Ötən ilin lap sonunda (29.12.2009) Azadlıq Radiosunun veb-səhifəsində belə bir yarımbaşlığa rast gəldim: “Azərbaycanda ədəbiyyata sovet baxışı davam edir”. Yada salanda ki, sovetdən qopub, müstəqil Azərbaycanda yaşamağımızın artıq iki onilidir, az qala ittihama çəkir bu başlıq, deyilmi?
Amma yox, oxuyanda baxıb gördüm ki, Türkiyədə çalışan iki həmyerlimiz – İstanbuldakı Bilgi və Yedditəpə Universitetlərinin müəllimi, tərcüməçi Arif Acaloğlu və Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadənin günün xoş saatında sadəcə düşüncələri, mülahizələri, gapı-söhbətindən ibarətmiş bu. Həm də çox gərəkli-xeyirli bir məsələ üstündə köklənmiş:
“Türkiyədə Azərbaycan yazıçılarını tanıyan varmı?”; bəs Azərbaycan ədəbiyyatı nədən Türkiyəyə, hakəza ondan da o yana çıxa bilməyir, bilməyir… Odur ki, Azərbaycanda ədəbiyyata sovet baxışı davam edir, yoxsa yox? – məsələsini kənara qoyub, elə mən də ucundan tutub, ucuzluğuna getmək həvəsinə düşdüm…
Tələbəlik çağlarımın tanışları-dostlarını salamlamaqla deməliyəm ki, neçə illərdir Türkiyədə səmərəli çalışmaları elə bu söhbətdən də görünür. Arif Acaloğlunun türk oxucusuna çıxardığı Azərbaycan ədəbiyyatı (Anar, Vaqif Səmədoğlu, Kamal Abdulla, Sabir Rüstəmxanlı…) məhz konkret nəticələrə hesablandığındandır ki, pozitiv təcrübəni bölüşməyə də imkan verir.
Arif bəyin o fikri ki, sovet möhürünü daşıyan hər hansı əsər, – bizim üçün doğma olanları belə: istər İsa Hüseynovun “Yanar ürəy”i olsun, istərsə də Anarın “Molla Nəsrəddin-66”-sı, – özgə mühitdə oxunmayacaq, maraq doğurmayacaq… – olduqca dəqiqdir; və ümumən özündə lokallıq nişanəsi daşıyan hər bir əsərə, ədəbi məhsula şamil oluna bilər. Amma deyək ki, məsələn, Anarın “Dantenin yubileyi”, Vaqif Səmədoğlunun şeirləri, Kamal Abdullanın “Yarımçıq əlyazma”sı toxunduğu mətləblərin mahiyyəti etibarilə dünyəvidir, bəşəridir, universaldır; deməli, hər hansı mühitdə bazarını təşkil eləmək də asandır…
İkinci məqam məhz budur; Arif Acaloğlu professionallıq və zövq məsələsini qabardaraq, bunu konkret oxucu auditoriyası şəklində aktuallaşdırır; Azərbaycan ədəbiyyatının Türkiyəyə çıxması üçün türk oxucusu ilk növbədə özünü, zövqünü, maraqlarını (“identifikasiyasını”) tapmalıdır həmin ədəbiyyatda. Türkiyədə bazar var, burda “hər il 26 min adda kitab çıxır”; bazar qaydalarına (reklam, tanıtma, təqdimat) girməzdən də əvvəl, Arif bəy məhz bu amili vacib sayır; deyək, belə bir maraqlı məqamı vurğulayır ki: “bizim 80 illik nəsrimiz Türkiyə oxucusunun mentalitetinə yaddır”…
Qardaş Türkiyəyə çıxmaq həvəsimiz öz yerində, ədəbiyyatda bazar qanunlarını öyrənməyimizə də bir örnəkdir bu misallar; indilikdə bizdə hələ nə ədəbiyyat bazarı formalaşıb, nə də konkret oxucu auditoriyalarına həssaslığımız…
Ən nəhayət, Azadlıq Radiosundan olan müsahiblərimiz çözələyə-çözələyə daha vacib, üçüncü bir məqama gəlib-çıxırlar – yazıçının cəmiyyətdə azad statusu məsələsinə; yazıçı cəmiyyət üçün ən çox o zaman maraqlıdır ki, azad mövqedən azad söz deyə; hər hansı vəzifə, kürsü, post, dolayısı nəzarət qələm sahibinin əl-qolunu bağlamamalıdır; zira “Qərb kriteriyalarına görə, yazıçının çörəyi qeydsiz-şərtsiz onun əsərlərindən çıxmalıdır”…
Həə, burda məsələ bir qədər tuldur. Axx, bu “Qərb kriteriyaları”!
