Bəzi adamlar, özəlliklə xalqın özünütəsdiqində rolu olanlarla bağlı yeni bilgilər həmişə maraq doğurur. Haqqında hər şeyi bildiyimizi düşündüyümüz anda sürprizlərlə üzləşirik. Jurnalist Üzeyir bəylə bağlı yeni bilgilər kimi. Ötən il öz ömrünü bitir-ha-bitirdə olanda bu görkəmli şəxsiyyətin sovet dövründə çap edilməyən yazılarını oxumaq imkanı qazandıq. Bu dəfə həmin yazıların izinə düşmüşük. Ötən ilin ən böyük mədəni olaylarından biri barədə Azərbaycan mətbuatı tarixinin ünlü araşdırıcısı Şirməmməd Hüseynovdan bilgi alırıq. Şirməmməd müəllim özü demiş, “milli iftixarımız” Üzeyir Hacıbəylinin “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” (1904-12-ci illər) kitabının toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi və lüğətin tərtibçisidir.
S.İ,: Şirməmməd müəllim, xoş gördük sizi! Sizə” sağ olun” deyirəm bu kitaba görə. Kitab artıq mənim əlimdədir. Amma hələ oxucular görməyib. Danışaq onlar da bilsinlər...
Ş.H.: Çox sağ olun. Danışaq!
S.İ.: Üzeyirşünaslığın yarım əsrdən çox tarixi var. Bəs bu yazıları niyə nəşrlərdə kənara qoymuşdular? Üzeyirşünaslıq tədqiqat məktəbində nə sizi razı salmadı ki, təzədən nəşr məsələsini qoyduz?
Ş.H.: Bilirsiniz ki, Üzeyir bəy 1948-ci il noyabrın 23-də vəfat etdi. Biri var onun öz dövründə yazılanlar, özünün şahidi olduğu, özünün bildiyi yazıları. Bu bir dövrdür. İkinci dövr Üzeyir bəydən sonra onun əsərlərinin öyrənilməsi, tədqiq olunmasıdır. Bu müxtəlif istiqamətdə olub. Musiqi məsələləri, musiqiyə dair tədqiqatlar bir sahədir. Bir də var onun publisistik irsi. Bu ikinci sahədir. Üzeyir bəy haqqında çox yazılıb, dissertasiyalar müdafiə olunub, amma Üzeyirbəyin qələmindən çıxmış əsərlərin, xüsusilə də publisistik əsərlərin tam mətni bizim əlimizdə yoxdur. 1964-cü ildə hökumət qərar çıxarmışdı ki, Üzeyir bəyin əsərlərinin 10 cildi çıxsın. 1968-ci ildə 4 cild çıxdı. İkisi musiqili komediya və operettaların mətni, ikisi də publisistik irsi. Nəzərdə tutulan 10 cilddən cəmi 4 cild buraxıldı. Bir də rəhmətlik Mirabbas Aslanov 1985-ci ildə “Seçilmiş əsərləri”ni buraxıb bir cilddə. Sonralar –müstəqillik dövründə Üzeyir bəy ensiklopediyası da çıxdı. Həm rusca, həm azərbaycanca. Bu yaxınlarda həmin ensiklopediya latın qrafikasında da buraxıldı. Amma Üzeyir bəyin publisistik irsi tam şəkildə ortada yoxdur. Təsəvvür edin ki, təkcə Cümhuriyyət dövrünə qədərki və Cümhuriyyət dövründəki yazılarını toplasan, dörd-beş cild, həm də akademik cild alınar. Amma bunun ikisi çıxıb. Maraqlı cəhət odur ki, 2004-cü ildə prezident fərmanı oldu ki, klassik irsə dair nə varsa, yeni əlifba ilə çap olunsun. Çox yaxşı təşəbbüsdür. Amma neylədilər? 2005-ci ildə sovet dövründə, sovet ideologiyasına uyğun şərh olunan kitabı götürüb eyni ilə çap elədilər. Necə var elə! İzahlarda nə qədər təhriflər vardı?! Məsələn, yenə başladılar ki, Əlimərdan bəy Topçubaşov reaksion, irticaçı, Əhməd bəy Ağayev millətçi-pantürkist...
S.İ.: Nə danışırsınız? İnanılacaq şey deyil!
Ş.H.: 2005-ci ildə Üzeyir bəyi gənc nəslə belə təqdim etmək olardımı?
S.İ.: Əlbəttə olmazdı!
