Maraqlı idi, 20 yanvar ərəfəsi, qanlı faciədən sonra sovet qəzetləri hadisələri necə işıqlandırırdı? Kitabxanalarda, saralmış sovet qəzetlərini səhifələyən əməkdaşlarımız həmin günlərdə yazılanlardan seçmələr hazırlayıb.
TASS - 15 yanvar 1990
SSRİ Ali Sovetinin Rəyasət Heyəti Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi ərazilərdə fövqəladə vəziyyət elan edib. Prezident Qorbaçovun rəhbərlik etdiyi iclasda SSRİ-nin hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin də Azərbaycan və Ermənistan Ali Sovetlərinin rəhbərləri iştirak ediblər.
«AZƏRİNFORM» – 15 yanvar 1990
Bakıda vəziyyəti normallaşdırmaq üçün Kommunist Partiyası Mərkəzi Komitəsi görüləcək təcili tədbirləri müzakirə edib. Yanvarın 13-də Bakıda hüquq mühafizə orqanları bu hadisələrin səbəbkarlarını həbs edir. Keçirilmiş mitinqlərdə qurbanlar olub. Əsasən ermənilər öldürülüb. Onlarla adam yaralanıb.
Bakı şəhər Komitəsinin fövqəladə plenumu keçirilib. İclasda iştirak edən SSRİ Ali Sovetindən Yevgeni Primakov, Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Andrey Kirenko və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəhman Vəzirov bildirib ki, qanunsuz aksiyalar demokratikləşmə və yenidənqurma prosesinə ziyan vurur.
Kirenko və Primakov Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşüb.
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi zorakılıq törədənlərin tapılıb cəzalandırılmasına çalışır.
Bakıdan ermənilərin köçürülməsi üzrə komissiya yaradılıb. Onun üzvləri partiya və sovet rəsmiləri, həkimlər və nəqliyyat işçiləridir. Ermənilər əsasən Xəzər sahili respublikalara daşınır. Onlara yemək, su və dərmanlar verilir. Onları Daxili İşlər Nazirliyinin qüvvələri qoruyur.
Bakıda və Azərbaycanın başqa rayonlarında gərginlik davam edir.
«İZVESTİYA» qəzeti – 18 yanvar 1990
Ermənistan Azərbaycandan gələn qaçqınlar üçün bütün şəraiti yaratmağa çalışır. Qaçqınların sayı artıq dörd min nəfərə çatıb. Onların arasında ruslar da var. Yaxın günlərdə hər gün Yerevana üç min nəfərə qaçqın gələcəyi gözlənir.
Bakıdakı müxbirimizə bildiriblər ki, Krasnovodskada da erməni qaçqınların qəbul edilməsində gərginlik yaranıb. Gəmilərlə Xəzərin Türkmənistan sahilinə keçən adamları Ermənistana və Daşkəndə yola salırlar.
Qaçqınlara pulsuz yemək və qarşıdakı iki gün üçün pulsuz ərzaq verilir. Onlara SSRİ-nin istənilən yerinə teleqram göndərməyə imkan yaradılıb. Azərbaycan Kommunist Partiyasından alınan məlumata görə, qaçqın düşən ermənilərin sayı 30 min nəfəri keçə bilər.
SSRİ Daxili İşlər Nazirliyi mətbuat mərkəzinin məlumatı:
Yanvarın 17-də Bakıda 45 ev talan edilib, yandırılıb. Gəncə və Kürdəmir rayonlarında hərbi aerodromların qarşısında piketlər və Bakıda isə Ali Sovetin Rəyasət Heyətinin binası qarşısında mitinqlər davam edir.
Naxçıvanda Kərki kəndini erməni yaraqlıları mühasirəyə alıb. Ermənistanda silah və hərbi texnikanın oğurlanması davam edir. Bir gün ərzində 66 hərbi obyektə basqın edilib. Yerevanda «Teatr» meydanında da mitinqlər davam edir.
SSRİ Müdafiə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsinin birgə məlumatı:
Son günlər Azərbaycan SSR və Ermənistan SSR-nin müxtəlif rayonlarında Sovet ordusunun və yerli hüquq mühafizə orqanlarının silah-sursat anbarlarına hücumlar olur. Əldə edilən silahlardan da oğurluq, talançılıq və başqa məqsədlərlə istifadə edilməklə regionda vəziyyət gərginləşdirilir. Vəziyyət dözülməz hala çatıb.
