezidenti

XS
SM
MD
LG