Məntəqə sədri onu ağ atlı oğlan həsrətiylə gözləyirdi. Elə o özü də arxasınca bir yığın duman buraxaraq 1970 - ci il buraxılışlı “İJ” motosikletində ağ atlı oğlan təki çaparaq gəlirdi.
Uzaqdan motosikletin uğultusu eşidiləndə məntəqə sədri bayıra çıxıb artırmada toz-duman qalxan tərəfə boylana-boylana siqaret tüstülətməyə başladı.
Motosiklet məntəqənin qarşısında dayanar-dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı.
Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Onun bu düşük Fransız dili müəllimindən heç xoşu gəlmirdi.
Məktəbdə də onunla çox nadir hallarda ünsiyyət qurar, çox vaxt qəbuluna buraxmaz, tez-tez dərslərinə yoxlama göndərər, hər il dərs saatlarını bir az daha azaldıb indi doğum yatağında inləyən gəlininə verərdi.
Zatən kənddə cəmi iki Fransız dili müəllimi var idi.
Doğrusu onun əsl adını kənddə kargüzarlıq işləri ilə məşğul olan katibələrdən və bir də dərs dediyi şagirdlərindən başqa hər kəs çoxdan unutmuşdu. Ona bu ləqəbi universiteti bitirib kənd məktəbində müəllim işləməyə başlayandan sonra vermişdilər.
Kəndə qayıdanda heç kəs onu tanımamışdı. Buruq saçlarını qismən uzadaraq arxaya daramış, qalın və enli bakenbardlarını sırğalıqlarınadək uzatmış, balaca ağzı ətrafında saqqal buraxmışdı.
Şəhərdən yeni gəlmiş bu gənc müəllimdə kəndlilərin bəyəndiyi yeganə müsbət cəhət həmişə kostyumda görünməsi idi.
Onsuz kənd camaatı çoxdan müəllimlərin həmişə kostyumda gəzməsinə alışmışdı. Ancaq Fransız özünün qırmızı kəpənək qalstukuyla bu yeganə müsbət cəhətinin də içinə sıçırdı.
Çoxları onun müəllim deyil, aktyor olduğunu sanırdılar.
O zamanadək kənddə heç bir müəllimin bu cür klounsayaq görkəmi olmamışdı. Sovetlər dönəmində müəllimlər kəndin ən ciddi adamlarından sayılırdılar. Yas mərasimlərində təkcə müəllimlərin mollanın sözünün qabağına söz gətirməyə cürəti çatardı.
Mollalar da bu hazırcavab tayfanın mıxına keçməmək üçün müəllim olan məclisdə planetlərin quruluşundan, dünyanın yaradılışından, peyğəmbər və imamların möcüzəvi qüdrətlərindən bəhs edən mövzulardan deyil, müəllimlərlə aralarında heç bir konflikt yaratmayacaq dini-əxlaqi mövzulardan, özü də arada Qurandan ərəbcə sitat gətirməklə danışardılar.
Mollaların narahatlıqları yalnız mərasimlərində idman müəllimi iştirak edən zaman qismən azalardı. Sovetlərin dağılması ilə müəllimlərin ciddiyyətləri, sərtlikləri çəkilməyə başladı. Mollalar daha əvvəlki tək onlardan çəkinmirdilər. Sovet dövründə ateist tayfa kimi tanınan müəllimlər indi sürətlə dindarlaşırdılar.
Kəndlilər əvvəlcə onun saç – saqqalını kəsdirib kənd dəbinə salmağa çalışdılar.
Hətta onun bərbər xərclərini çəkməyə, yeni qalstuk almağa sponsor da tapılmışdı. Lakin heç kim onu yola gətirə bilmirdi.
O dəvə kimi inadkarlıq göstərirdi. Bu ərəfədə kənddə hamı ona zarafatla Fransız deməyə başlamışdı. Hər kəs onun bu şıltaqlığını cavanlığına bağışlayır, bu şıltaqlığın tezliklə sona yetəcəyi günü səbirsizliklə gözləyirdilər.
