Ermənistan prezidenti Serj Sarkisyan aprelin 22-i axşam xalqa müraciətində Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair ötən ilin oktyabrında imzalanmış protokolların parlamentdə təsdiqiq prosesinin dondurulduğunu elan edib.
Sarkisyan bunu Türkiyənin protokolları ilkin şərt olmadan ratifikasiya etməyə hazır olmaması kimi izah edib. Sarkisyan qeyd edib ki, protokollar həmçinin “ağlabatan” müddətdə parlamentdə təsdiq edilməli idi. Ermənistan üçün də bu “ağlabatan müddət” artıq başa çatıb.
Sarkisyan dondurma qərarının üçüncü səbəbi kimi də “Türkiyə-Ermənistan dialoqunda qəbuledilə bilməyən ifadə və üslüb tərzləri”ni göstərib.
Sarkisyan qeyd edir ki, Təhülkəsizlik Şurasında və hökumət koalisiyasında müzakirələrdən sonra belə qərara gəliblər ki, Ermənistan ümumiyyətlə Türkiyə ilə normallaşma prosesindən çıxmasın. Sadəcə olaraq buna dair protokolların parlamentdə təsdiqi prosesi dayandırılsın. Yəni, Ermənistan Türkiyə ilə protokollara atdığı imzanın arxasında dayanır və hesab edir ki, normallaşma imkanlarının qorunmasını arzu edir.
Ermənistan prezidenti dünya ictimaiyyətinə də elan edir ki, 2008-ci ilin sentyabrında Türkiyə ilə Ermənistan milli futbol komandaları arasında görüşlə başlamış iki ölkə arasında münasibətlərin qurulması prosesi bu mərhələdə dayanır.
Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri keçən ilin oktyabrında ölkələri arasında diplomatik əlaqələrin qurulması və sərhədin açılmasına dair iki protokol imzalayıblar. Bu protokollar hər iki ölkədə parlamentlərin təsdiqindən sonra qüvvəyə minməlidir.
Türkiyə bildirir ki, protokollarda həm də regional sülh yaradılması nəzərdə tutulur. Regional sülhü də Qarabağ münaqişəsinin həlli olmadan mümkün deyil. Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildə Azərbaycan torpaqlarının işğaılna görə bağlanıb. İndi bu münaqişənin həlli istiqamətində bir irəliləyiş olmadan sərhədin açılmasına dair protokolları Türkiyə parlamentinin təsdiq etməsi mümkün deyil.
Protokollara Ermənistanın da iradları var. Yerevan hesab edir ki, protokollarda nəzərdə tutulmuş erməni soyqırımı iddialarını aradşrımaq üçün hər iki tərəfdən mütəxəssislərdən ibarət birgə komissiyanın yaradılması yolverilməzdir. Ermənistan prezidenti Serj Sarkisyan dəfələrlə bildirib ki, heç vaxt bu soyqırım dedikləri hadisəni sual altına alan hərəkətlər edə bilməzlər.
Ermənistan aprelin 24-nü “soyqırım qurbanlarını anım günü” kimi qeyd edir.
Sarkisyan bugünlkü xalqa müraciətində Türkiyəni həm də həmişə prosesləri bugünün önəmini azaltmaq istiqamətində aparmağa çalışmaqda ittiham edir.