Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:36

Lavrov Qarabağla Türkiyə-Ermənistan münasibətlərini əlaqələndirməyi süni sayır


Sergey Lavrov
Sergey Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ problemi ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını əlaqələndirməyi «süni əlaqələndirmə» adlandırıb. O deyib:

«Biz bəzi proseslərin digərləri ilə süni əlaqələndirilməsinin əleyhinəyik və bizim marağımızdadır ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırsın».

Yanvarın 25-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda isə Lavrov deyib:

«Bu görüş keçən ilki dialoqun davamı olmalıdır. Keçən ilki dialoq böyük sıçrayışa aparmadı. Ancaq dialoq iki lider arasında münasibətləri möhkəmləndirdi və problemə daha dərindən yanaşmalarına gətirdi. Problemin həlli isə iki liderdən birbaşa asılıdır».
XS
SM
MD
LG