Aprelin 1-də AzadlıqRadiosunun "İşdən sonra" proqramında qonaq olan Bakı Metropolitenin rəisi Tağı Əhmədov aparıcının və dinləyicilərin heç bir sualını cavabsız buraxmadı:
- Maaşınız nə qədərdir?
- Keçidlərdə al-ver neçəyədir, qazancı kimə gedir?
- Müxalifətə keçəcəyi barədə xəbərlər nə qədər doğrudur?
- Jurnalistlərlə söhbəti niyə bəzən kəskin olur?
- "Elmlər Akademiyası" stansiyasında ailə biznesi varmı?
- Metroda işləyənlərin hamısı niyə naxçıvanlıdır?
- Metronun təhlükəsizliyi necə qorunur?
- Doğrudanmı Vasif Talıbov onu Naxçıvana buraxmır?
- Bakıda daha haralara metro xətti çəkiləcək?