Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:42

Müsavat fəalı Tural Abbaslı 10 gün həbs cəzası alıb


Tural Abbasli, chief of Musavat Youth Organization
Tural Abbasli, chief of Musavat Youth Organization

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı 10 gün həbs cəzası alıb. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov deyib:

«Polis onu ictimai asayişi pozduğuna görə saxlayıb, sənədləri ilə birlikdə məhkəməyə verib. Məhkəmə ona 10 sutka həbs cəzası verib, harada saxlandığını bilmirəm, yəqin təxridxanada olar».

Bununla belə E. Zahidov Turalın ictimai asayişi nə zaman pozduğuna aydınlıq gətirməyib.

Müsavat Partiyasının fəalı T. Abbaslını aprelin 29-da, saat 11 radələrində özünü təqdim etməyən mülki geyimli şəxslər aparıb.

O, ötən il Dövlət Neft Akademiyasında baş vermiş qətliamın ildönümü ilə əlaqədar aprelin 30-da keçirilməsi nəzərdə tutulan gənclərin etiraz aksiyasının təşkilatçısıdır. Müsavat Partiyası hesab edir ki, hakimiyyət rəsmiləri onu məhz bu aksiyaya mane olmaq üçün saxlayıb.

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Hazırda bu hadisə ilə bağlı məhkəmə araşdırması gedir.
XS
SM
MD
LG