KEÇİD DÖVRÜNÜN TƏLƏBLƏRİ
Kommunizmdən demokratiyaya keçiddə ən geniş yayılan tədbirlər və demək olar ki, bu keçidi həyata keçirən bilən bütün dövlətlərdə qeydə alınan tədbirlər bunlar idi:
1. Kommunist partiyalarının bir müddətliyinə qadağan edilməsi;
2. Öncəki rejimə məxsus bütün abidələrin, yadigarların məhvi, adların dəyişdirilməsi;
3. Keçmiş kommunist partiyası liderləri, gizli polis və xüsusi-xidmət orqanlarının rəhbərlərinin Sovet rejimi dövründə törədilən cinayətlərə görə məsuliyyətə cəlb olunması: Polşada General Voyzex Yaruzelski, Şərqi Almaniyada Kommunist Partiyasının baş katibi Erix Honeker, Ştazi gizli polis orqanının rəhbəri Erix Mielke, Çexiyada keçmiş liderlər, Rumıniyada Çaueskinin edamı və s.;
4. Kommunizm rejimini qurbanlarının bəraət alması, reabilitasiyası və və maliyyə təzminatlarının ödənməsi;
5. Gizli polis və ya xüsusi-xidmət orqanlarının arxivlərinin açılması;
6. Yeni qurulan dövlətin keçmiş kommunistlər və əlaltılarından təmizlənməsi;
7. Kommunistlərin müsadirə etdiyi əmlakların tarixi sahiblərinə qaytarılması.
Bunlardan ən vacibi də - təmizlənmə, paklaşma proqramları idi. Təmizlənmə proqramlarının mahiyyəti belədir ki, əgər kimsə, öncəki kommunist rejimində yüksək vəzifələr tutubsa, həmin rejimə qulluq edibsə və ya gizli polis və ya KQB ilə əməkdaşlıq edibsə, çuğulçuluq, xəbərçiliklə məşğul olubsa, yeni qurulan dövlətdə vəzifələr tuta bilməz. Və yeni cəmiyyət belələrindən təmizlənməlidir.
Bu qanunlar həm də yeni qurulan hakimiyyətlərin ədaləti bərpa etmək cəhdləri də adlandıırla bilərdi.
TƏMİZLƏNMƏ NECƏ HƏYATA KEÇİRİLİRDİ?
ŞƏRQİ ALMANİYA
Berlin divarının yıxılmasından sonra Qərbi Almaniya ilə birləşmək istəyən Şərqi Almaniya qarşısında qoyulan şərtlərdən biri də kommunizm rejiminin qalıqlarının məhv edilməsi idi.
Bundan ötrü Şərqi Almaniyada gizli polis (Ştazi) və Almaniya Kommunist Partiyasının üzvlərinə hər hansı ictimai vəzifələr tutmaq qadağan edildi.
Təmizlənmə proqramına əsasən gizli polis və ya kommunistlərlə əməkdaşlıq edənlərə düz 15 il müddətinə onminlərlə vəzifəni tutmaq qadağan edilmişdi. Proqram sadəcə gizli polisdə və ya kommunist partiyasında yüksək vəzifə tutanlara yox, adi xəbərçilərə də tətbiq edilirdi.
Üstəlik, belələrinə hətta müəllim, həkim işləmək də qadağan edilirdi. Bu proqramın tətbiqindən sonra təkcə Saksonoya federativ ərazisində orta məktəb müəllimlərinin ¼-i, 13500-ə qədəri işdən çıxarıldı.
Nəticədə təmizlənmə proqramı birləşmiş Almaniyada işsizlərin sayının artmasına səbəb olsa da, artıq heç kim digər iş yoldaşını nə vaxtsa gizli polisə işləməkdə, çuğulçuluq eləməkdə və ya kommunist olmaqda ittiham etmirdi. Çünki az qala bütün sistemlər belələrindən təmizlənirdi.
Nəzərə alanda ki, alman gizli polisinin informatorlarının sayı 6 milyon nəfər idi (Şərqi Almaniyanın 18 yaşından böyük əhalisinin az qala yarısı), nə qədər adamın təmizləndiyini təsəvvür eləmək asanlaşır.
2006-cı ildə qəbul edilən qanuna görə, Almaniyada hər kəs özü haqda gizli polisdə yığılan məlumatları əldə edə, onu kimlərin güddüyünü, kimlərin onu satdığını öyrənə bilər.
Amma heç kimə, məhkəmə qərarı olmadan və həmin şəxsi xəbərdar etmədən, bir başqasının keçmişi haqda məlumatları əldə etməyə icazə verilmir.
ÇEXİYA / SLOVAKİYA
Çexiya da Şərqi Almaniya kimi təmizlənmə qanununu tez qəbul edən ölkələrdəndir. 1991-ci ilin oktyabrında, kommunist rejiminin çökməsindən dərhal sonra parlamentin qəbul elədiyi və bu günə kimi qüvvəsi uzadılan qanuna görə, Çexiyada ictimai vəzifə tutmaq istəyən istənilən şəxs keçmişdə kommunist rejimi və ya xüsusi xidmət orqanları ilə əməkdaşlıq eləmədiyi haqda arayış təqdim etməlidir.
