İş adamı və keçmiş siyasətçi Cem Uzan ilə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında Parisdə davam edən beynəlxalq məhkəmə prosesində Uzan türk dövlətindən tələb etdiyi təzminatı 5 dəfə artıraraq 21.5 milyard dollardan 100 milyard dollara çıxarıb.
«Vatan» qəzetinin köşə yazarı Ərcan İnan qəzetin 21.04.2010 tarixli nömrəsində yazıb ki, Uzan ailəsinin Cənubi Kiprdəki «Libananco» adlı firması İnternational Centre for Settlment of İnvestment Disputes”a müraciət edərək tələb etdiyi təzminatın 100 milyard dollara çıxarılmasını tələb edib. İnanın yazdığına görə, Uzan ailəsi bu tələbi 2003-cü ildən bəri enerjinin qiymətlərindəki artımı və faizləri nəzərə alaraq verib.
Beynəlxalq Təhkim Məhkəməsi Uzanların Türkiyədən böyük miqdardakı təzminat tələbini martın 23-də araşdırmağa başlayıb. Uzan ailəsinin Türkiyədəki bütün mallarına dövlət tərəfindən əl qoyulduğuna görə, məhkəməyə müraciət ailənin Cənubi Kiprdəki «Libananco» şirkəti adından verilib.
MƏHKƏMƏYƏ İFADƏ VERƏNDƏN SONRA YOXA ÇIXDI
2003-cü ildən bəri İnterpol tərəfindən axtarılan Uzan ailəsinin kiçik oğlu Hakan Uzan martın 21-də Parisə gələrək orada yaşayan böyük qardaşı Cemlə görüşüb və məhkəməyə ifadə verəndən sonra yenidən izini itirib.
Hakan Uzanın Parisə gəlib sərbəst ifadə verə bilməsi üçün İnterpol onun axtarışı qərarını 8 günlüyə dondurub. Qərarın dondurulmasına Türkiyənin etirazı nəzərə alınmadığı kimi, Hakan Uzanın yaxalanması üçün Türkiyənin Fransadan etdiyi tələb də nəticəsiz qalıb.
Dekabr ayında gizli şəkildə Fransaya qaçan Cem Uzan isə məhkəmədəki işləri vəkilləri ilə oradan təqib edir.
Türkiyənin ən varlı ailələrindən olan Uzan ailəsinin böyük oğlu Cem 2002-ci ildə Gənc Partiyanı yaradaraq siyasətə girmiş, həmin il noyabrın 3-də keçirilən seçkidə partiya 7.5% səs alsa da, 10-%-lik ölkə baryerini keçə bilməyərək Məclisdən kənarda qalmışdı. Gənc Partiyanın siyasət səhnəsinə çıxması Doğru Yol və Milliyyətçi Hərəkat partiyalarının da Məclisə girə bilməməsinə və AKP-nin təkbaşına iqtidara gəlməsinə səbəb olmuşdu.
3000 ŞÜŞƏ BAHALI ŞƏRABI DA XƏZİNƏYƏ TƏHVİL VERİLMİŞDİ
Uzanların sahib olduğu İmar Bankının dövlət xəzinəsinə borclu olduğunu irəli sürən Borclar Fondu 2003-cü ilin yayından başlayaraq, başda İmar Bankı olmaqla, ailənin bütün şirkətlərinə əl qoymuşdu. Bu çərçivədə hətta Cem Uzanın 3000 şüşə bahalı şərabı da xəzinəyə təhvil verilmişdi.
Satışa çıxarılan Star TV kanalını «Doğan» media holdinqi, «Star» qəzetini isə hökumətə yaxın bir iş adamı almışdı.
Ata Kemal Uzan və kiçik oğul Hakan Uzan xaricə qaçmış, Türkiyənin tələbi ilə İnterpolun onlar barədə çıxardığı həbs qərarı nəticəsini verməmişdi.
Türkiyədə qalan Cem Uzanın siyasi fəaliyyəti xeyli zəifləmiş və keçən ilin dekbar ayında gizli şəkildə Fransaya qaçmışdı.
Türkiyə Cənubi Kiprdəki «Libananco» şirkətinin beynəlxalq məhkəməyə müraciətini əvvəlcə ciddi qarşılamasa da, sonradan Uzan ailəsi ilə konsensus yolları axtarılmış, ancaq Cem Uzan dövlətdən gələn uzlaşma təkliflərini rədd etmişdi.
Mütəxəssislər 23-25 martda Parisdə başlayan məhkəmə prosesinin Uzan ailəsinin ümidini artırdığına görə, onların Türkiyədən tələb etdikləri təzminatın miqdarını 100 milyard dollara çıxardıqlarını bildirirlər.
Parisdəki məhkəmə 1 iyulda Türkiyə dövlətinin təmsilçilərini və Uzan ailəsinin vəkillərini dinləyəcək. Ondan sonrakı 60 gün içində isə məhkəmənin hökmü elan ediləcək.
Əgər məhkəmə Türkiyəni cərimələsə və ən yüksək etiraz instansiyası bu qərarı təsdiqləyərsə, dövlətin bu cəzanı ödəməkdən başqa çarəsi qalmayacaq.
Parisdəki məhkəmə davam edərkən, İstanuldakı ağır cəza məhkəməsi Kemal, Cem və Hakan Uzana «sənədlərdə saxtakarlıq və fırıldaqçılıq etdiklərinə» görə, 23 il həbs cəzası verib.