Ona görə də Müdafiə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi şəxsi heyətə qanunvericiliyin tələblərinə uyğun olaraq odlu silahdan istifadə etməyə icazə verib.
BAKIDA VƏZİYYƏT
Bakıdan erməni millətindən olan vətəndaşların köçürülməsi davam edir. 250 nəfərlik paromlara 1700 nəfər yerləşdirilir. Paromlar gündə üç-beş reys etməli olurlar.
Krasnovodsk artıq adamları qəbul etməkdə çətinlik çəkir. Bakı Şəhər İcra Hakimiyyəti ermənilərdən boşaldılan evlərə qaçqınların və ev növbəsində olanların yerləşməsinə imkan verir.
Aeroportdan Bakının mərkəzinə gələn yollar yük maşınları ilə bağlanıb. Əksər hərbi hissələrin ətrafında da yollar bu cür bağlanıb. Adamlar Salyan kazarmasına da hücum ediblər. Orada 130 erməni ailəsi gizlədilir. Amma hücum edənlər daha çox silah əldə etməyə çalışırlar.
Respublikanın paytaxtında Sovet ordusunun təbliğat qrupları işləməyə başlayıb. Səsgücləndiricilər quraşdırılmış xüsusi zirehli maşın adamların gur toplaşdıqları yerlərə yaxınlaşır. Səsgücləndiricilərlə Azərbaycan dilində şəhərdə son vəziyyət, fövqəladə vəziyyət elan olunması barədə məlumatlar verilir. Əsgərlər bildirirlər ki, vəziyyəti normallaşdırmaq üçün bizim gücümüz yetərli deyil.
Yerli sakinlər bütün bu başıpozuqluğun baiskarının Ermənistan qaçqınları olduğunu düşünürlər. Əldə etdiyimiz məlumata görə, hazırda Bakıda bir neçə min nəfər belə qaçqın var.
Çoxu Bakıda özünə iş tapa bilmir, qeydiyyata alınmırlar. İndiyə qədər onların problemlərini həll edən bir kimsə olmadığından sonunda qaçqınlar problemlərini özləri bildikləri qaydada həll etməyə başlayıb, qovduqları ermənilərin evlərini qənimət kimi özlərinə götürməyə çalışırlar.
«PRAVDA» qəzeti – 20 yanvar 1990
Yanvarın 19-da Bakıda və Azərbaycanın rayonlarında vəziyyət gərginləşib. Özünü Xalq Cəbhəsinin müdafiə komitəsi adlandıran qurumun qanuna zidd hərəkətləri davam edib.
Millətçi, anti-sovet qrupları şəhərin normal yaşayışını pozur. Mitinqlərdə Azərbaycanın SSRİ-dən çıxması, şimali və cənubi Azərbaycanın birləşib vahid islam dövləti yaratması tələb olunur.
«MOSKOVSKİE NOVOSTİ» – 20 fevral 1990
SSRİ Daxili İşlər Nazirliyinin general-mayoru A.İ, Kirilyuk və film direktoru Stanislav Qovorxin ayrı-ayrılıqda məqalə ilə çıxış edərək bildirirlər ki, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordunu erməni vətəndaşları qorumaq üçün yeritməyiblər. Burada məqsəd sadəcə Azərbaycandakı daha çox suverenlik istəyən hərəkatı boğmaq və SSRİ-nin başqa yerlərində də bu cür hərəkatlara dərs vermək istəyirdilər.
TASS – 21 yanvar 1990
Azərbaycanda və Ermənistanda Qorbaçovun televiziya ilə çıxışına olduqca böyük maraq. Bakıda və ümumilikdə bütün respublikada vəziyyət bir qədər sakitləşib. Guya şəhərdə xüsusi vəziyyətin icrası zamanı ölən adamlar arasında qadınlar və uşaqlar da var.
Təkrar edirik ki, bu, məqsədyönlü şəkildə düşünülmüş yalanlardır. Bununla onlar vətəndaşlarda sovet ordusuna və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı nifrət hissləri yaratmağa çalışırlar. Ordu hissələri ekstremizmin güclənməsinə imkan vermirlər. Bakı sakinlərinin də çox böyük hissəsi bunu başa düşür.
Özünü Milli Müdafiə Komitəsi adlandıran dəstənin üzvləri həbs ediliblər. Xalq Cəbhəsinin nümayəndələri yenə də millətçilik mövqeyindən çıxışlarını davam etdirilər.
