Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsud Azadlıq Radiosunun "İşdən sonra" verilişinin qonağı olub.
- “Azərbaycan ədəbiyyatı Biləcəridən o yana gedə bilmir” fikri ilə razısınızmı?
- Razı deyiləm, çünki Azərbaycan ədəbiyyatı xarici ölkələrdə, o cümlədən Rusiyada təmsil olunur. Məsələn, mən öz payıma deyə bilərəm ki, mənim yaradıcılığım əsasında 2000-ci ildə Vyanada doktorluq dissertasiyası müdafiə olunub. Müəllifi türkoloq alim Sena Doğandır.
2002-ci ildə mən yenə Vyanaya dəvət aldım. Mənim əsərlərim üzrə orada silsilə görüşlər keçirildi. “Sərçələr”, “Dahi” əsərləri əsasında.
Ondan əvvəl - 1995-ci ildə Berlin Ədəbiyyat Evində “İzdiham” əsərimi alman ədəbiyyatsevərlərinə oxudum. Bu qiraət ənənəsinə görə, əvvəl yazıçı öz əsərindən bir parça oxuyur, sonra həmin parçanın təcüməsi oxuculara təqdim edilir. Sonda dinləyicilərlə müəllif arasında sual-cavab olur.
2008-ci ildə yenə də Vyana radiosunun dəvəti ilə orada qonaq oldum. Yaradıcılığım haqqında düz 1 saat veriliş yayımlandı.
- Amma dinləyicilər sizi tanıyırdılarmı? Orada kitablarınız çap olunubmu?
- Kitabım yox, orada bir sıra hekayələrim çap olunub. Və o silsilə görüşlər keçiriləndə - orada ədəbi həyat çox aktivdir – ora mətbuat nümayəndələri gəlir. Mən orda bir sıra müsahibələr də verdim. Mətbuatda mənim alman dilinə tərcümə edilmiş hekayələrimlə bağlı məqalələr dərc edildi. Radiodakı veriliş zamanı canlı yayımda çoxlu suallar gəldi...
- (dinləyici sualı) Necə olur ki, Azərbaycanda onlarla xalq yazıçısı, prezident təqaüdçüsü olan yazarlar var, amma onlardan kimsə ölkəyə nüfuzlu beynəlxalq mükafat gətirməyib, Nobel demirik, heç olmasa İMPAC, yaxud Kafka mükafatı. Bəlkə Azərbaycanda ziyalı adlanan təbəqə təqdim edildiyi qədər sanballı deyil?
- Əvvəla, mən sizə deyim ki, Azərbaycan ədəbiyyatının dünyaya təqdim mexanizmi yoxdur.
Bizdə ədəbiyyata, Yazıçılar Birliyinə olan münasibət sovetlər dönəmində olduğu formada qalıb. Əvvəllər ədəbiyyat bir təbliğat maşını xarakteri daşıyırdı.
Sovet dövründə ədəbiyyat dövlətin ideoloji silahı idi. Amma Azərbaycan müstəqil olandan sonra bu sahədə bir boşluq yaranıb.
Kimin pulu var, yaxud kim sponsor tapırsa, öz əsərini çap edib 5-10 nəfərə paylamaqla kifayətlənir. Bu bizim böyük bir dərdimizdir – bu gün Azərbaycan ədəbiyyatında dünyaya çıxa biləcək şairlər, yazıçılar var, amma onların dünyaya təqdimi üçün mexanizm yoxdur.
Bunun üçün böyük maddi imkan olmalı və dövlət dəstəyi mexanizmi hazırlanmalıdır. Nobel, Buker, yaxud başqa mükafatları misal çəkdiniz, o yazıçıların o mükafatlara gedib çıxmaq üçün orda nə boyda əməliyyatlar gedir.
Nobel mükafatını elə-belə heç bir yazıçıya vermirlər. Onların arxasında dövlət dayanır. Onların əsərləri müxtəlif dillərə tərcümə olunur, geniş tirajlarla yayılır, onların təbliğatı qurulur.
Markesin gözəl bir sözü var, deyir “Yazıçının inqilabi borcu yazmaqdır”. Daha həm yazmaq, həm əsərini nəşr etmək, həm dünyaya tanıtmaq – bütün bunları etmək üçün yazıçı nə karədir ki.
Yazıçı sadəcə oturub Allahın ona verdiyi istedadla, yaxud özünün həvəsi ilə yazı yazır. Sonrakı etap onun gücündə deyil.
- Amma niyə də olmasın, niyə Azərbaycan neftini dünyaya satmaq üçün infrastruktur var, amma Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması mexanizmi yoxdur?
- Bax bu, böyük bir problemdir. Mən dəfələrlə bu barədə danışmışam.
- Sizcə, belə bir vəziyyətin mövcudluğunun səbəbi nədir?
- Mən dövlətin daxili işinə, siyasətinə müdaxilə edə bilmərəm. Amma mən belə düşünürəm ki, hələ ki ədəbiyyata vaxt yoxdur.
Yaxud bəlkə o qədər vacib işlər var ki, ədəbiyyat sonraya saxlanılıb. Amma hələ ki bu sahədə boşluq var. Bu gün Azərbaycan ədəbiyyatı tam baxımsız vəziyyətdədir. Yazıçılar İttifaqı əlinə qələm alıb nəsə yaza bilən adamları bir ucdan Yaziçilar Birliyinə qəbul edir.
Amma ədəbi proses nə deməkdir, bilinmir...
- (dinləyicidən replika) Dediniz ki, Nobel mükafatı alan yazıçıların arxasında dövlət dayanır. Amma Orxan Pamukun arxasında dövlət dayanmırdı axı. Əksinə onun dövlətlə ixtilafı vardı...
Müsahibəyə ətraflı burda qulaq as