YAXŞI, QARABAĞDA ÜMİD VARMI?
Hökumət Ermənistanla münasibətləri normallaşdıracaq olan protokolları təsdiqləmək üçün, baş nazir Ərdoğanın dəfələrlə dediyi kimi «Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini» şərt kimi irəli sürür. Bəli, protokollarda belə bir şərt yoxdur. Yenə də bəli, xarici işlər nazirliyinin bütün ciddi-cəhdinə baxmayaraq hökumət öz mövqeyinə nə Rusiya, nə ABŞ, nə də AB-də dəstək tapa bilir. Hər 3 aktyor iki prosesin ayrı-ayrılıqda müzakirə edilməsinə tərəfdardır.
Hökumət həm Azərbaycana verdiyi təminatlar, həm də daxildəki siyasi haqq-hesablara görə, özünün əl-ayağını bağlayıb. Bundan sonra hökumətin geriyə addım atma ehtimalı “yoxdur”-deyilə biləcək qədər azdır. Buna görə də Türkiyə-Ermənistan münasibətlərinin aqibəti Dağlıq Qarabağa dair sülh prosesinin dinamikasına bağlanıb.
Ermənistan Konstitusiya məhkəməsinin protokolları təsdiqləyərkən, «qoyduğu şərh»ə Ankaranın verdiyi reaksiya da gəlinən bu mərhələdə Ankaradan başqa heç kim inanmır. Beynəlxalq analiz və şərhlərdə ifadə edilən və bu köşədə də əksini tapan fikirlərə görə, Ermənistan Konstitusiya məhkəməsi «işin əsası və nəticəsi baxımından» protokollara yaşıl işıq yandırmışdır.
Prosesin içində olan aktyorların işə yanaşmasına baxanda da bu görünür: Rusiya və AB Ermənistan Konstitusiya məhkəməsinin qərarından narahat olduğunu açıqlamadı. ABŞ isə haqqında söhbət gedən qərarı müsbət qarşıladı.
Bəli, bizim mediamız nə qədər və “nə təhər” görməzliyə vursa da, ABŞ-ın rəsmi mövqeyi belədir. Buyurun, Dövlət katibinin müavini Philip Qordonun 22 yanvar tarixli yazılı açıqlamasındakı o cümləni birlikdə oxuyaq: «Ermənistan Konstitusiya məhkəməsinin qərarı protokolların müzakirə edilib imzalandıqları vəziyyətdə məclisin təsdiqinə verilməsinin yolunu açmışdır və hər hansı şəkildə məhdudlaşdırıcı və ya şərtə bağlı bağlayıcı xaraktedə deyildir».
Qordonun açıqlaması 25 yanvarda Dövlət katibliyi tərəfindən də təsdiqləndi və ABŞ-ın rəsmi mövqeyi kimi qeydiyyata düşdü.
Buna görə də, Ankaranı içində olduğu labirintdən çıxara biləcək olan yeganə şey-Dağlıq Qarabağla əlaqədar olan sülh prosesində irəliləyişə nail olunmasıdır. Yaxşı, belə bir ümid varmı?
Əvvəlcə bunu deyim: 17 illik bir problemdən söhbət gedir. ABŞ, Rusiya və AB həm ayrı-ayrılıqda, həm ATƏT-in Minsk Qrupunun çətiri altında tərəflərlə saysız-hesabsız görüşlər keçirdi. Bir konsensus yarada bilmək üçün son vaxtlarda Türkiyə də öz üzərinə təşəbbüs götürüb.
YAXŞI, NƏTİCƏ?
25 yanvarda gəlinən nöqtə budur: Azərbaycan və Ermənistan liderləri “münaqişəni əhatəli şəkildə həll etməyi nəzərdə tutan Madrid prinsipləri”nin “Giriş” bölümünün yenidən necə yazılacağına dair razılıq əldə ediblər. Bu qədər. O da qəti deyil. Çünki xəbəri iki lideri bir araya gətirən Rusiya dövlət başçısı verdi(müəllif səhvə yol verir; xəbəri Rusiya xarici işlər naziri verdi-tərc.).Nə Əliyev, nə də Sarkisyan razılıq əldə edilməsini təsdiqlədilər. Yəni, mövcud razılıq da hər an kəllə-mayallaq ola bilər.
2006-cı ildə gündəliyə gətirilən Madrid prinsipləri bu günə qədər 3 dəfə redaktə edildi. Ancaq tərəflər nəinki təfərrüatlar, heç ümumi nöqtələrdə belə mövqelərindən geri addım atmırlar. İş bir az tərpənir-bu da yaxınlaşmaq üçün kifayət etmir. Tam əksinə-bir ay qabaq Əliyev münaqişənin ancaq silah gücü ilə həll edilə biləcəyini dedi.
Hadisə məlumdur-orada bir işğaldan söhbət gedir. Erməni hərbi hissələrinin Qarabağın ətrafındakı 7 yaşayış məntəqəsindən çıxması lazımdır. Yaxşı, ermənilərin bu “çıxışı” eyni zamanlı olacaq, yoxsa mərhələ iləmi? Qarabağ ilə Ermənistan arasında quru yolu olacaqmı, olmayacaqmı? Və ən önəmlisi-Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqı Azərbaycanın ərazi bütövlüyü ilə necə tarazlaşdırılacaq? “Öz müqəddəratını təyin etmək üçün” nəzərdə tutulacaq olan referendum erməni hərbi hissələri 7 rayondan çıxmamışdan keçiriləcək, yoxsa çıxandan sonra? Referendumda müstəqillik və ya Ermənistana birləşmə variantları da olacaqmı, yoxsa referendumun yeganə maddəsi muxtariyyət olacaq? Dağlıq Qarabağın təhlükəsizliyi necə təmin ediləcək?
Bunlar cavabını və həllini gözləyən suallardır: bunların ağlabatan bir vaxt içində, yəni, Türkiyə-Ermənistan protokollarının təsdiqi üçün nəzərdə tutulan vaxt içində həll edilib-edilməyəcəyini siz düşünün.

Prosesin içində olan aktyorların işə yanaşmasına baxanda da bu görünür: Rusiya və AB Ermənistan Konstitusiya məhkəməsinin qərarından narahat olduğunu açıqlamadı. ABŞ isə haqqında söhbət gedən qərarı müsbət qarşıladı