«Camaat – namaz qılanlar qorxularından evlərində yatmırlar ki, polislər gecə gəlib bir-bir hamısını aparacaq. Bu qədər haqsızlıq nə vaxta kimi davam etməlidir? Bunun bir sonu olmalıdır ya yox?!»
Bunu Məhərrəm ayı ilə bağlı Gəncədə keçirilən Aşura mərasimdə iştirak edən Bəhruz Sadıqovun polis tərəfindən qeyri-qanuni saxlanmasını iddia edən dindarlar deyir.
«CAMAAT BOĞAZA YIĞILIBDI…»
Hacı Vüqar dindarların haqsız yerə saxlanılmasını polis təzyiqinin sübutu kimi qiymətləndirirlər:
«Polis haqlı-haqsız heç bir qanuna söykənmədən dindarlara təzyiqlər edir. Heç bir səbəb göstərmədən onların ailə üzvlərini təhqir edir. Bir neçə nəfəri səbəbsiz yerə polis idarəsinə aparır. Hazırda daha bir nəfəri səbəbsiz yerə saxlayıblar. Bu da birinci məsələ deyil artıq camaat boğaza yığılıbdı».
«Camaatı tuturlar, sıxışdırırlar sutkalarla iş verirlər. Özlərinə də məcburən imza etdirirlər ki, guya xuliqanlıq eləyir. Namaz qılmağın üstə insanları polis tərəfindən saxlanılır ki, guya xuliqanlıq edib. İnsana da bu qədər böhtan atmaq olar?!»
Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin sədri Vəli Abdullayev bildirdi ki, Bəhruz Sadıqov barəsində polisin qanuni tələblərinə əməl etməmə maddəsi ilə iş açılıb:
«Mənim hadisə haqda ətraflı məlumatım yoxdur. Sadəcə olaraq məhkəmə binasının qarşısına toplaşan insanlar haqda soruşanda mənə dedilər ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (polisin qanuni tələblərinə əməl etməmə) maddəsi ilə iş açılan şəxsə görə toplaşıblar».
«DİNDARLARLA POLİSİN NƏ İŞİ VAR?»
Gəncə şəhər Polis İdarəsinin Rəisi Rasim Musayev dindarlara təzyiqlərin göstərilməsini təkzib edir. O evlərə polislərin gəlməsi məsələsini isə bu cür izah edir:
«Dindarlarla polisin nə işi var? Heç bir dindara təzyiq olunmur. Ola bilər kimsə ictimai asayişi pozub kimsə çağırılıb. O ki, qaldı polislərin evlərə getməsinə, pasport rejimi ilə bağlı yaşayış yerlərini dəyişənlərə bildirişlər verilir. Yoxsa polisin nə işi var evlərdə?»
Gəncədə dindarların sıxışdırılması məsələsinə münasibət isə fərqlidir. Gəncə Şah Abbas Məscidinin Axundu Hacı İsgəndər şəhərdə dindarların sıxışdırılması üçün heç bir səbəb olmadığını deyir:
«Mən heç bir dəyişiklik hiss etmirəm. Allahın köməkliyi ilə hər şey öz qaydasındadır. Dövlətin tərtib etdiyi qanunlardır. Qanunla da öz işini görür».
«BU, PROFILAKTİK TƏDBİRDİR»
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb Zonası üzrə şöbəsinin rəhbəri Firdovsi Kərimov Gəncədə dindarın həbsiylə bağlı ətraflı məlumat vermədi. Telefon əlaqəsini kəsən Firdovsi Kərimov sonradan zənglərə cavab vermədi:
«Polis nə edibsə, qanuna müvafiq edib. Mövcud qanunvericiliyə əsasən xaricdə dini təhsil alanlar dini təbliğat işi apara bilməzlər. Bu da profilaktik tədbirdir».
Ancaq AzadlıqRadiosuna Gəncə dindarları adından gələn bəyanatda Bəhruz Sadıqov dini tələbə adlandırılır və onun həbsi dindarların dövlətə qarşı təhrik edilməsi kimi dəyərləndirilir.
«ŞEYXÜLİSLAM XARİCDƏ TƏHSİL ALIB, BƏS NECƏ OLACAQ?»
İlahiyyətçi-ekspert Elşad Miri deyir ki, «Dini etiqad azadlığı haqda qanun»a edilən dəyişikliklərdən sonra Azərbaycanda dindarlarla bağlı problemlər yaranıb:
«KİV-də də bu məsələ çox müzakirə edildi ki, Seyxülislamın özü xaricdə təhsil alıb, bəs necə olacaq. Yüksək çinli şəxslərin müzakirələridən sonra bildirdilər ki, xaricdə ali dini təhsil almayanlar yalnız dini mərasimləri idarə edə bilməyəcəklər. Yoxsa bəzi polislər bu cür hərəkətlərə yol verirlərsə bu məmur özbaşnalığıdır bunun başqa adı yoxdur».
Elşad Miri polis təzyiqinə məruz qaldıqlarını iddia edən vətəndaşların məhkəmə qaydasında hüquqlarının müdafiəsinə çağırdı.