Azərbaycana lövhə şüşələr gətirən iş adamı Ədalət Abbasov Bakı Baş Gömrük İdarəsində korrupsiya və süründürməçilik olduğunu deyir. Bildirir ki, əvvəllər də gətirdikləri mal qeydiyyata alınandan sonra günlərlə gömrükdə saxlanırdı. İndi isə malın Yük Gömrük Bəyannaməsini çətinliklə qeydiyyata alırlar:
“Biz malın Yük Gömrük Bəyannaməsini hazırlayırıq, amma Bakı Baş Gömrük İdarəsində onu qeydiyyata saldırmaq üçün adam tapa bilmirik. İdarədə bəyannamənin hara verilməsilə bağlı istiqamət verəcək kiçik bir tablo belə yoxdur. Soruşuruq bəyannamə hara verilməlidir, hamı işarə edir ki, Maliyyə Tarif Şöbəsinin rəisinə verin. Gedirik rəisin otağına və rəis həmin sənədin arxasına hansısa işərə qoyur və ondan sonra malın bəyannaməsi qeydiyyata alınır. İşarə olmayan bəyannaməni isə idarədə heç kim qəbul etmir.”
Ədalət Abbasov hesab edir ki, bu tamaşa sahibkardan necə pul almaq üstündə qurulur. Dediyinə görə gömrük brokeri adı altında fəaliyyət göstərən qeyri-rəsmi adamların icazəsi olmadan heç bir rəsmi şəxs malın buraxılmasına icazə verə bilmir. Rüşvət verməmək üçün isə bircə yolları qalır: “Gətirdiyimiz malı həmin o brokerlərə satmaq məcburiyyətində qalırıq. Düzdür, əvvəllər bəzən gətirdiyimiz malı özümüz bazara çıxara bilirdik, amma indi bu mümkün deyil.”
Bakı Baş Gömrük İdarəsində isə sahibkarın dediklərinin yalan olduğunu bildirdilər. İdarənin növbətçi hissəsinin rəisi Əhməd Xankişiyev deyir bütün narazılıqlar bəzi sahibkarların gömrük qanunvericiliyini bilməmələrindən irəli gəlir:
“Problemlər həmişə qalxır, hamısı da qanunvericiliyi bilməməyə görədir. Bəzən bizim inspektorların da bütün məsələləri izah eləməyə səbrləri çatmır. Uzun məsələdir, onu hamıya aydınlaşdırmaq olmur. Sahibkar da gəlir ki, mal gətirmişəm buraxmırlar. Bəzən də brokerlər sahibkarlarla nə isə danışırlar, sahibkarlardan nə isə istənilir, bütün bunların hamısının dalınca qaçmaq olmur axı”.
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Nazim Məmmədov isə sahibkarların gömrükdə problemlərlə üzləşmələrinin səbəblərini sahibkarların özündə görür. Onun sözlərinə görə, sahibkar malını tez bazara çıxarmaq üçün hansısa yollara əl atır. Deputat onu da bildirir ki, sahibkarlar millət vəkillərinə yazılı müraciət etsələr, bu şikayətləri araşdıra bilərlər.
Bu mövzuda polemikanı dinləyin.