Çeçen kamikadzelər son iki ildə az qala hər ay partlayış törədir. Onların hədəfi rus əsgərindən çeçen milisinə, bu həftə Moskva metrosunda ölən dinc sakinlərə kimi istənilən adam ola bilər. Özünü öldürməyə hazır olan insanın atacağı addımı təsəvvür etmək çətin deyil. Bəs bu gənc insanları – qadın və kişiləri onlarla vətəndaşı öldürmək üçün əyninə partlayıcı geyinməyə vadar edən nədir?
«Nyu-York Times» qəzeti yazır ki, çeçen kamikadzelər adi stereotiplərdən fərqlənirlər. Moskva uzun illərdir çeçen «canlı bombalarını» islamçı ekstremistlər kimi qələmə verir, İslamı dünyanın hakim dininə çevirməyə çalışdıqlarını bildirir. Rusiya Qərbi bu mübarizənin terrorla qlobal qarşıdurmanın bir hissəsi olduğuna inandırmağa çalışsa da, faktlar başqa şeyləri deyir.
NECƏ OLUR Kİ, ÇEÇEN QADIN VƏ KİŞİLƏR TERRORÇU-KAMİKADZEYƏ ÇEVRİLİRLƏR?
Qəzet qeyd edir ki, Çikaqo Təhlükəsizlik və Terrorizm layihəsi (Chicago Project on Security and Terrorism) çərçivəsində 2000-ci ildən bu yana çeçenlərin törətdiyi terrorların hamısı araşdırılıb. Bu müddətdə 42 ayrı-ayrı insident olub ki, onları 63-nü kamikadze həyata keçirib. Çeçen separatçılarının bir çoxu müsəlman olsa da, az qismi bu addımı dini inanclarına görə atıb. İntiharçıların əksəriyyəti kişilər olub, ancaq qadınların da payı 40 faizdən çoxdur. Əksəriyyəti Qafqaz mənşəlidirlər.
Çeçen kamikadzeləri nə yönəldirsə də, bu, cihad deyil. «Nyu-York Times» qeyd edir ki, Livan, İraq, Əfqanıstan, Şri-Lanka və digər ölkələri araşdıran zaman məlum olub ki, terror əksər hallarda xarici qüvvələrin hərbi müdaxiləsi zamanı son vasitə olur. Çeçenistanda bu hal müşahidə olunmaqdadır.
Çeçen qiyamçıları 90-cı illərdə çoxminlik rus qoşununu ölkədən çıxarıb. 1999-cu ildə isə Rusiya bu dəfə regiona 90 minlik hərbçi ilə geri dönüb. Ruslar yaxşı sənədləşdirilmiş hərbi kampaniya aparıb, «yerlə-yeksan etmək» taktikasından istifadə edərək Çeçenistanın təxminən 1 milyonluq əhalisinin 30-40 minini məhv ediblər. Adi partizan taktikası və girov götürmək yaraqlılara bu dəfə heç nə verməyib.
YENİ METOD – QADINLAR
Bu dəfə yaraqlılar yeni metodlara əl atıblar – qadınlara.
7 iyun 2000-ci ildə iki çeçen qadın – Xava Barayeva və Luiza Maqomadova partlayıcı yerləşdirilən yük maşınını Çeçenistanın Alxan-Yurt deyilən ərazisində Rusiya xüsusi təyinatlılarının olduğu binaya çırpır. Ruslar hadisə zamanı 2 əsgərin öldüyünü desələr də, çeçen yaraqlıları ölənlərin 20-dən artıq olduğunu bildirir.
Bu, qadın kamikadzelərin iştirak etdiyi ilk terror olur və qadınların istifadəsinin üstünlüyünü nümayiş etdirir.
Belə ki, qadınların iştirak etdiyi terrorda ölənlərin sayı daha çox olur - orta hesabla 21 nəfər. Kişilərdə isə göstərici adətən 13 nəfər təşkil edir. Digər tərəfdən qadın intiharçılar istər kişi, istərsə də qadınları bu əməliyyatlara həvəsləndirə bilirlər.
«Nyu-York Times» qəzeti yazır ki, əməliyyatlarda iştirak edən qadınların əksəriyyəti «işğal» zamanı ərlərini itirən 15-37 yaşlı qadınlar olub. Qadın kamikadzelərin daha bir üstünlüyü də var: Bu da, onların çox zaman maneəsiz, şübhə oyatmadan hədəflərinə yaxınlaşa bilməsidir.
Məsələn, Rusiyanın «Kommersant Vlast» jurnalı belə bir təcrübə keçirib. 2003-cü ildə Zarema Mujaxoyeva adlı çeçen qadının Moskva kafelərdən birində partlayış törətmək cəhdindən sonra, jurnalın əməkdaşı hicabda və əlində böyük çanta ilə birgə kafeyə girib, stol arxasında oturub. Özünü xeyli əsəbi aparsa da, ona «gözün üstə qaşın var» deyən olmayıb. Təəccüblü deyil ki, Moskvada 10 terror hadisəsindən 8-ni çeçen qadınlar törədib.
Bir məsələ də diqqəti çəkir. Çeçen kamikadzelər 2000-ci ilin iyunundan 2004-cü ilə kimi 27 dəfə hücum təşkil etsə də, növbəti 3 ildə heç bir hadisə baş verməyib. 2007-nin oktyabrından isə yenidən 18 hücum. «Nyu-York Times» sual edir ki,
GÖRƏSƏN 3 İLLİK FASİLƏ NƏ İLƏ İZAH OLUNUR?
Cavab odur ki, çeçen qiyamçıları iki səbəbə görə əhalinin dəstəyini itiriblər. Birincisi, 2004-cü il yüzlərlə uşağın ölümü ilə nəticələnən Beslan hadisələrinə görə. Bu hadisədən sonra çeçen separatçılarından biri hadisədən təəssüflənərək bildirmişdi ki, «indi bütün dünya düşünəcək ki, uşaqlara hücum edirlərsə, demək çeçenlər vəhşi heyvandırlar».
İkinci səbəb isə Rusiyanın müharibənin üzdüyü əhalini «ürəkləri və ağılları» cəlb etmək proqramını uğurla həyata keçirməyə başlamasıdır.
İstənilən halda mənzərə aydındır. Kamikadzelərin terrorunun başlıca səbəbi Rusiya qüvvələrinin işğalıdır.
Çeçen separatçılarının yeni nəsli prezident Kadirovu Kremlin marioneti hesab etdiyindən, real uğur qazanmaq üçün Çeçenistanın əsas ictimai institutlarının legitimliyini yüksəltmək lazımdır. Bu mənada ilk addım azad və ədalətli seçkilərin keçirilməsi ola bilər. Digər vasitələr isə təhlükəsizlik orqanlarında dünya ictimaiyyətinin qəbul etdiyi normaları qəbul etmək, neft gəlirlərinin ədalətli və bərabər bölməkdir.
«Nyu-York Times»ın fikrincə, siyasi metodlar bütün problemləri həll etməyəcək. Metroda baş verən partlayış Rusiyanı düşündürməlidir. Moskva anlamalıdır ki, müqaviməti diplomatik yolla yatırmaq onun öz marağındadır. Çeçenlər özlərini işğalda hiss etdiyi müddətdə isə hücumlar təkrarlanacaq, Rusiyada dağıntı və xaos yayacaq.