Bayaqdan bəri ədəbi-bədii dəyər (professionallıq), bazar tələbləri (oxucu zövqü-marağı) ilə baxtımızı-yolumuzu açmağa çalışan Türkiyədəki qasidlərimiz birdən-birə bu “qeyd-şərtsiz” şərtlə nə yaman çətinə salırlar bizi; bayaqdan bəri çox uzaqlarda olduğumuzu bilmirdikmi, bir daha bütün bunların Azərbaycan ədəbiyyatına uzaqdan bir baxış olduğunu dəbbələməyə nə hacət vardı?
Bəli, lap əvvəldən unutmamışdıq: bu bir çərçivə baxışıdır; azad Türk ədəbiyyat mühitindən Azərbaycan ədəbiyyatına pəncərə! Bu yerdə uzaq Türkiyədə çalışan həmkarlarımı bir daha salamlayıb, keçirəm mətləbə…
Gəlin, əvvəlcə təzadlara diqqətli olaq. Türkiyəyə çıxan əsərlərimiz hansılardır?; həmsöhbətlərin professional bədii dəyərlər mövqeyindən təqdir qıldıqları bütün örnəklər Azərbaycanda post, mövqe sahiblərinə (AYB sədri, millət vəkilləri, rektor) məxsusdur; hakəza eyni səbəbdən dəyərləndirmədikləri əsərlər (baş nazirin müavini, Qaz Emalı Zavodunun direktoru, keçmiş “Kommunist” qəzetinin müxbiri). Məgər bu onu təsdiqləmirmi ki, ədəbi-bədii dəyər öz yerində, bizdə “dünyaya çıxmağ”ın yolu hələ ki məhz “post”lardan keçir (əks halda ikincilər olmamalıydı)?
Gələk, “Qərb kriteriyası”na; bəllidir ki, uzaq Türkiyədən bizdə “sərbəst yazıçı çörəyi” uğrundakı müşkül prosesləri seyr etmək mümkünsüzdür; oradan bircə “professional nəticələr”i görmək olur ki, hələ ki, “çörəksiz yazarlarımız”ın bu nəticələrə gücü-hünəri çatmayır, çatmayır… Ən nəhayət, bazar məsələsi; aya Azərbaycan nə boyda ölkədir ki, burda cəmiyyət zövq məsələlərini iqtidarsız-gücsüz-himayəsiz-nəzarətsiz hərəkətə gətirə bilə?; “nəzarət” dedim, ay aman, bu da yenə Qərb qaydalarını pozmaq oldu…
Odur ki, əziz dostlar, Qərb Qərbliyində, Türkiyə də – uzaqda; görün, mən nə deyirəm: gəlin, “Qərb, Qərb!” deyib Qərb standartlarına çox da aludə olmayaq; bizim bataqlıqda boğulmamaqdan ötəri özü öz saçından tutub cismini sudan çıxaran Baron Münhauzendən nəyimiz əskikdir (çox sevdiyim bu misalı mən illərdir təkrarlayıram)…
- Demirikmi, yazıçı oxucu auditoriyasına köklənməlidir; şükür allaha, potensialımız böyükdür, indi bizdə hər cür standartlara uyğun yazarlar var, klassik zövqlərdən tutmuş bulvar romanlarınacan, kim də istəyir lap Amerikadakı son dəblərə köklənsin (aya görək yeriyəcəkmi)…
