Cavaxetiya
Artıq ikinci ildir ki, Gürcüstanda Ninotsminda rayonundakı erməni məktəbləri erməni tarixi fənni üzrə kitab çatışmazlığı ilə üzləşir. «20-25 şagirdə cəmi 2-3 kitab düşür. Şagirdlər bununla necə dərs öyrənə bilərlər» - deyə məktəb direktoru və tarix müəllimi Tiqran Paqosyan deyir. O Gürcüstanın Təhsil Nazirliyini erməni tarixi kitablarını qadağan etməkdə günahlandırır.
Erməni məktəblərinin kitabla təchizatında əvvəllər problem olmurdu. Etnik ermənilərin yaşadığı Cavaxetiya bölgəsindəki məktəblər üçün dərsliyi 10 il idi ki, Ermənistan hökuməti göndərirdi. Ancaq tarix fənninin tədrisindən narahat olan Tbilisi 2004-cü ildə Yerevanla yeni razılığa gəlib. Bu razılığa görə, Ermənistan hökuməti tarix və coğrafiya kitablarından başqa Cavaxetiya məktəblərini başqa dərsliklərlə təmin etməkdə davam edir. Bu razılaşmadan isə Cavaxetiyadakı müəllimlərin xəbəri olmayıb. 2007-ci ildə erməni tarixi kitabları gömrükdə saxlanandan sonra bu üzə çıxıb. Etnik ermənilərin siyasi partiyasının həmsədri David Rsıkyan deyir ki, ikinci dəfə belə hadisə olanda gömrük işçilərindən soruşdum ki, bu kitablar məgər qadağan olunub, niyə icazə vermirsiniz.
Tbilisinin qadağası isə regionun tarixi ilə bağlı iki ölkə tarixçiləri arasındakı fikir ayrılıqları ilə bağlıdır. 80-ci illərin sonunda Cavaxetiyada erməni millətçi hərəkatı başlananda bu hərəkatın liderlərinin əsas tələblərindən biri də məktəblərdə erməni tarixinin tədrisiylə bağlıydı.
Cavaxetiya sakinlərinin çoxu gürcü dilində danışmır, Gürcüstanın digər bölgələri ilə əlaqələri isə məhduddur. Gürcüstan Təhsil Nazirliyinin 2006-cı ildə apardığı sorğunu nəticələrinə görə, burda əhalini demək olar ki, hamısı erməni dilində danışır. Gənclərin əksəriyyəti isə Gürcüstanda yox, Ermənistandakı ali məktəblərdə təhsil alırlar. Sonra da elə orada da işləyirlər.
Gürcüstan Təhsil Nazirliyinin məlumatlarına görə, son 4 ildə Cavaxetiyadakı orta məktəblərdən məzun olmuş yalnız 60 nəfər Gürcüstandakı ali məktəblərə daxil olub. Ancaq təkcə 2008-ci bölgədəki orta məktəblərdən 1200 şagird məzun olub.
Bir neçə il bundan əvvəl Gürcüstanın Təhsil Nazirliyi bildirib ki, Cavaxetiyadakı məktəblərdə istəyə görə erməni tarixi tədris oluna bilər. Lakin bunun üçün dövlət vəsaiti nəzərdə tutulmayıb.
O ki qaldı erməni və gürcü tarixçilərinin yazdıqlarına, onların arasında kəskin fikir ayrılıqları var. Məsələn Cavaxetiyadakı məktəblərin 8-ci sinif erməni tarixi kitablarında yazılır ki, 1918-ci ilə qədər bu region Ermənistanın bir hissəsi olub. Gürcüstan ordusunun işğalından sonra Gürcüstanın tərkibinə keçib. 9-cu sinfin Gürcüstan tarixi dərsliyində isə şagirdlər oxuyurlar ki, bu regiona erməni ordusu hücum edib və Gürcüstana qarşı ərazi iddiaları irəli sürüblər.
Başqa bir mübahisəli məsələ isə erməniləri bura nə vaxt gəlmələriylə bağlıdır. Erməni tarixçiləri deyirlər ki, ermənilər həmişə Cavaxetiyada yaşayıblar. Gürcü tarixçilər isə deyir ki, erməniləri iki əsr əvvəl rus çarı bura köçürdüb. Yerli sakinlər isə gürcülər olub.
Belə fərqli faktlar isə daha çox şagirdlər üçün çətinlik yaradır. Orta məktəbi bitirməyə hazırlaşan 16 yaşlı Anaid Kasoyan deyir ki, ona görə Gürcüstan tarixi dərsliyi daha aydın və maraqlı dildə yazılıb. Bunun üçün də suallara cavab verəndə Gürcüstan tarixi dərsliyinə istinad edir. Ancaq bəzən elə qarışıq məsələlər olur ki, həqiqəti nə olduğunu bilmir. Bilmir ki, hansı tarixi kitaba istinad etsin.
Cavaxetiyadakı məktəb direktorları isə şagirdlərə deyirlər ki, kimin evində köhnə erməni tarixi kitabları varsa, gətirib məktəbə versinlər.