Gizli polis - STB ilə əməkdaşlıq edən və ya kommunist partiyasının üzvü olanlara 5 il müddətinə ictimai vəzifələr tutmağa qadağa qoyulmuşdu. İctimai vəzifələr dedikdə, hətta akademiyada alimlik, xəstəxanada həkim və ya qəzetdə jurnalist kimi çalışmaq da nəzərdə tutulur.
Təmizlənmə qanununun qəbulundan keçən ilk 10 il ərzində 345 min nəfər Çexiya vətəndaşı özü haqqında Daxili İşlər Nazirliyindən arayış istəyib və ancaq 3 faizə yaxının keçmiş günahları üzə çıxıb.
Çexoslovakiya gizli polisinin agentləri və xəbərçilərinin ümumi sayı isə 700 minə yaxındır.
Çexiyada da Almaniyada olduğu kimi, vətəndaşlar ancaq özləri haqda məlumatları arxivlərdən istəyə bilərlər.
Çexiya və Slovakiya ayrılandan sonra bu qanunun qüvvəsi Slovakiya ərazisində dondurulub.
MACARISTAN
Macarıstanda təmizlənmə proqramını kommunizm rejiminin iflasından sonra qəbul etmək cəhdləri olsa da, qanun ancaq 1994-cü ildə qəbul edilib. Amma bu qanunun digər ölkələrin qanunlarından bir önəmli fərqi olub.
Macarıstanlılar cəmiyyətlərini ancaq kommunistlər və gizli polisin xəbərçilərindən yox, həm də 1956-cı ildəki macar inqilabını satanlardan və 1941-45-ci illər arasında mövcud olan faşist rejiminə qulluq edənlərdən təmizləmək üçün qanun qəbul ediblər.
Ancaq Şərqi Almaniya və Çexiyaya görə, bu qanun yetərincə məhdud idi. Cəmiyyətdəki bütün vətəndaşlara yox, ancaq vəzifə tutmaq istəyən vətəndaşlara aid olunurdu. Hakimiyyət, ordu, polis, dövlət komitələri, səfirlər, ali təhsil müəssisələri və kütləvi informasiya vasitələrində vəzifə tutmaq istəyənlər öz keçmişləri barədə «təmiz» arayışı gətirməliydilər.
Gizli polis və kommunist rejimində vəzifə tutan adamlara, informatorlara bu vəzifələri tutmaq qadağan edilib.
Qanunun qüvvəsi sosialistlər hakimiyyətə gələndə 2 illiyinə dondurulsa da, sonradan yenidən uzadılıb və günümüzə qədər qüvvədədir.
POLŞA
Digər ölkələrə baxanda Polşada təmizlənmə proqramıyla bağlı vəziyyət fərqli olub. Burda qanun qəbulu 1997-ci ilə qədər yubanıb, üstəlik, qanun da qəbul ediləndən iki il sonra qüvvəyə minib.
Və bu müddətdə Polşada prezidentlər, nazirlər belə bir-birlərini keçmiş KQB və ya gizli polis agenti olmaqda ittiham ediblər, məhkəmə prosesləri və istefalar yayılıb.
Polşa parlamentinin qəbul elədiyi qanun da daha çox macarların qanununa bənzəyib, nəinki alman və çexlərin. Çünki bu qanunun qüvvəsi də çox məhdud olub və ancaq yüksək vəzifə sahiblərinə aid edilib.
Polşada təmizlənmə proqramı könüllülük prinsipinə əsaslanıb. Əgər, hər hansı bir şəxs, yüksək vəzifə tutmaq istəyirsə, Daxili İşlər Nazirliyindən keçmişiylə bağlı arayış təqdim etməlidir. Amma əgər hər hansı namizəd könüllü şəkildə bu cür əməkdaşlığa yol verdiyin etiraf edirsə, ona qarşı sanksiya tətbiq edilmir. Ancaq öz keçmişi haqda yalan məlumat verənlərə 10 il müddətinə vəzifələr tutmaq qadağan edilir.
Polşada qanunla hər 4 vəzifədən birinə bu cür arayış tələb edilsə də, reallıqda ancaq 85 nəfər Polşa məhkəməsi qarşısında öz keçmişinə görə cavab verməli olub.
Bu proqram rəsmən 1999-cu ildən tətbiq olunsa da, o vaxta kimi qeyri-rəsmi ittihamlar üzündən də insanlar məhkəməyə baş vurub öz keçmişlərini təmizləməyə, günahsız olduqlarını sübuta yetirməyə çalışıblar.
1992-ci ildə Oljevski, 1996-cı ildə isə Yozef Oleksiyin keçmişdə gizli polisə işləməsi ititihamalarından sonra baş nazir vəzifəsindən istefa verməli olublar. Polşanın iki prezidenti – Lex Valensa və Aleksandr Kvaşnevskinin təmiz olması və gizli polisə işləməməsi məhkəmə araşdırmasından sonra məlum olub və onlar vəzifədə qala biliblər.