Lakin onun şıltaqlığı bitmək bilmirdi. İllər dəyişdikcə onun kəpənək qalstukunun rəngi də kostyumunun rənginə münasib olaraq dəyişir, qırmızıdan göyə, göydən qaraya, qaradan qəhvəyiyə keçir, dəyişməyən yalnız saçları və saqqalı olurdu.
Ona qədər adətən birincilər məktəbə gedərkən onlara kəpənək qalstuklu kostyumlar geyindirsələr də onun bu qalstuku taxmasından sonra daha kənddə uşaqlara kəpənək qalstuk geyindirən olmadı.
Təsadüfən kimsə uşağına kəpənək qalstuklu kostyum geyindirərdisə qadınlar o dəqiqə aralarında irişər, həmən uşağın valideynini məsxərəyə qoyardılar.
Fransızın kəpənək qalstuklarından ən çox məktəb direktoru bezar idi.
Neçə dəfə kabinetində, müəllimlər iclasında tənbeh etsə də xeyri olmamışdı.
Fransız direktorun fikrincə müəllim peşəsinə yaraşmayan bu geyim tərzini dəyişmirdi ki, dəyişmirdi. Hətta məsələ o qədər qəlizləşmişdi ki, direktor Fransızın qalstukunu və saç – saqqal düzümünü dəyişməsi müqabilində ona məktəbin Tədris hissə müdiri vəzifəsini təklif eləmişdi.
Fransızın rədd cavabından sonra onunla mübarizəni öz həyat amalına çevirən direktor bu məqsədlə daha genişmiqyaslı addım atmağa qərar verdi. Oğluna qonşu rayondan olan fransız dili müəlliməsini aldı.
Heç toydan beş gün çəkməmiş təzə gəlinin çiləsinin çıxmasına macal belə vermədən müəlliməni məktəbə işə götürdü. Və nə az nə çox Fransızın dərs saatının düz yarı hissəsini öz gəlininə verdi.
Direktorun bu əməlindən sonra Fransızın dolanışığının necə keçməsi heç kəsi maraqlandırmasa da allah onun üçün pul yetirirdi. Elə o səbəbdən də evləndi.
Amma evlənmək məsələsi təkcə onun istəyi deyildi.
Fransızdan daha çox onun evlənməyini kənd camaatı istəyirdi. Kəndin ağbirçəkləri ipə - sapa yatmayan Fransızın anasını başa salmışdılar ki, oğlu evlənsə özünün bu mütrüf görkəmindən əl çəkər.
Ailə onu ciddiləşdirər, heç birinci uşağı doğulmamış saç – saqqalını da kəsdirər, kəpənək qalstukunu da çıxarar.
Axı nə olsun ki, Fransızın anası onu evlənməyə razı sala bilmişdi? Kənddə Fransıza ərə getmək istəyən ki, yox idi. Heç kəndin şili – şikəsti də ona ərə getmək istəmirdi. Uzun sürən axtarışdan sonra qonşu kəndlərin birindən ona ərə gedə biləcək bir qız tapdılar.
Toya qədər Fransız nə qədər nişanlısı ilə görüşməyə can atsa da nə anası, nə də qohum-qonşular ona bu imkanı verdilər. Səbəb isə onun xarici görkəmindəki biəndamlıq idi.
Fransız da tərs idi. Qadağalara baxmayaraq axır ki, toya qədər nişanlısını bulaq başında uzaqdan da olsa görə bildi. Qız düşünüləcək qədər çirkin deyildi. Hətta Fransız onda bəyəniləcək bir şeylər də tapdı. O an xəyalından seyr etdiyi fransız filmləri,
Eyfel qülləsi, işıqlı və romantik Paris gecələri keçdi. Hətta bir ara qıza qarşı yaranmış istəyindən vəcdə gələrək elə bulaq başındaca “JE T`AİME” deyə bağırmaq da istədi.
