Aprelin 12-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da görüşəcəklər.
Görüş paytaxt Vaşinqtonda nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.
Məlumata görə, rəsmilər Bakı vaxtı ilə saat 18:30-da bir araya gələcəklər.
Ərdoğan və Sarkisyan ötən il Davos Dünya İqtisadi Forumundakı görüşdən sonra ilk dəfə Vaşinqtonda görüşürlər.
Rəcəb Tayyib Ərdoğanı səfər zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və enerji və təbii sərvətlər naziri Taner Yıldız müşayiət edir.