Bakıda vəziyyət olduqca gərgindir. Demək olar hər yeri hüquq-mühafizə orqanları əhatəyə alıb. Tez-tez atəş səsləri eşidilir.
Hərbi komendantın dünənki məlumatına görə, 62 adam həlak olub. Amma ölənlər arasında dinc sakinlər yoxdur. Amma xəstəxanalarda yaralılar da həlak olurlar. Onların arasında dinc sakinlər var.
Hakimiyyət orqanları ölkədə matəm elan edib. avtomobillərdə və insanların biləklərində qara lentlər bağlanıb.
Şəhərdə faktiki olaraq heç bir qəzet çıxmır. Televiziya işləmir. Yalnız radioda matəm musiqiləri səslənir və hərbi komendantın məlumatları oxunur.
Sabah həlak olanlar üçün dəfn mərasimi keçiriləcək.
***
İndi aldığımız məlumata görə, Bakıda hərbi komendant yanvarın 19-dan 20-nə keçən gecə 83 adamın həlak olduğunu bildirib. Onların arasında 14 nəfər də hərbi qulluqçu və onların ailə üzvləri var.
***
SSRİ Daxili İşlər Nazirliyinin məlumatı:
Bakıda vəziyyət gərgindir. Son bir sutka ərzində dəniz və hava nəqliyyatı ilə Bakıdan milliyyətcə erməni olan 45 vətəndaş çıxarılıb. Hadisələr başlayandan bəri köçürülən ermənilərin ümumi sayı isə 14 000 nəfərə yaxındır.
İlkin məlumata görə, son hadisələrdə 62 nəfər həlak olub, 300 nəfər yaralı da xəstəxanaya yerləşdirilib.
***
Ermənistandan K.Xumaryan məlumat verir:
Artıq ikinci gündür ki, Azərbaycanla sərhəd rayonlarında atəş səsləri eşidilmir. Yerevana Bakıdan qovulan adamların gəlməsi davam edir. Onların çoxuna tibbi yardım lazım olur. Hazırda xəstəxanalarda Bakıdan qaçqın düşmüş 200 nəfər xəstə müalicə olunur. Onların çoxunda ağır bədən xəsarətləri var.
«PRAVDA» – 21 yanvar 1990
Bakıda vəziyyəti normallaşdırmaq üçün ordu şəhərə daxil olub. Şəhərə gedən yollarda Xalq Cəbhəsinin yaraqlıları əsgərlərə atəş açıblar. Ordu cavab verməyə məcbur olub. İnsan tələfatı var. Hərbi komendant vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür.
«İZVESTİYA» qəzeti – 21 yanvar 1990
Artıq bir sutkadır ki, Bakıda fövqəladə vəziyyət davam edir. «İzvestiya» qəzetinin xahişi ilə şəhərdəki vəziyyəti izah edən Baş Qərargahın rəhbəri general-polkovnik B.Omeliçov deyib ki, artıq ordu bütün vacib obyektlərə nəzarəti ələ alıb. Ordunun dinc sakinlərə qarşı xarici mediada verilən məlumatlar tamamilə yalandır. Bütün gücümüzlə çalışırıq ki, tələfat olmasın. Bizim söhbət etdiyimiz anlara qədər 40 mülki sakin, 8 nəfər də hərbçi həlak olub.
TASS – 31 yanvar 1990
Azərbaycanın paytaxtında vəziyyət sabitləşir. Şəhər nəqliyyatı, dükanlar işləyir, məktəblərdə dərslər bərpa olunub. Amma Şəki, Ağdam, Naxçıvan kimi bəzi şəhərlərdə tətillər davam edir.
«AZƏRİNFORM» – 11 fevral 1990
Bakıda vəziyyət sakitləşib. Amma adamlar arasında gərginlik davam edir. Hüquq-mühafizə orqanları, ordu hissələri vəziyyətin normallaşdırılması üçün tədbirlər görür.
«PRAVDA» – 11 fevral 1990
Azərbaycanda respublika üzrə müəssisələrin 40 faizində tətillər davam edir. Naxçıvanda isə bu rəqəm 80 faizdir. Dağlıq Qarabağda fabrik-zavodların 90 faizində iş dayanıb. Ermənistanda əhalidən silahların yığılması davam edir. Yerevanda qanunsuz etiraz aksiyaları keçirilir.
«AZƏRİNFORM» – 13 fevral 1990
Uzun fasilədən sonra Bakıdan Mehri, Cilfa, Noraşen və Yerevana dəmir yolu ilə yüklərin hərəkəti bərpa olunub.