Ş.H.: Olmazdı. Mən baxdım ki, bəzilərinin başı öz ata-babalarının tarixini, cildlərini buraxmağa qarışıb. Amma bu məsələylə məşğul olan yoxdur. Bu il Üzeyir bəyin anadan olmasının 125 illiyidir. Mən də mətbuat tarixinin araşdırıcısıyam. Üzeyir bəyin məqalələrini, yazılarını oxumuşdum. Gördüm ki, azı 250 çap olunmamış məqaləsi qalıb...Özü də, sovet dövründə nə ediblər, bilirsiniz?
S.İ.: Nə ediblər, Şirməmməd müəllim?
Ş.H.: O şey ki, sovet ideologiyasına, “xalqlar dostluğuna” ziyandır, onu çap eləməyiblər! Bircə misal çəkim. Üzeyir bəy 1906-cı il iyulun 23-də “İrşad” qəzetində bir məqalə yazıb—“Şuşa qırğınına dair”. Fikir verirsiniz, indiki hadisələrdir elə bil, 1906-cı ildə yazır, ey...
Görün, nə yazır ki, çap eləməyiblər. “Gürünür ki, Qarabağın müsəlmanları qətliamə məhkum olubdurlar. Onları öldürürlər, yandırırlar, qarət edirlər. Bir dəm nəfəs almağa aman vermirlər. Bu qətliamı icra etməyə göndərilmiş general Qoloşçapov vəzifeyi-zülmkaranəsini ifa etməkdə heç bir qüsur göstərmiyor. «Mədəniyyətli» ermənilər öz fikri-səqimlərini əmələ gətirməkdən ötrü yaxşı fürsət tapıbdırlar. Onlar iş görürlər. Gah provakatoru əldə alət ediyorlar, gah özləri provakatorun əlində alət oluyorlar. Və əksəriyyən provakator ilə bir yerdə iş görürlər”. Tarixdir bu! Əgər biz bu işlərdən vaxtında xəbərdar olsaydıq, vaxtında çap etsəydik, işimizi görərdik, bilərdik ki, düşmən kimdir-dost kimdir? Kim kimlə əlbir olub bizi məhv etmək istəyir. Odur ki, mən fikirləşdim ki, bu irsi çap eləyib gənc nəslə, dünyaya tanıtmaq lazımdır. Üzeyir bəy elə məsələlər qoyurdu ki...Onun 3 avqust 1906-cı il tarixli bir məqaləsi var. Yazır ki, vaxtdır, biz əvvəlcə özümüzə məlum və müəyyən bir yol və məslək seçməliyik. Fikir verirsinizmi? Yazır ki, bizi müəyyən məslək qəbuluna məcbur edən indiki zamandır. Yəni deyir bizim də bir partiyamız, təşkilatımız olmalıdır, siyasi cəhətdən birləşməliyik...
S.İ.: Özü də, 21 yaşında deyir!
Ş.H.: İyirmi bir yaşında yazır ey! 104 il bundan əvvəl! Əzizim, Üzeyir bəyi təkcə dahi bəstəkar kimi təqdim etmək azdır axı...Əgər onda bu cür dünyagörüşü, savad, dərin zəka, dünyanı başa düşmək, dünyanın gərdişini anlamaq qabiliyyəti olmasaydı, heç o musiqi əsərlərini də yaza bilməzdi. Mənə elə gəlir ki, 125 illikdə Üzeyir bəy irsinə yenidən qayıtmaq lazımdır. Birinci növbədə onun bütün əsərlərini, qələmindən nə çıxıbsa hamısını çap etmək lazımdır.
S.İ.: Şirməmməd müəllim, 1-ci cild hansı dövrləri əhatə edir?
Ş.H.: 1904-12-ci illəri. O vaxt qəzetlərdə çap olunan yazılarıdır.
S.İ.: Hansı qəzetlərdə çıxırdı Üzeyir bəyin məqalələri? Lütfən, söyləyin, bilməyənlər bilsin.
Ş.H.: “Kaspi” qəzetində 19 yaşında yazdıqlarını, orijinalı vermişəm, rus dilində. “Həyat”,”İrşad”, “Tərəqqi” “Həqiqət” qəzetləridir, “İqbal” qəzetidir, “Molla Nəsrəddin” jurnalıdır. Bax, bunlardan seçmişəm. Üzeyir bəyin başına nə gətiriblər...bayaq dediyim 3-cü, 4-cü cilddə 40-a yaxın məqaləni ixtisar ediblər. O yerlər ki, sərfəli deyil, senzura çıxarıb. Hətta redaktə ediblər, əl gəzdiriblər. Dilini müasirləşdiriblər. İndi desən ki, o vaxt bizim yazı, mətbu dilimiz necə olub, Üzeyir bəyin, ya başqalarının dilindən bunu öyrənmək çətin olar. Çünki hamısının dilini dəyişiblər, lüğətini dəyişiblər, indiki şəklə salıblar. Belə çıxır ki, 100 il qabaq da biz eyni cür danışmışıq, eyni cür düşünmüşük. Tarixi bu cür təqdim eləmək olmaz!
