Yazıçı, Azərbaycan Bədii Tərcümə və Əlaqələr Mərkəzinin sədri Afaq Məsudla söhbətimiz nə onun əsərlərindən, nə də mərkəzin işindəndir. Onunla ana dilindən danışdıq. Təkcə ona görə yox, Afaq xanım yazıçıdır, ana dilində yazır, ana dilinə tərcümələr edir, həm də ona görə ki, o, ana dili dərsiliklərini saf-çürük edən, gördüyü nöqsanları silsilə məqalələrə («Qorxulu əlifba») çevirən kəsdir.
Fevralın 21-də keçirilən Beynəlxalq Ana dili Gününə Azərbaycan pəncərəsindən elə Afaq Məsudun sonuncu, ötən ilin payızında çıxmış məqaləsiylə, daha doğrusu yazının sərlövhəsiylə («Vətən nədən başlayır?.. Əlifbanın ilk hərfindən») baxdıq.
- Niyə məhz əlifbanın ilk hərfindən başlayır Vətən?
- Vətən deyəndə gözümüzün qabağına torpaq, sərhəd, gözəl təbiət gəlir. Amma aydındır ki, bir millətin mövcudluğu onun torpağından, sərhəddindən yox, mənəvi ərazisindən asılıdır. Bu mənəvi ərazini şərtləndirən də bizim maarifimizdir. Və bu maarifin ilk təmsilçisi bizim təhsil sistemizidir. Bu gün biz itirilmiş torpaqlar uğrunda mübarizə aparırıq. Bu, bizim ictimai-siyasi-sosial həyatımızın qatıdır. Ancaq mənəvi ərazi bizim mənəviyyatımızdır – ədəbiyyatımız, mədəniyyətimiz, sənət nümunələrimizdir. Milli varlığımız dərkimizin ilk pilləsi bizim təhsildir. Əgər bir məktəblinin təhsili, savadı müvəffəq səviyyədə olmasa, elmi qoyuram bir kənara, ruhi kamilliyi barədə danışmaq olmaz.
«DƏRSLIK YAZMAQ ÜÇÜN VƏTƏNDAŞLIQ QEYRƏTİ LAZIMDIR»
- Sovet dövründə öyrədilən əlifbayla müasir Azərbaycanda öyrədilən əlifba arasında nə fərq var?
- Fərq çoxdur, böyükdür. Həmin əlifbada bizə nə öyrədirdilər, onları mənimsəmişik. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, nağıllarımız – öyrənmişik. Amma «Qorxulu Əlifba»da da yazmışam, uşaq ədəbiyyatımızla bağlı bir klassikimiz yox idi.
- İndi hesab eləyirlər ki, «Uşaq və buz» keçilmiş zamandır…
- Bəs indi kimin zamanıdır? O kitablarda əcaib şerlər var, nəinki ədəbiyyatdır, heç içində elementar məntiq, fikir yükü, bədii yükü yoxdur. Əgər biz «Uşaq və buz»u bəyənmiriksə, onda ortaya nəyi qoyuruq? Sovet dövrünü indi bəyənmirik, amma o vaxt dərsliklərə məsuliyyətli bir iş kimi yanaşılırdı.
- Yəni, deyirsiz dərslik yazmaq üçün tər tökmək lazımdı, tər tökmək istəyən də yoxdur?
- Tər tökmək yox… Dərslik yazmağı vətəndaşlıq qeyrəti, vətən sevgisi olan, milli-mənəvi təkmilləşmə üçün özünü qurban verməyi bacaran, mütəxəsisislərə vermək lazımdır. Başqa cür mümkün deyil, bizim kitablarımıız faciəvi haldadır.
«MAARİFÇİLİK DARMADAĞIN OLUB»
- Afaq xanım, necə bilirsiz, Azərbaycanda 19-cu əsrin axırlarında başlamış maarifçilik hərəkatı öz hədəfinə çatıbmı?
- Siz çox yüksək uçuşla gedirsiz. Bu gün dilimiz məhv olur, bu gün ölkədə ağır mənəvi deqradasiya gedir. Siz bizim ədəbi prosesə, mətbuata, təhsil kitablarına, efirə baxın…
- Baxanda nə görürsüz?
- Hər bir sahədə qeyri-peşəkarlıq.
- Yəni maarifçilik nəinki inkişaf edib, əksinə…
- Əksinə, darmadağın olub. Mən sizə deyim niyə… bir keçid dövrü keçdik. Nə baş verdi? Bu dövrdə mədəniyyətdə, ədəbiyyatda, mənəviyyatda böyük bir uçurum yarandı.
