Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.
Onun «Müxəmməs» adlı ilk ədəbi əsəri 1903-cü ildə «Şərqi-Rus» qəzetində dərc olunub.
1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı «Müsəlman gənclik təşkilatını» yaradır.
O, həmçinin Müsavat partiyasının ilk sədridir.
M.Ə.Rəsulzadə Azərbaycanın istiqlalını elən edən Milli Şuranın da ilk sədri olub.
Azərbaycanın sovet ordusu tərəfindən işğalından sonra ölkəni tərk etməyə məcbur olur və bir sıra Avropa dövlətlərində Azərbaycanın istiqlal savaşını davam etdirir.
1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə «Azərbaycan» jurnalı nəşr edilməyə başlayır. «Amerikanın səsi», «Azadlıq» radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir.
Məhəmməd Əmin Rəsulzadənin 28 may İstiqlal bayramı münasibəti ilə Azərbaycan xalqına MÜRACİƏTİ