Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:09

«Anti-Amerika siyasətinin arxasında hakim zümrənin maraqları durur»


Zəfər Quliyev
«Prezidentin çıxışında siyasi barter elementləri var idi».

Bunu politoloq Zəfər Quliyev deyib. «İşdən sonra»da ABŞ və Azərbaycan arasında baş verənlərdən danışılıb.

Z.Quliyev deyir ki, prezidentin Nazilər Kabinetindəki çıxışında siyasi barter elementi var idi:

- Prezident Minsk qrupundan və ABŞ-dan narazılığını bildirdi. Azərbaycan narahatdır ki, ABŞ obyektiv mövqe tutmur. «Cənub dəhlizi» ilə bağlı barədə danışanda isə dövlət başçısı çalışdı göstərsin ki, Azərbaycan bu məsələdə çox maraqlıdır. Burada siyasi barter elementi var. Azərbaycan Amerikaya göstərmək istəyirdi ki, siz Qarabağ məsələsində kömək edin, obyektiv olun, biz də «Cənub dəhlizi» məsələsində nə lazımdır, onu da edək.

Politoloq Zərdüşt Əlizadə isə deyib ki, anti-Amerika siyasətinin arxasında hakim zümrənin maraqları durur:

- Çünki Amerika qəzeti Dubay mülklərindən yazıb. Bütün bu mövqenin arxasında həmin məqalə durur. Azərbaycan bu səbəbi deyə bilməz, belədə isə o dəqiqə Qarabağ, vətənpərvərlik yada düşür.

«Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan sadəcə ABŞ-ın yeni administrasiyasının insan haqları ilə bağlı tələblərinə qarşıdır:

Zahid Oruc
- Obama istəsə belə Amerikanın vahid xarici siyasətindən kənara çıxa bilməz. Bu Obama dövründən başlayan siyasət deyil. Bu mənada Obamanın Dağlıq Qarabağ siyasəti Corc Buşun Dağlıq Qarabağ siyasətindən ciddi fərqlənmir. Azərbaycan Buşa ciddi yanaşırdı, çünki onlar demokratiya məsələsinə diqqət yetirmirdi, amma Obamanı tənqid edirlər, ona görə ki, son zamanlar tələblər artıb.

«Ana Vətən» Partiyasının sədr müavini, deputat Zahid Oruc isə deyib ki, bütün mövqelər sonda ABŞ-Azərbaycan prezidentlərinin görüşü ilə nəticələnəcək:

- Hesab etmirəm ki, Azərbaycan birtərəfli qaydada ABŞ–la münasibətdə soyuqlaşmaya getmək niyyətindədir. Bu mövqelər rəsmi diplomatik korpuslar vasitəsilə Ağ Evə çatdırılmaqla yaxın dövr üçün ABŞ və Azərbaycan rəhbərlərinin görüşünə səbəb olacaq.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU:

Novruz Məmmədov: «Azərbaycanın təcrid edilməsi Cənubi Qafqaza sabitlik gətirə bilməz»

Ağır çəkili dünya çempionu ilə həvəskar boksçunun rinqi

Türkiyə İlham Əliyevə kömək edə biləcəkmi?
XS
SM
MD
LG