Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

Sarkisyan Gülə məktub göndərib


Türkiyə və Ermənistan prezidentləri Serj Sarkisyan (solda) və Abdulla Gül (sağda) Bursada ölkələri arasında futbol komandalarının yarışını izləyirlər, 14 oktyabr 2009
Türkiyə və Ermənistan prezidentləri Serj Sarkisyan (solda) və Abdulla Gül (sağda) Bursada ölkələri arasında futbol komandalarının yarışını izləyirlər, 14 oktyabr 2009

Fevralın 9-da Türkiyənin hava məkanı ilə Londona uçarkən Ermənistan prezidenti türkiyəli həmkarına məktub göndərib. Serj Sarkisyanın internet saytında yayılan məktubda qeyd edilir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə onların təşəbbüsləri hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir:

“Təkcə biz deyil, beynəlxalq ictimaiyyət də hiss edir ki, bu təşəbbüs çox önəmli tarixi şərait yaradıb. Mən əminəm ki, ikitərəfli münasibətlərin inkişafı üçün beynəlxalq ictimaiyyətin səyləri olduqca zəruridir.

Amma eyni zamanda da konkret məsələləri yalnız bizim öz dövlətlərimiz həll edə bilərik.

Ümid edirəm Siz də razılaşarsınız ki, erməni və türk xalqları öz dövlətlərindən bir-biri haqqında miflərdən yan keçib qarşılıqlı inam yaratmaq işini başa çatdırmağı gözləyirlər. Buna da yalnız inam və qətiyyət hesabına nail ola bilərik.

Bu prosesi müdafiə etməyən sözlər inamsızlıq və şübhələr yarada bilər ki, bu da nəticələr əldə etmək imkanlarını heçə endirərdi. Biz başa düşməliyik ki, konkret bu halda zaman prosesin xeyrinə işləmir.

Əgər bu vaxta qədər biz ölkələrimiz arasında ikitərəfli əlaqələri normallaşdırmaq üçün perspektivlər yarada bilmişiksə, indi də gələcək nəsillərin daha sabit və təhlükəsiz regionda yaşamasını təmin etmək üçün növbəti əsas addımları atmalıyıq”.

İsveçrə, Türkiyə və Ermənistanın Xarici İşlər nazirləri Əhməd Davudoğlu (sağda) və Edvard Nalbandyan (solda) Ermənistan-Türkiyə normallaşmasına dair iki protokolu imzalayıb, bir-birinə ötürürlər. 10 oktyabr 2009


Bugünlər ABŞ-dakı erməni lobbi qrupları da fəallaşıblar. Onlar iddia etdikləri “erməni soyqırımı” hadisəsinin ildönümü dedikləri 24 aprel ərəfəsində ABŞ konkresində onun soyqırım olmasını təsdiqləyən sənədin qəbuluna çalışırlar.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu da bildirib ki, Ankara Yerevanla münasibətlərini “soyqırım” təhdidləri əsasında normallaşdırmayacaq.

Əhməd Davudoğlu ilə Ermənistanın xarici İşlər naziri Edvard Nalbandyan keçən ilin oktybarında Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan iki protokol imzalayıblar. Həmin sənədlərin qüvvəyə minməsi üçün ölkələrin parlamentlərində təsdiq edilməsini gözləyir.

Serj Sarkisyan da Abdulla Gülə məktubunda həmin prosesin sürətləndirilməsini istəyir. Amma Ankarada rəsmilər bəyan edirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyincə, sərhəd açılmayacaq. Bunu şərt kimi qəbul edən Yerevan da Konstitusiya Məhkəməsində belə bir qərar qəbul etdirib ki, sərhəd açılmayınca, protokollar qüvvəyə minə bilməz.

XS
SM
MD
LG