- Niyə ki? Kitablar çıxırdı, yeni şairlər, yazıçılar ortaya çıxırdı…
- Kitabın çıxmağı fakt deyil, əsas odur ki, içində nə yazılıb. İndi də kitablar çıxır, hər gün hardasa kitab təqdimatı keçirilir. Amma gəlin baxaq görək ədəbiyyat varmı? Var, amma çox az miqdarda. Siz maarifçilik deyirsiz, mən sovet dövrünün təhsilini xatırlayırım. Bu yoxdu. Səbəbi də odur ki, hər bir peşəkar öz peşəsini unudub siyasi burulğanın içində bülanmaqla məşğul oldu. Bu zaman kəsiyində biz çox şey itirdik. Nə qədər ağır olsa da, bunu etiraf etməliyik.
- Zəncirin həlqəsi qırıldı…
- İndi deyirik ki, bu zəncirin həlqəsini bərpa edək. Bir neçə nəsil böyüyüb o zaman kəsiyində. Necə bu həlqəni bərpa edə bilərik? O «Qorxulu əlifba» altında böyüyən nəslə yenidən əlifba öyrədə bilmərik axı. Əlifba bilirsiz nədir? Əlifba uşağın ilkin dünya qavrayışı, ədəbiyyatının, dilinin, milli dərkinrin ilkin mərhələsidir. Əgər bu mərhələdə uşağı mənəvi cəhətdən şikəst edirlərsə, sonra bu uşaq lap gedib Harvardı, Oksfordu qurtarsın, fərq eləməz, o çatı bərpa etmək olmaz. Mən niyə həyəcan təbili döyürəm? Çünki sonra bunun altını çox çəkəcəyik.
«ƏDƏBİYYATIN KƏMİYYƏTİ OLMAZ»
Ana dilini onun ədəbiyyatı yaşadır. Bunu Afaq Məsud deyir. Onu da söyləyir ki, amma hər əsər yox…
- Ədəbiyyata kəmiyyət hesabıyla yanaşmaq olmaz axı. Hərçənd Yazıçılar Birliyinin 1500-dən çox üzvü var, bu, absurd bir rəqəmdir. Biz deyə bilmərik ki, külli miqdarda əsərimiz var. Bədii əsərə kəmiyyət prizmasından baxmaq düzgün deyil. Ədəbiyyat – ilahi informasiyadır. Bir fərdə bir cür, başqasına ayrı cür verilmir, hər vaxt, hər kəsə, çox miqdarda verilmir. Amma bu gün Azərbaycanda ədəbiyyatın təbliği yoxdur.
- Bu, həm də dilin təbliğidir?
- Əlbəttə, dili biz necə mənimsəyirik? Bu gün ədəbiyyatı təbliğ edən mexanizm yoxdur. Sovet vaxtı Yazıçılar Birliyinin ədəbiyyatın, dilin təbliğiylə bağlı gördüyü iş təqdirəlayiq idi. Yazıçılar Birliyin son bir neçə ildi bu təbliğat mexanizmini əlindən buraxıb. Oxucu bilmir ki, hansı ədəbiyyatı oxumalıdır. Mən xatırlayıram, məsələn, Mövlud Süleymanlının «Dəyirman»ı çıxanda müzakirələr keçirilirdi…
İKİLİ ƏDƏBİ TƏNQİD
- İndi də var, məsələn, kitab çıxır, onunla bağlı yazırlar…
- Bu, o deyil. İndi iki cür ədəbi tənqid var. Ya tərifnamə yazırlar, ya da səndən xoşu gəlmirsə, yıxıb-sürüyür. Ədəbi tənqid əsərin oxucuya təqdimidir. Bilirsiz, indi prokurorlar, mühəndislər, kim istəyir ədəbiyyatla məşğul olur. Ona görə də ədəbi tənqid peşəkar ədəbiyyatı oxucuya göstərməlidir.
- Ədəbi tənqidə təkcə ədəbiyyatda yox, heç teatrda da rast gəlinmir…
- Ölü bir proses gedir. Elə bil bir qabıq yaranıb. Müəyyən adamlardır, onlar yazır, onların kitabları haqqında yazırlar. Onlar təbliğ olunur. Axı süni təbliğ bu ədəbiyyatı tarixdə saxlamayacaq. Bu gün ədəbiyyatda bir dəyərsizləşdirmə prosesi gedir. Məsələn, bir qiymətli incidi, başqa yalançı müncuqlarla bir arada yığırsan stolun üstünə. Başı çıxmayan adam o qiymətli incini görməyəcək. Bunun üçün sərraf lazımdır, gəlsin, göstərsin ki, bax budur qiymətli inci, o biriləri görüntüdür. Bax, bizdə bu proses yoxdur.