Fransızın seyr etdiyi filmlərdəki aktrisalara olan eşqini nəzərə almasaq demək olar ki, o heç vaxt aşiq olmamışdı. Fiziki eşqi olan tələbatını isə yalnız arada sırada rast gəldiyi ötəri qadınlarda ödəyirdi.
Zifaf gecəsi qızın lal olduğunu öyrənənədək sürəcək bu eşq onun ən böyük məhəbbəti idi.
Qız lal olduğu üçün valideynləri qızlarının evdə qarıyacağından qorxaraq Fransıza verməyə razı olmuşdular. Yoxsa heç kim sağlam qızını mütrüfə ərə verərək elin dilinə düşməyə razı olmazdı.
Hər bir eşq özünün romantikası ilə böyükdür. Romantika nə qədər genişmiqyaslı və fantastik, ağlasığmazdırsa eşq də o qədər uzun ömürlü və böyükdür.
Eşq məhv olmamışdan öncə onun romantikası ölür, eşqin gəlişindən sonra yaranan romantika, səmada qanad çalan arzular, xəyallar qəzaya uğramış təyyarə kimi təhlükəli enişə başlayan zamanda eşqin də sonu başlayır. Arzular, xəyallar eşqi göylərə qaldıran mühərriklərdir.
Fransızın qısa sürən bu eşqinin də özünəməxsus romantikası, xəyalları vardı.
O bu xəyallarda evlənəcəyi qadınla Paris küçələrində dolaşırdı, Eyfel qülləsinə çıxırdı, Luvrda gəzirdi, Senanın sahilində əl-ələ tutub fransızsayağı öpüşürdü.
Zifaf gecəsi incəliklərinə çox varmadan söyləyək ki, adaxlısının lal olduğunu öyrəndiyində Fransız hədsiz dərəcədə qəzəblənərək aldadıldığını anladı və bu aldanılışının acığını yazıq gəlindən çıxdı.
Səhərə yaxın gəlin xəstəxanada həkimlərin əli altında zarıyarkən o əlində tutduğu şampan piyaləsiylə eyvanda oturduğu stulu iki qıçı üstündə divara söykəyib sübh günəşinin qızartdığı üfüqlərə dalaraq məhv olmuş xəyallarını düşünürdü.
Fransızın içini yandıran arvadının lal olması deyildi. Guya lal arvadla Fransaya getmək olmurdumu?
Fransız özü də bilirdi ki, əgər yaxın bir neçə onillikdə heç bir möcüzə baş verməzsə o Fransaya filan gedəsi deyil. Eşq gerçəkləşmək imkanları olan ən böyük uydurmadır. Fransız gerçəkləşə biləcəyini düşündüyü arzuları da aldadıldığını anladığı anda yox oldu.
Onun aldanılışı xəyallarını məhv edəcək qədər güclü idi.
Fransızın ikinci xəyal qırıqlığı isə toyun eyforiyası bitdikdən sonra, o arvadı ilə sakit həyata başladıqları günün axşamı oldu. Gecə sevişməsi zamanı öpüşmə əsnasında arvadının dilsiz olduğunu öyrəndi.
Oysa onun çox sevdiyi xəyallarından biri də bir qadınla fransızsayağı öpüşmək idi.
Təzə gəlin uşaq ikən qonşu arvadı pis söyüşlərlə söydüyü üçün anası bu “tərbiyəsiz uşağ”ın dilini kəsmişdi. Fransız arvadının ağız boşluğundan cavahirat tapmadan geri dönən qızılaxtaranlar kimi məyus halda qayıdan dilini dişlərinin altında möhkəmcə sıxıb səssiz əzabla yuxuya getdi.
Fransız seçkilərdə ömründə cəmi bircə dəfə, o da işçi çatışmadığı üçün nəzarətçi kimi iştirak etmişdi.
Onda da hər seçkidə məntəqə sədri olan direktorun anadan əmdiyi südü burnundan gəlmişdi.
