“New York Times” qəzeti Azərbaycanın muğam ustaları Alim Qasımov və qızı fərqanənin martın 12-də New Yorkda Asia Societydə konsert verdiklərini yazır. Qəzetin onların ifasın haqqında reportajını təqdim edirik.
Ötən cümə günü axşam (martın 12-i axşam - red.) Alim Qasımovun Asiya Cəmiyyətində oxuduğu sözlərin beş əsr yaşı var. Bu sözləri Bağdadda Məhmməd Füzuli yazıb. Şeirin hər sözündən ağrı, həsrət yağır.
Alim Qasımov içdən qaynaya-qaynaya oxumaq, tutqu və bağlılıq yaratmaq qüdrətinə malik olan müasir böyük sənətkarlardan biridir. Hazırda qızı və şagirdi Fərqanə Qasımova ilə birlikdə səhnədədir. Onlar Azərbaycanın klassik musiqisi olan muğam oxuyurlar. Muğam həm də fars, türk və ərəb ənənələrinə bağlı bir musiqidir. Qasımovlar ifalarından “Azərbaycanın ruhani musiqisi” (Smithsonian Folkways) adı altında Amerika üçün albom da hazırlayıblar.
Muğam başdan-başa təzadlardan, ölçüsüzlükdən və ritmdən, vokal və instrumental hissələrdən ibarətdir. İfa zamanı bəzən sürəkli bir tək notdan sonra oyun gələ bilər. Bu, çox nadir musiqidir. Bəzən ifa yalnız qavalın yüngül səsi ilə müşayiət olunur. O həm də strateji bir musiqidir.
Qasımovların “Şur”u oxuyarkən tonal mərkəz yavaş-yavaş yüksəlir, səsi yüksələrdən daha yüksəklərə ucaldır.
Şeirin klassik məzmunu və strukturu isə ifaçılara improvizələr üçün hüdudsuz imkanlar yaradır.
Alim Qasımovun səsi hər kəsə münasib gələ bilər. Bu cəlbedici səs sanki notlar üzərindən süzülərək göylrə dırmanır, fəryad qoparır. Səslər sanki dolana-dolana özlərinin ilahi güclərinə doğru dırmaşır. Heç bir şey də sadəcə, öz-özünə yaranmır, hər şey mahnının mətnindəki mənanın ifadəsi şəklində yaranır.
Fərqanə də atasının çox dəyərli duet tərəfdaşıdır. Bir qadın şəfqəti ilə dolu aydın və güclü səsi var. Onların ahəngdar səsiləri bir-birinə dolanır.
Alim Qasımov həm də tipik muğam ansamblını genişləndirib. Ora tar və kamançadan başqa, balaban (bəzən klarnet) də əlavə olunur. Amma musiqidə əsl söz sahibi Alimin bənzərsiz səsidir.