S.İ.: Sizcə vəziyyəti dəyişmək üçün nə etmək lazımdır?
Ş.H.: Gərək bu işin mərkəzi ola, məşğul olanı ola...Düzdür, keçən ilin oktyabrında, ya noyabrında eşitdiyimə görə, Prezident Aparatında Fatma xanım Üzeyirşünasları yığıbmış. Məsələ qoyub ki, 125 illik yubiley gəlir, Üzeyir bəyi çap eləmək lazımdır. Amma hələ ki, bir sərəncam çıxdığını görməmişəm. Söhbət gedir, amma iş görmək lazımdır. Komisssiya yaradılmalıdır. Tək adamın işi deyil ey bu?! Bir dəfə zarafatla dedim ki, adamın ki yaşı 70-80-i keçir, bircə şey qalır—o da işləmək. Bilirsən nə deyirəm?
S.İ.:(Gülür) Bəli, bilirəm...
Ş.H.:..deyirəm, indi mənim kimisini hardan tapasan ki, 4-5 nəfər girişsin, hərəsi bir iş görsün? (Gülüşmə) İndi Aslan Kənan var, o Üzeyir bəyin Cümhuriyyət dövrü “Azərbaycan” qəzetindəki məqalələrini yığır. O da bir cild buraxmaq istəyir. Sağ olsun, təşəkkür edirəm. Amma elmi mərkəzlər olmalıdır, redaksiya heyəti yaradılmalıdır. Dərindən iş görülməlidir. Üzeyirşünaslıq mərkəzi yaradılmalıdır. Məsələn, Moskvada Puşkin İnstitutu olan kimi. Bir dəfə yalvardım ki, BDU-nun jurnalistika fakültəsində tədqiqat Mərkəzi yaratsınlar. Cavanları yığım başıma, işləyək. Yaxşı tələbələr də vardı, öyrətmişdim. Yaxın duran olmadı. Düzdür, qərar çıxardılar, amma laboratoriyanı yaratmadılar. “Kim olacaq sədr ?“üstündə söhbət düşdü, bununla da batdı-getdi...
S.İ.: Bizim köhnə bəlamız...
Ş.H.: Elədir. Biz bilirsən də, necəyik, bir adam xoşa gəlməyəndə, onu işdən çıxara bilməyəndə, institutu bağlayırlar ey. Köhnə xəstəlikdir. Köhnə xəstəliklə mübarizə aparmaq da asan məsələ deyil...İndi bu kitabı “Elm” nəşriyyatı çap eləyib—cəmi 200 nüsxə. Üzeyir bəy—200 nüsxə!
S.İ.: Nə danışırsınız, Şirməmməd müəllim, doğrudanmı 200 nüsxədir? Heç olmasa, 2 min olaydı...
Ş.H.: Hə . Elədir. Pulunu biz veririk,axı. Gərək bunların arxivdən kserkopiyalarını çıxarasan, kompyuterdə yığdırasan, bunların hamısı puldu ey! Yaxşı ki, mənə prezident təqaüdü verirlər, ondan xərcləyirəm. Yəni hökumət mənə nə verirsə, mən də hökumətə xərcləyirəm...(Gülüşmə). Bunlar hamısı vəsait tələb edən şeydir. adam tələb edən şeydir. Ona görə deyirəm ki, bu məsələ ilə gərək Akademiya məşğul ola, Ədəbiyyat institutu məşğul ola. Konservatoriya musiqisini öyrənir, sağ olsunlar. Heydər Əliyev Fondu da musiqi əsərlərini çap edir, klassik şəkildə. Onlar da sağ olsunlar, musiqi sahəsində iş görürlər. Amma indi publisistik irsindən söhbət gedir. Deyirəm, bəlkə 125 illiyə bir xüsusi tədbirlər planı hazırlayalar,camaatı yığalar... İkinci, bu cavanları öyrətmək lazımdır. İndi bizim bir ayağımız burdadır, bir ayağımız gorda...
S.İ.: Allah qorusun!