Sədr Seçki məntəqəsinə gəlib səs vermək iqtidarında olmayan xəstələr və qocalar üçün seçki qutusu evlərə aparılan zaman saxta bülletenləri qutulara atdırmağı planlaşdırdığı halda Fransız evlərə gedən qutuların üstündə olduğundan direktora bu fürsəti verməmişdi.
Yuxarıdan tapşırılmış namizədin adının qutudan çıxmamasına görə direktorun başı çox ağrıdı, hətta vəzifədən uzaqlaşdırılmaq təhlükəsinə düşdü. Lakin min bir əziyyətdən sonra (yüz baş inəklik fermasını satası olmuşdu) vəzifəsində qala bildi.
O zaman and içdi ki, bir daha heç bir seçkidə Fransızı yaxına buraxmasın. Sonra isə Fransızın artıq yarıbayarı azalmış dərs saatlarını yenə də azaldaraq gəlininə ötürdü.
Fransız da o qədər “başından vur pəpəsini al” adam deyildi. Əlinə fürsət düşəndə gözünü qırpmadan tısbağa kimi direktorun belindən basır, hərəkət etməyə imkan vermir, öz heyfini çıxırdı. Son zamanlar isə direktoru lap gözüm çıxdıya salmışdı.
Direktor məktəbin düz girişində “məktəb ləvazimatları” adı altında nəvəsi Sonanın adına “Sona” Gözəllik salonu tikdirmişdi. Məktəbdə işləyən bütün qadın müəllimələrinə də tapşırmışdı ki, yalnız “Sona” Gözəllik salonunda bəzənsinlər, yoxsa işdən çıxaracağı ilə hədələyirdi.
Müəllimlərin onun tapşırığına əməl etmələri bir qırağa dursun yeniyetməlik çağlarına çatmış məktəbli qızlar da vaxtlarını məktəbdən daha çox salonda keçirir, sevgililərini başdan çıxarmaq üçün beşcə dəqiqə davam edən kiçik tənəffüslərdə belə vaxt tapıb salona baş çəkir, saçlarını, üzlərini salonun işçilərinə bəzətdirirdilər.
Amma elə ki, məktəbə rayon təhsil şöbəsindən, nazirlikdən və ya şəhərdən kəndə yüksək rütbəli məmurların gələcəyi gözlənilirdi, onda salon öz işini dayandırır və salonun düzbucaqlı üçbucağa bənzəyən maili damına yazılmış “Sona” Gözəllik salonu adını “Məktəb ləvazimatları mağazası” ifadəsi əvəz edərdi.
Amma hələ bu vaxtadək həmən “Məktəb ləvazimatları mağazası”ndan bir dənə qələm belə alan olmamışdı.
Kənddə heç kəs direktorun bu işləklərinə qarşı çıxmazdı. Fransızdan başqa.
Daha fransız hər dəfə direktorla arası portlaşanda və yenə də dərslərinin bir hissəsini itirmək təhlükəsi ilə qarşılaşanda hirslənib özündən çıxmır, eyhamla məktəb ləvazimatları adı altında gözəllik salonu tikdirdiyini direktorun yadına salmaqla kifayətlənərdi.
Bu kiçicik şantajdan sonra hər dəfə direktorun pısı bir müddət lap yatardı.
Bir dəfə səhər dərsə gələr - gəlməz həmişə Fransızı qəbul otağında saatlarla gözlədən direktor onu otağına aldı.
Otaqdan ürək dərmanının kəskin qoxusu gəlirdi.
Direktorun arxa tərəfindəki rəfdə tədris-metodiki tövsiyələrdən ibarət kitablarla yanaşı dövlət məmuru olaraq kitab rəfində yerləşdirməyə mükəlləf olduğu siyasi kitablar, Quran və dindən bəhs edən digər kitablar düzülmüşdü.
