«Orduda tərbiyəsizlik mühiti yaranıb».
Bu fikri «İşdən sonra» proqramında hərbi ekspert Cəsur Sümərinli orduda baş verən qanlı olayı şərh edərkən bildirib.
Verilişin ikinci qonağı, digər hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, baş verən hadisəni gənc əsgərlər deyil, orduda çoxdan xidmət edən əsgərlər törədiblər:
- Bizdə olan məlumata görə, baş verən hadisəni gənc əsgərlər deyil, orduda çoxdan xidmət edən əsgərlər törədiblər. Onlar hadisəni törətdikdən sonra ərazidən uzaqlaşmaq istəyərkən zərərsizləşdiriliblər.
C.Sümərinli isə deyir ki, Azərbaycan Ordusunda belə qətliam xarakterli hadisələr az deyil:
- 2009–cu il ərzində Azərbaycan Ordusunda 25–dən artıq belə hadisə baş verib.
C.Sümərinli deyir ki, belə hadisələr digər ordularda da baş verir:
- Amma sayı da nəzərə almaq lazımdır. Rusiya Ordusunda bir milyon şəxsi heyət xidmət edirsə, Azərbaycanda 70-80 min civarında təkcə Müdafiə Nazirliyi strukturunda xidmət edir.
Parlamentdə səslənən «belə hadisələr başqa ölkələrin ordularında da baş verir, amma heç kim yazmır» fikrinə isə Üzeyir Cəfərov belə münasibət bildirib:
- Mən sual edirəm parlamentarilərə, heç kim yazmırsa, onlar Bakıda otura-otura hardan məlumat alırlar?
Proqramda orduda qətlə yetirilən şəxslərin siyahısı da açıqlanıb. Bu zaman ortaya maraqlı bir fakt çıxıb. Qətlə yetirilən zabitlərdən biri Daşkəsəndə hərbi xidmətdə olub. Cəsur Sümərənli bu barədə deyib:
- Bu, Azərbaycan qanunvericiliyinə ziddir. Bundan əlavə onlardan biri də şəhərli olub. Hər halda düşünürəm ki, belə detallar da bu hadisələrin baş verməsində mühüm rol oynayır. Çağırış sistemini Müdafiə Nazirliyi həyata keçirir. Şəhərdə doğulmuş uşağı aparır salır Murov dağına, əyalətdə doğulmuş uşağı gətirir Bakıya. Əlbəttə, gənclərin hansı ailədə tərbiyə alması, hansı mühitdə böyüməsi də yoxlanılmadan belə halların baş verməsi labüddür.
PROQRAMDA DAHA HANSI AÇIQLAMALAR OLDU? MÜZAKİRƏNİ DİNLƏYİN.
MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