-
Üzeyir bəy Hacıbəyli-127
18 sentyabr - böyük Azərbaycan bəstəkarı, dramaturqu və publisisti Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Onun ən məşhur felyetonlarından birini on-line kitabxanamızdan təqdim edirik.
BİZ İLƏ YEVROPALILARIN TƏFAVÜTÜ
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər.
Biz də kirdən rəngi məlum omlayan mündəris bir paltar kimiyik.
Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür... halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir...
Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazut tök, bir addımdan məlum eləməz.
* * *
İkinci təfavüt.
Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək...
Şeir:
Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?
Həmçinin oxu!
Üzeyir bəy Hacıbəyli «Bir başıqapazlının söylənməyi»