Direktor tez – tez şkafda dikinə qoyulmuş Qurana işarə edərək “Arxamdakı Qurana and olsun!..” deməyi xoşlayardı. O gah hay - küylə, gah da astadan yazıq səslə danışır, onun mərdimazarlığının səbəbini soruşurdu. Fransızın özünü heç nədən xəbəri yox kimi aparması direktoru lap haldan çıxarırdı.
Səbri usanan direktor əsəbi halda ötən günki “Azadlıq” qəzetini qapı ağzında boynu bükük dayanıb saqqalını tumarlayan Fransıza sarı tulladı. Fransız direktorun qəbulundan çıxarkən əlində tutduğu qəzetə ötəri nəzər salaraq hadisədən xəbərdar olduqdan sonra xımı-xımı gülümsədi.
Rayon mərkəzinə qəzet və jurnallar çap olunduğu günün yalnız günortadan sonrası Bakıdan rayona gələn ilk avtobusla gəlib çıxardı.
Ətraf kəndlərə isə ancaq həmən günün sabahı təbii ki, onu da kənd adamlarından alan olsaydı gəlib çıxırdı. Bu qəzetlərin bir hissəsi dövlət və aparıcı müxalifət partiyalarının qəzetləri idi.
Qalan və tələbatın daha çox olduğu böyük bir hissəsini isə idman, qoroskop və sentimental sevgi hekayələrindən bəhs edən qəzetlər təşkil edərdi.
Rayona gələn müxalifət qəzetlərini rayondakı müxalifətçilərdən çox yerli icra hakimiyyəti orqanlarının işçiləri və digər kiçik çaplı məmurlar əsasən qəzetdə özləri və işçisi olduqları struktur haqqında “xoşagəlməz” informasiyanın gedib getməməsindən xəbərdar olsunlar deyə alardılar.
Bu cür məmurlardan biri də direktorun Rayon Təhsil Şöbəsində işləyən dostu idi.
Direktorun dostu həmişəki ki, kimi yenə də müxalifət qəzetlərini alıb iş otağında ciddi axtarışa başlamış və “Azadlıq” qəzetində Qan Turalının köşəsində sənətdaşının “ildə bir yol...” məktəb ləvazimatları mağazasına çevrilən gözəllik salonunun əhvalatını oxuyar - oxumaz ona zəng çalmış, dalıycan da qəzeti taksi ilə bir baş direktorun qapısına yollamışdı.
Məqaləni oxuyan direktorun gözünə səhərədək yuxu getməyir, ürəyini tuta – tuta “yaxşılıq qanmayan” Fransızı o ki, var söyür, səhər isə məktəbə gələn kimi o dəqiqə qəbuluna çağırtdırır.
Fransızın həqiqətən də qəzetdəki məqalədən xəbəri yox idi. Bu işdə əli olmasa da Qan Turalının köşəsinin ona karı toxundu. Tezliklə gah itirib gah geri qaytardığı dərs saatlarının bir hissəsini direktor yenidən geri verdi.
Bu hadisədən sonra onların münasibətləti daha da pisləşərək İran –ABŞ münasibətlərinə dönmüşdü.
Nə vaxt rastlaşsalar biri o birini işdən qovacağı ilə hədələyir, o biri də işdən qovulacağı təqdirdə direktorun məktəbin ağzında gözəllik salonu tikdirməsi barədə nazirliyə yazacağı ilə qorxudurdu. Beləcə onların “soyuq müharibəsi” acı bağırsaq kimi uzanırdı.
Fransızın axırıncı dəfə Bakıda olarkən özünə yeni al qırmızı kəpənək qalstuk alması direktoru lap özündən çıxarırdı.
Seçki günü sədr Fransıza zəng edib məktəbə çağıranda o təhlükəli bir şey olduğundan şübhələndi.
Birinci və axırıncı dəfə iştirak etdiyi seçkidən sonra nə özünün bir də həvəsi olmuşdu seçkilərə qatılmağa, nə də onu seçkiyə dəvət eləyən olmuşdu.
