Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:39

Bloqqerlərin məhkəməsi martın 10-na təxirə salınıb


Bloqqerlərin məhkəməsi martın 10-u saat 11-ə təxirə salınıb. Buna səbəb onların vəkillərinin hazırlaşmaq üçün məhkəmədən vaxt istəmələri olub.

***

Martın 3-də gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılacaq.

Son məhkəmə iclasında müdafiə tərəfinin vəkilləri məhkəmə tərkibinə etiraz etdikdən sonra məhkəmə təxirə salınıb. Bugünkü iclasda Bakı Apelyasiya Məhkəməsi sədrinin etirazla bağlı mövqeyi məlum olacaq.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar həbslərinin sifarişli olduğunu düşünür.

XS
SM
MD
LG