Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:17

«Jurnalistika da inhisara götürülür»


«Artıq hamı bunun belə olmalı olduğunu qəbul edir».
«Artıq hamı bunun belə olmalı olduğunu qəbul edir».
- Bu, absurd ölkədir. Hələ mən Penitensiar Xidmətin rəhbərliyinə təşəkkür edirəm ki, Eynullanın üstündən 1 kiloqram heroin tapmayıblar. Absurd ölkədir, nə istəyirlər, onu da yazırlar. Elə bil başını betona döyürsən, heç nəyə gücümüz çatmır…

Bu fikri 8 il yarım həbs cəzası alan və həbsxanadaca narkotik maddə saxlama ittihamı ilə üzləşən jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev deyir.

Emin Fətullayevin sözlərinə görə, Bakı Şəhər Prokurorluğu ilə Bakı Şəhər Baş Polis İdarəsinin fevralın 3-də birgə yaydıqları açıqlamanı heç də təəccüblə qarşılamayıb. Çünki Azərbaycanda artıq onu heç nə ilə təəccübləndirmək mümkün deyil. Həmin açıqlamada Eynulla Fətullayevlə bağlı məhkəmə bioloji-kimyəvi ekspertizanın rəyindən bəhs edilir.
Əyyub Kərimov
Orada Eynulla Fətullayevin qanından götürülən analizdə narkotik maddənin aşkarlandığı qeyd edilir.

11 İL HACI MƏMMƏDOVA DÖZƏNLƏR, 5 İL MƏNİM YAZILARIMA DÖZMƏDİ…


Fevralın 3-də Yasamal rayon Məhkəməsində Daxili İşlər Nazirliyinin iddiası əsasında «Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı da hökm oxunub. Baş redaktor aylıq maaşından 15 faiz tutulmaqla 1 il 6 ay islah işlərinə cəlb edilib.

Əyyub Kərimov deyir ki, bununla onu susdurmağa çalışırlar:

- Belə çıxır ki, 11 il Hacı Məmmədova dözənlər, 5 il mənim yazıma dözmədilər. Belə çıxır ki, mən bu cəmiyyət üçün Hacı Məmmədovdan daha təhlükəliyəm. Mən məhkəmədə dedim ki, əgər mənim cəzalanmağımla cinayətkarlığın qarşısı alınacaqsa, hər cür cəzaya layiqəm…

JURNALİSTİKADAN SUİ-İSTİFADƏ?


Əyyub Kərimova qarşı məhkəmə iddiasında qeyd edilir ki, o, «Azadlıq» və bir sıra qəzetlərə müsahibəsində polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib. İstər ona qarşı irəli sürülən ittihamlarla, istərsə də bütünlükdə hökmlə razılaşmayan baş redaktor deyir ki,
Aynur Camalqızı
sadəcə öz yazı və müsahibələrində Daxili İşlər Nazirliyində uzun müddət cinayətkar qruplaşmanın yuva salmasından bəhs edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aynur Camalqızı isə deyir ki, jurnalistlər basqıdan danışmaq əvəzinə, öz qələmlərinə məsuliyyətlə yanaşsalar daha doğru olar:

- Bilirsiz, əgər mənim əlimdə qələm varsa, bu o demək deyil ki, mən dəqiqləşdirmədiyim, həqiqətə söykənməyən istədiyim məsələni yaza bilərəm. Bu,
İsrail Musayev
peşəkar qəzetçilik deyil.

İNHİSARÇILIQ


«Alma» qəzetinin baş redaktoru İsrail Musayev isə jurnalistikanın problemlərindən danışarkən bu sahənin ayrılıqda götürülməsinin tərəfdarı deyil. Onun fikrincə, Azərbaycanda bütün sahələr inhisara götürülüb. Artıq yuxarıların himayəsi olmadan bizneslə məşğul olmaq, siyasətdə uğurlar əldə etmək mümkün olmadığı kimi, jurnalistika da bütünlükdə nəzarətə götürülməkdədir. Kim bu oyun qaydalarından kənara çıxırsa, onun cəzalanması labüd bir prosesə çevirilir:

- Və mənə elə gəlir ki, onlar bu siyasəti çox uğurla aparırlar. Yaxşı da məsləhətçiləri var. Pula onlara işləyirlər, nə istəyirlər də onu edirlər.

İsrail Musayevin fikrincə, ən diqqət çəkən məqam da artıq xalqın bu siyasətlə hesablaşmasıdır. Yəni, artıq hamı bunun belə olmalı olduğunu qəbul edir.
XS
SM
MD
LG