Buna görə də Fransız nəsə gözlənilməz bir hadisənin baş verdiyindən duyuq düşdüyü üçün “silahı”nı - axırıncı dəfə Bakıda olarkən aldığı al qırmızı kəpənək qalstukunu da taxdı.
Çeşt vaxtınadək məntəqədə hər şeyin sədrin ürəyincə getdiyi halda birdən iki maşın məntəqənin qarşısında dayandı. Artıq bir həftədən çox idi ki, gözəllik salonu öz fəaliyyətini dayandırmış, tikilinin qabağına asılmış “Sona” gözəllik salonu yazısını “Məktəb ləvazimatları mağazası” əvəz eləmişdi.
Gələnlər xarici müşahidəçilər idilər. Əvvəlki seçkilərdə xarici müşahidəçilər adətən məntəqəyə gəlib beş – on dəqiqə seçkinin gedişatı ilə maraqlanar, neqativ hallara rast gəlmədikləri (neqativ hallar əsasən qutular sayılmağa aparıldığı vaxt baş verərdi) təqdirdə ləngimədən digər məntəqələrə yollanardılar.
Bu dəfə nədənsə belə olmadı. Gələnlər xarici müşahidəçilərdən iki xanımı məntəqədə saxlayıb digər məntəqələrə yollandılar. Əllərində qələm və bloknot tutmuş xanımlar dinməzcə məntəqədə dolaşırdılar.
İkisi də ortayaşlı olsalar da dar cins şalvar geymiş xanım incəbel, sarışın idi, tarım çəkilmiş şalvar qadının bədəninin füsunkarlığını məharətlə sərgiləyirdi. Digər xanımın geydiyi şalvardan isə iri dalı pırtlayırdı. O ağlagəlməz dərəcədə kök idi.
Xanımlar onlarla münasibət quran hər kəsə elə gülərüzlə cavab verirdilər ki, sanki bura məntəqədə baş verə biləcək neqativ halları qeyd etməyə deyil, ziyafətə gəlmişdilər.
İşə sədrin birinci girişməsi ilə məlum oldu ki, xanımlar rusca çox pis, hətta demək olar ki, heç bilmirlər.
Xanımların qıçın belin sındırdıqları rus sözlərini də anlamaq olmurdu. Belə olan təqdirdə sədr məktəbdəki iki ingilis dili müəlliməsinin ikisini də təlimatlandıraraq xanımların üstünə göndərdi.
Bir az sonra onların söhbətlərindən məlum oldu ki, müşahidəçi kimi gələn xanımların hər ikisi fransızdırlar. Tərslikdən məktəbdə bir nəfər də kişi ingilis dili müəllimi yox idi, bu fransız xanımlarla ünsiyyət qurmağa bacarsınlar.
Sədrin fikrincə fransız kişilər öz nərmənaziklikləri, davranışları, incəlikləri, kübarlıqları ilə başqa xalqların kişilərinə baxanda qadınsayaqdılar, o ki, qaldı fransızların qadınları ola. Fransız kişisi alman qadını qədər incə və kübardır.
Fransızların bu xüsusiyyətlərini nəzərə alan sədr xanımların başlarını yalnız kişi xeylağının qata biləcəyini düşünürdü.
Həm də xanımlar ingilis dili müəllimələri ilə olan söhbət əsnasında eyhamla bildirdilər ki, öz işlərini atıb söhbətə qoşulmaq heç də yaxşı hal deyil.
Müəllimələr əcnəbi xanımların axırıncı danışıqlarını tərcümə etdikdə rəngi – ruhu dəyişən sədr bir qədər keçəndən sonra müəllimələrə öz işlərinin başlarına qayıtmağı tapşırdı və dərhal da müavini ilə məsləhətləşmələrə girişdi.
