Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:51

Neft-qaz zənginlərinin BÖYÜK dərdi...


Qatar təsdiqlənən qaz ehtiyatlarına görə dünyada 3-cü yeri tutur
Qatar təsdiqlənən qaz ehtiyatlarına görə dünyada 3-cü yeri tutur
«İnternational Herald Tribune» qəzetində «Nefti bol, can-sağlığı olmayan və ləng dəyişənlər» başlıqlı yazıda İran körfəzinin varlı dövlətlərindən Qatar haqqında söz açılır.

Qatar adambaşına düşən milli gəlirə görə dünyada ən zəngin ikinci dövlətdir. Qatar təsdiqlənən qaz ehtiyatlarına görə dünyada 3-cü yeri tutur.

Amma zənginlik heç də hər şey deyil. Qatar bu qədər imkanlarına baxmayaraq, dünyanın ən çox artıq çəkili, piylənmədən əziyyət çəkən insanlarının, şəkər xəstələri və genetik qüsurlu adamların da yaşadığı ölkələrin başında gəlir.

PİYLƏNMƏ ÜZRƏ DÜNYA LİDERİ

Artıq çəki, piylənmə ilə bağlı xəstəlikləri araşdıran Beynəlxalq Assosiasiyanın rəqəmlərinə əsasən, Qatar dünyada gənclər arasındakı bu göstəricilərə lider mövqe tutur: altıncıdır.

Qatarlı qadınların 73, kişilərin isə 69 faizi piylənmədən əziyyət çəkir.

Bu baxımdan Qatar hətta sözügedən reytinqlərdə liderlər qrupunda olan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərini də qabaqlayır.

ŞƏKƏRLİ DİABET ÜZRƏ LİDERLİK


Beynəlxalq Diabet Assosiasiyasının rəqəmlərinə görə isə, Qatar 20 – 79 yaş arasındakı diabet xəstələrinin sayına görə də, dünya üzrə liderlər qrupundadır. Son ilin göstəricilərinə əsasən, Qatar diabetli xəstələrin sayının ümumi əhalinin sayına nisbətdə dünyada 5-cidir.

ANADANGƏLMƏ QÜSURLU XƏSTƏLƏRİN SAYINA GÖRƏ, 16-CI

Qatarlıların başqa bir problemi də, genetik qüsurlu insanların - yəni, anadangəlmə müxtəlif fiziki və əqli çatışmazlığı olan insanların sayının ildən-ilə artmasıdır.

Son dərəcə yüksək həyat və səhiyyə imkanlarına baxmayaraq, Qatar hər 1000 doğuşa düşən anadangəlmə çatışmazlıqların sayına görə, dünyada 16-cıdır.

Niyə?

YEYİB-YATMAQ ƏNƏNƏDİR

Qətərin paytaxtı Doha
1.6 milyon Qatar əhalisinin ancaq 250 minini əslən qatarlılar təşkil edir. Qalanları isə başqa ölkələrdən bura işləməyə gələnlərdir. Çünki, qatarlıların təbii sərvətləri o qədər çoxdur ki, işləməyə ehtiyacları yoxdur. Odur ki, elə yeyib-yatırlar.

Qatardakı Tibb Mərkəzindən Castin Qrensam deyir ki, qatarlılar hətta adi fiziki işləri də qulluqçularına gördürürlər, özləri yaxşı sərinlədilmiş və ətrafları müxtəlif ləziz nemətlərlə dolu evlərdə dincəlməyi sevirlər. Bu həyat tərzi, yəni yeyib-yatmaq onların həddindən artıq piylənməsinə səbəb olur.

YEMƏMƏK GÜNAHDIR


Qatarda yeyib-yatmaq sözün əsl mənasında işlənir. Çünki burda yeməmək, az qala, günahdır. Məsələn, 22 yaşlı qatarlı bir xanım deyir ki, o hətta tox da olsa, elə indicə yesə də, kiməsə qonaq gedəndə və ya hardasa görüşəndə də yeməyə məhkumdur. Çünki, yeməkdən imtina və stolun üstünə yığılan nemətlərdən dadmamaq ev yiyəsini və ya qarşısındakını təhqir etmək deməkdir.

PİYADA GƏZMƏK AYIBDIR

Qatarlıların başqa bir problemli adəti isə piyada gəzməməkdir. Qatarda yayda temperatur 41 dərəcəyə qədər yüksəlir deyə, burdakı şəhərlərin keçələrində piyada gəzənlər çox olmur. Qatarlılar hətta ən qısa məsafələri belə, sürücülərinin idarə etdiyi kondisionerli lüks avtomobillərdə getməyi xoşlayır. Bu adət o qədər geniş yayılıb ki, indi Qatarda piyada gəzmək ayıb sayılır.

QOHUM NİKAHLAR


Amma, qatarlılar özləri bunu etiraf eləməsə də, burdakı həkimlər bildirir ki, anagəlmə çatışmazlıqlar, köklük, şəkər kimi xəstəliklərinin yayılmasının səbəblərindən biri də qohum nikahlardır.

Moza əl-Malki, ailə həkimi və yazıçı qəzetə bildirib ki, «Qatarda bir çox ailələr var ki, başqa ailədən qız alıb-qız vermək fikrini yaxına da buraxmırlar. Burda yaxın qohumların bir-biriylə evlənməsinin ailənin gələcəyinə, doğulan uşaqlara yaradacağı təhlükə haqda danışmaq da yasaqdır. Bu yasağı pozmaq olmaz».
XS
SM
MD
LG