Ş.H.: Nə qədər işləmək olar? Bax, səhərdən durmuşam, Üzeyirbəyin məqalələrini ərəb əlifbasından latına köçürürəm. Bu cür fanatiklərlə iş keçmir, axı? Kitab çıxandan sonra, kim ki, Üzeyir bəylə məşğul ola bilər, bu kitabı Təfəkkür Universiteti ona pulsuz göndərdi. Çünki bunlar gedib dükandan Üzeyir bəyi alan deyillər. Heç olmasa evlərinə yollayaq ki, bəlkə oxuyalar. Az qalıb ki, gedib üstündə də durasan ki, a dayı, bunu oxu ey, bu yaxşı şeydi...Bizim vəziyyətimiz belədir indi.
S.İ.: Bəs necə bilirsiniz, elə bu 200 nüsxə ilə kifayətlənəcəksiniz?
Ş.H.: Vallah, mənim əlimdən gələn budur. İmkanım budur. İndi ikinci cildini hazırlayıram. Martda ikincini qoyacam ortaya. Yəni Üzeyir bəyin 125 illiyi sentyabrın 18-də tamam olur, ömür vəfa eləsə, bütün ömrümü bu kişiyə həsr edəcəm. Çünki Üzeyir bəyə bərabər adamları Azərbaycan tarixində barmaqla saymaq olar. Əgər Nizami, Fizulidən, Axundov, Zərdabidən danışırıqsa, gərək Üzeyir bəy də o sırada dura! Özü də, bütün genişliyi ilə, əzəməti ilə! Bizim milləti dünyada tanıdan 5 adam varsa, onun biri Üzeyir bəydir! Nə təhər onunla məşğul olmayasan? O qəzetlər də hamısı köhnəlir, sıradan çıxır, indi onları nə çap edən var, nə məzmunu kompyuterə salan var ( Axundov kitabxanası artıq bu işə başlayıb, daha geniş məlumat yaxın günlərdə saytımızda olacaq—S.İ.), adını salıblar, gərək məzmununu da salasan, axı. Cavanlara latın qrafikası ilə çap edəsən, axı. İndi “Molla Nəsrəddin”i çap edirlər, sağ olsunlar, bəs o biri qəzetlər? “Həyat, “İrşad”, “Azərbaycan” qəzetlərini də çap eləmək lazımdır. Bunlar bizim mənəvi xəzinəmizdir. Hamının başı nöyütə qarışıb, o xəzinəyə qarışıb. Bəs mənəvi xəzinə necə? Əsas xəzinə o xəzinədir!
S.İ.: İkinci cild üzərində iş necə gedir?
Ş.H.: İkinci cild 1913-17-ci illəri əhatə edəcək. Cümhuriyyətə qədərki dövr. Bu cildə nəşrlərdə kənara qoyulmuş, ixtisar olunmuş, redaktə olunmuş əsərlərinin tam mətnini salıram. Bərpa edirəm, qeyd də verirəm ki, nəyi ixtisar ediblər, niyə ixtisar ediblər? Qoy bilinsin. Tarixdir bu...
S.İ.: Sonra Cümhuriyyət dövrü olacaq!
Ş.H.: Cümhuriyyət dövrünü Aslan Kənan hazırlayır. Amma Cümhuriyyətdən sonrakı dövrlər də var,axı. Onu da işləmək lazımdır. Onlar da ixtisar olunub, dili dəyişdirilib. Hamısının yenidən akademik nəşri çap olunmalıdır. Ən azı, 5-6 cilddə, ən azı min-iki min tirajla. Bu cildləıri rus dilinə, digər xarici dillərə çevirmək lazımdır. Bilirsiniz, böyük iş görmək lazımdır. Bu konserlərə, filanlara, olimpiadalara nə qədər pul xərclənir, sağ olsunlar, xərcləsinlər, ancaq buna da xərcləmək lazımdır. Xüsusi qərar olmalıdır. İndi mən gözləyirəm, yəqin ki, prezidentin 125 illiklə bağlı sərəncamı olacaq. Yubiley düzənləmək tək təntənəli iclas keçirmək deyil, tək-tük məqalələr yazmaq deyil. Üzeyir bəy irsinin tam şəkildə öyrənilməsi üçün xüsusi Komitə, müəlliflər kollektivi yaradılmalıdır və bu iş dövlətin nəzarəti altında olmalıdır. Görək, nə olur? Bir iclas eləyib bundan qurtaracağıq, yoxsa iş görəcəyik?!
S.İ.: Şirməmməd müəllim, mən sizə bir də təşəkkür edirəm, həm birinci cildə görə, həm də bundan sonrakı cildlərə görə. İnşallah, Novruzqabağı ikinci cild çıxanda görüşərik!
Ş.H.: İnşallah!