Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

YAP ABŞ Konqresinə etiraz məktubu ünvanlayıb


Yeni Azərbaycan Partiyası ABŞ Konqresinə etiraz məktubu göndərib. YAP icra katibi Əli Əhmədov deyir ki, erməni soyqrımı ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul elədiyi qətnamə tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin ən kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər.
Əli Əhmədov deyib ki, YAP belə bir qərarın qəbul olunmasına kəskin etiraz edir:

«Biz Konqresin Nümayəndələr Palatasına özümüzün etiraz məktubumuzu ünvanlamışıq. Həmin məktubun əsas motivi bu qərarın ədalətsiz və yalan üzərində olmasından ibarətdir. Biz öz müraciətimizdə açıq şəkildə bildirmişik ki, qəbul olunan bu qərar Azərbaycana dost və qardaş olan Türkiyə ilə yanaşı eyni zamanda Azərbaycanın da maraqlarına yönəlmiş bir qərardır».

Martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ermənilərin «soyqırımı»na dair qətnamə qəbul edib. 23 nəfər sənəndin lehinə, 22 nəfər əleyhinə səs verib, sənəd 1 səs çoxluğu ilə keçib.

Komitə səviyyəsində qəbul edilən sənəd Nümayəndələr Palatasının, sonra isə Senatın müzakirəsinə çıxarılmalıdır.

2007-ci ildə eyni qanun layihəsi Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilmiş, lakin Nümayəndələr Palatasının gündəliyinə salınması üçün kifayət edəcək qədər dəstək qazanmamışdı.
XS
SM
MD
LG