Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:55

İrana yenidən sanksiya qoyula bilər


Barak Obama və Nikola Sarkozi - 30 mart 2010
Barak Obama və Nikola Sarkozi - 30 mart 2010
«İrana qarşı yeni sanksiyalar bir neçə həftə ərzində tətbiq edilə bilər». Martın 30-da ABŞ prezidenti Barak Obama Ağ Evdə fransalı həmkarı ilə danışıqlardan sonra belə deyib.

Obama bildirib ki, ABŞ beynəlxalq müttəfiqləri ilə birgə əvvəlki sanksiyaları nəzərə almadığına görə İrana 4-cü dəfə sanksiya tətbiq etmək üzərində işləyir.

Öz növbəsində Fransa prezidenti Nikola Sarkozi deyib ki, «İranla əlaqədar qərar verməyin vaxtı yetişib».

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyat edir, uranı zənginləşdirməməyə çağırır. İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG