Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:55

QARDAŞLIQ BELƏ OLAR...


İran prezidenti Mahmud Əhmədinejat Beynəlxalq Atom Enerjisi Agentliyində İrana qarşı qərar layihəsinin səsverməsinə qatılmadığı üçün Azərbaycana təşəkkür edib. Deyib ki, bu, qardaşlığın göstəricisidir.

XİLASKAR DA BELƏ OLAR...


Naxçıvanda çıxan «Şərq qapısı» qəzeti Heydər Əliyevlə bağlı məqalədə onun xilaskar obrazını belə təsvir edib:

«...Azərbaycan hər tərəfdən təzyiqlər və təpkilər altındaydı. Bu zaman dahi xilaskar gəldi, bəşəri missiyanı həyata keçirməyə başladı. Nəinki Azərbaycanı, regionu, hətta deyərdim ki, heç bir siyasətçinin də görə bilmədiyi, dünyanı onu təhdid edən bəlalardan xilas etdi»...

ANALOQU OLMAYAN PAXLAVADAN SONRA ANALOQU OLMAYAN TORT

Gəncə şəhər Mədəniyyət İdarəsi bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şəhərin mərkəzi meydanında möhtəşəm tortun ərsəyə gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Novruz bayramında isə möhtəşəm paxlava bişirilmişdi.

PREZİDENTİN SİRR SAXLANAN MƏZUNİYYƏTİ

«Turan» agentliyinə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev bu həftənin əvvəlində növbəti məzuniyyətə gedib. Həmişə olduğu kimi, bu dəfə də prezidentin məzuniyyətini harada keçirəcəyi və nə qədər davam edəcəyi barədə rəsmi məlumat verilməyib.

ŞEYXİN SUALI

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dedi ki, bəzi məmurlar azanın səsgücləndirici ilə verilməməsini tələb edirlər. Şeyx sual edib ki, «Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, dindarlar niyə məsciddə bundan istifadə etməməlidirlər»...

QIRMIZI LENTİ TƏZƏ KƏSİLƏN YOL ÇÖKÜR

Bir-iki həftə əvvəl qırmızı lenti kəsilən Bakı-Şamaxı yolunun bəzi hissələri çökür.

Milli Büdcə Qrupunun ekspertləri təxminən 100 milyon dollara başa gəlmiş bu yolun 10-cu kilometrinə qədər baxış keçiriblər və magistralın standartlara cavab vermədiyi qənaətinə gəliblər. Deyiblər ki, yol keyfiyyətsizdir.

Prezident İlham Əliyev isə yolun açılışında demişdi ki, yol çox keyfiyyətli tikilib və onun çox xoşuna gəlib. Prezident ölkənin digər yollarının da bu səviyyədə olmasını arzu etmişdi.
XS
SM
MD
LG