Bakı şəhər İcra Hakimiyyəti mayın 10-da keçiriləcək gül bayramı üçün Heydər Əliyev sarayın qarşısındakı parkı artıq Hollandiyadan gətirilən qızıl zanbaqlarla bəzəyib. Azərbaycan dövlət tleviziyasının məlumatına görə bayramla əlaqədar aprelin 25-i gecədən Milli Bank və Heydər Əliyev sarayı istiqamətlərdən parka çıxan yeraltı keçidlər bağlanacaq.
Bakı Şəhər İcra Hakimiyyəti artıq bir neçə ildir ki, mayın 10-da Heydər Əliyevin doğum günündə onun abidəsinin ucaldığı parkda gül bayramı keçirir. Bütün park xaricdən gətirilən güllərlə bəzədilir. Bu il də həmin ənənəyə sadiq qalan Şəhər İcra Hakimiyyəti təkcə Hollandiyadan 480 min qızıl zanbaq növləri alıb.
Güllərin özünə xas xüsusiyyətləri mövcuddur. Belə ki, onlar dekabrın sonunda əkilsə də 4 aydan sonra çiçək açır. 20 sm-dən 50 sm-dək boy fərqləri olan güllər Abşeron mühitinə uyğun gübrə ilə qarışdırılan torpaqda əkilib. 10-12 sm dərinliyində basdırılan müxtəlif rəngli çiçəklər havadan asılı olaraq həftədə bir dəfə suvarılır.
İcra hakimiyyəti bildirir ki, digər zanbaqlardan seçilən qızılı-bənövşəyi rəngli bir qrup gülü Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada ilk dəfə Heydər Əliyevin adına yetişdirilib.
Zanbaqların düzülüşü səmadan baxdıqda, Azərbaycanın milli atributlarını xatırladır.
Bundan əlavə həmin qızıl zanbaqlara Heydər Əliyev adına İdman və konsert kompleksinin ətrafı, Azneft və Füzuli meydanı, Fəxri Xiyaban və Şəhidlər xiyabanı, Tbilisi prospekti boyunca, Səməd Vurğun və Muğan parklarında da rast gəlmək olar.
Gül bayramı münasibətilə ölkəyə daha 1 milyon kəsmə və dibçək gülləri gətiriləcək.
Bakı şəhər icra hakimiyyəti bu təntənəyə nə qədər pul xərcləndiyini açıqlamır. Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.
Keçənilki gün bayramı Dövlət Neft Akademiyasında 15-ə yaxın adamın öldürülməsi ilə nəticələnmiş qətliamla eyni günə təsadüf etdiyində bayramın ləğv olunması üçün etiraz aksiyaları keçirmişdilər. Amma Bakı şəhər icra hakimiyyəti tədbirini təxirə salmamışdı.