- Kütləvilik deyirsiz – Azərbaycan cəmiyyətinin hüdudları indi bizim balaca coğrafi Azərbaycanımızdan çox-çox böyükdür, “şou-biznes” deyə şəbədə elədiklərimiz çıxmadılarmı dünya azərbaycanlılarına, nədən ədəbiyyatımızı da eyni yolla çəkib-daşımayaq dünya məkanına (artıq mövcud faktlarımı sadalayım; gedib də qayıdıb yerli auditoriyaları fəth edənlərimi deyim)…
- Hə, səviyyə, zövq söhbəti var ortada – deyəcəksiz; professionallığı kim qorumalıdır ki; ilk növbədə professionalların özləri, daha sonra onların xidmət etdikləri (eyni zamanda yaratdıqları) zövq auditoriyaları; bizdə varsa, varsa, ən böyük problem burdadır. Bəli, professionallar, ciddi ədəbiyyat tərəfdarları bir araya gəlməyi, bir-birinə dəstək olmağı bacarmalı, dəyərə dəyərsizdir deməməli, ona hər vəchlə yol açmalıdırlar! Hərçənd Dəyər elə bir şeydir ki, ona dəyərsiz deyən professionalın özü şübhə altına düşə bilər…
- Ən nəhayət, oxucu var, əsər varsa, nə çatışmır? – bütün bu məqamları bir yerə yığası, idarə edəsi mexanizm, bazar məsələsi.
Bu məsələdə də gəlin bütün illüziyaları kənara atıb, sözü bir yerə gətirək və Azərbaycanda kitab bazarı, Dəyər mübadiləsi, əsl rəqabət mühiti yaratmaqdan ötrü Dövlətimizdən dəstək istəyək.
Məgər deyək ki, kənd təsərrüfatını qaldırmaqdan ötrü Dövlətimiz fermer təsərrüfatlarına yardım etmirmi (bu ki, kolxozlara qayıdış olmur)?; müqayisəm nə qədər qaba görünsə belə, eləcə də Ədəbiyyatı feodal təsəvvürlərdən, ayrı-ayrı ambisiyalara xidmət edən mülk-malikanə münasibətlərindən qurtarıb, azad inkişaf sahəsinə çevirməkdən ötrü, mənə elə gəlir, Dövlət yardımı olmadan keçinə bilməyəsiyik…
- Bu yardım necə olmalıdır ki, səmərəli ola; həm oxucuların, həm professionalların marağı qoruna; cəmiyyət, dövlət, çağdaş Azərbaycan xalqı da bundan yalnız qazana… – bax bu barədə ikibir, üçbir, lap yığcam dəyirmi masalarla ədəbiyyatdan-sənətdən və bazardan baş açanlar oturub fikir mübadiləsi aparmalı, cəmiyyətə real təkliflər verməlidirlər…
Necə ki, Arif Acaloğlu ilə Mais Əlizadənin səmərəli söhbəti Türkiyədəki kitab bazarının sirlərinə xeyli dərəcədə bələd olmağımıza kömək edir, eləcə öz “Ədəbiyyat bazarımız” barədə konkret müzakirələrə çox-çox hacətimiz var…
21.01.2010
P.S. “Əli və Nino” Nəşriyyat Evinin təsis etdiyi Milli Kitab Mükafatı müsabiqəsinin ilkin nəticələri də yazıda haqqında söhbət gedən prosesin başlandığını təsdiq edir. Başlıcası buna ictimai və Dövlət dəstəyinin olduğunu görürük. Ardınca bu prosesin analizi, təhlili, müzakirəsi gəlməlidir. Deməli, qələm işlətməyə dəyər.
Kultaz.com
Həmçinin oxu
Yanukoviç Çexovu "böyük Ukrayna şairi" adlandırıb
Qoqolun üstündə davadır