Sədr əgər bir yol tapıb müşahidəçi xanımların başlarını qatmazsa ən azı illərdir dişlə - dırnaqla qoruyub saxladığı məktəb direktoru vəzifəsini itirəcəyini gözəl bilirdi. Odur ki, kabinetə keçib müavini ilə uzun məsləhətləşmələrə başladı.
Tərslikdən Fransız dili müəlliməsi olan gəlini də doğum yatağında zarıyırdı.
Çoxdandır işləri belə tərs gətirməmişdi. Gərək iki ingilis dili müəlliməsinin ikisini də birdən seçki prosesinə cəlb edərdi? Gəlini də doğmağa vaxt tapmışdı.
Hər dəfə işi çətinə düşəndə arvadının tez-tez təkrar etdiyi fikri yadına düşdü. Sədr mövhumata bir o qədər inanmasa da qərara aldı ki, bu işini də salamatlıqla ötüşdürəndən sonra mütləq hər dəfə təxirə saldığı qaraçuxası üçün yasin oxutdurmaq məsələsini həyata keçirsin.
Nəhayət ki, müavinin məsləhəti ilə işə Fransızı cəlb etmək qərarına gəldilər.
Düzü Fransıza işi düşməsi onun ürəyindən deyildi. Amma başqa əlacı da yox idi. Dilini dişinə tutub Fransıza zəng edərək məktəbə çağırdı. Əlac təkcə ona qalmışdı.
Motosiklet məntəqənin qarşısında dayanar – dayanmaz sədr motosikletdən enən Fransıza doğru qaçdı. Başqa vaxt olsaydı o heç Fransıza salam da verməzdi. Amma bu dəfə qoluna girib kabinetinədək rəfaqətlik elədi.
Sədrin ona olan işgüzar təklifinin qarşısında o da bir neçə bənddən ibarət olan təkliflər paketini irəli sürdü.
Sədr azca nəm - nümdən sonra çarəsizliklə razılaşdı.
Bayıra çıxarkən ələ-ələ verib görüşdükdən sonra Fransız qəbul otağında divara yapışdırılmış bədənnüma güzgünün qarşısında saçlarını tumarladı, üst – başını qaydaya saldı və al qırmızı kəpənək qalstukunun hər iki qanadından tutub dartışdırdı.
İlk dəqiqədəncə müşahidəçi xanımlarla o qədər emosional, səmimi münasibət qurmuşdu ki, kənardan baxan onu digər əcnəbilərdən ayırammazdı. Sanki üç fransız Paris meydanlarından birində dayanıb hər üçünə doğma olan bir mövzu ətrafında danışıb, deyib - gülürdülər.
Artıq günorta olduğu üçün Fransızın xanımları nahara dəvət etməsi ilə üçü də məntəqədən çıxdılar.
İncəbel xanım Fransızın tərkinə, gombul xanım isə lülkaya minib brezent örtüyü üzərinə çəkdi. Fransız da gözünün altına, alnına yapışaraq üzünün yarısını tutan şəffaf, qoruyucu eynəyini taxıb motosikleti bir təpiyə işə saldı.
Motosikleti yerindən tərpənərkən incəbel xanım bərk - bərk onun belini qucaqlamışdı.
Ətrafdakı qadınlar əlləri üzlərində təəccüblə motosikletdəkilərə baxırdılar. Kənddə heç bir qadın xüsusən də müəllimələr motosikletə minməzdilər.
Hətta Fransızın xanımı da çox nadir hallarda, o da yalnız axşam düşəndə ərinin motosikletinə minərdi. Qadınlar heyrətlə uzaqlaşan motosikletə baxırdılar.
Fransız motosikleti döndərib məktəbin həyətindən çıxan zaman bir anlıq əylədi və başıyla indi məktəb ləvazimatları mağazası olmuş gözəllik salonuna işarə edərək xanımlara nəsə söylədi.
Sədr Fransızın qonaqlara nə söylədiyini təxmin etsə də, bunun onun üçün nəylə nəticələnəcəyini kəsdirə bilmədi; Şərq müəmması deyə üstündən keçəcəklər, yoxsa yuxarı instansiyalarda bu barədə məsələ qaldıracaqlar.
