Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. O, Qəbələdə «Gilan» piano fabrikinin açılışında iştirak edib.
Ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda fabrikdə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yə çatdırılacaq.
Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib.
İlham Əliyev daha sonra Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. Hazırda anbarda 50 nəfər işlə təmin olunub.