Məntəqə sədri bunun haqqında sonra düşünməyi qərara alaraq işlərin qaydasında getməsinə nəzarət etmək məqsədilə içəri keçdi.
Fransız xanımları kəndin ətrafında bir xeyli gəzdirdikdən sonra Almalı meşəsinə qalxan yolun üstündəki restorana gətirdi. Restoran dağın döşündə yerləşirdi. Buradan baxanda üç tərəfdən dağlarla əhatə olunmuş kənd amfiteatra bənzəyirdi.
Fransız əvvəlcədən restorana zəng edib pəncərəsi kəndə açılan kabinetlərdən birini bronlamış və əcnəbi xanımların xahişləri ilə ən ləziz milli xörəklərdən sifariş vermişdi.
Əvvəlcədən razılaşdıqları kimi restoranın hesabını sədr ödəyəcəyi üçün Fransız qonaqların süfrəsinin səxavətlə bəzədilməsinə çalışırdı.
Bunu həm qonaqların qarşısında xəcalətli qalmamaq həm də, sədri daha çox “tərlətmək” üçün edirdi.
Ona görə də administratoru çağırtdıraraq keçən dəfədən restorana qalan borcunu da bu hesaba yazmasını sakitcə tapşırdı.
Qonaqlar kabinetə keçəndə süfrə tamamilə bəzədilmiş, ofisiantlar xörəkləri süfrəyə vermək üzrə hazır dayanmışdılar. Fransız qədəhlərə süzülən tut arağını xeyli təriflədi. Elə qonaqlar da ilk qədəhdən sonra onun təriflərinə qoşuldular.
Amma söhbətin əsas mövzusu araq deyildi. Fransız Paris haqqında sanki orada doğulub boya – başa çatıbmış kimi coşqunluqla danışırdı.
İlk dəfə Fransız dili və Fransa haqqında biliklərini boşaltmağa imkan tapmışdı və bu imkanından böyük məharətlə yararlanırdı.
İçkinin və şirin söhbətin verdiyi nəşənin təsiri ilə mövzu gəlib sevgi və sex üzərində dayananda gombul xanım bu iki sərxoşun gözlərindəki qığılcımdan bir azdan nə baş verə biləcəyini aydınca oxudu.
İncəbel, sarışın xanım Fransızın buraların dəbinə uyğun gəlməyən tərzindən danışır və qısa saqqalının ona çox yaraşdığını söyləyirdi.
Söhbət əsnasında incəbel xanımın çox ehtirasla fransızsayağı öpüşməyi bacardığını söyləyərək Fransızın lap çoxdanki - bir zaman evlənərkən kamına yetəcəyini düşündüyü, lakin uğursuzluğa düçar olan arzusunu yadına saldı.
İndi o daha çox incəbel xanımın danışdıqca yerində rəqs edən qırmızı dodaqlarına, çəhrayı dilinə və dilinin üstündəki cuppulu gümüş pirsinqinə nəzər yetirir, içini dili ilə pirsinqə toxunmaq kimi qaynar bir arzu bürüyürdü.
Artıq gombul xanımın kabineti tərk etmək vaxtı gəlib çıxmışdı. Onsuz gombul xanım lap əvvəldən bu söhbətlərdə az iştirak edirdi.
Elə o özü də vəziyyətin nə yerdə olduğunu anladığı üçün siqaret çəkmək bəhanəsiylə çantasını götürüb bayıra çıxaraq qurdla quzunu kabinetdə tək buraxdı.
Bir qədər sonra çaydaşı döşənmiş kənd yolları ilə səntirləyə - səntirləyə yeriyən sərxoş gombul xanım doğma dilində bomba dalğası kimi ətrafa yayılaraq kəndi üç tərəfdən saran dağlarda bir neçə dəfə əks səda verən tanış kişi səsi eşitdi: JE T`AİME.