Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:58

Cənub bölgəsində 387 AIDS daşıyıcısı var


Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında 387 AIDS daşıyıcısı var. Bu barədə AzadlıqRadiosuna Lənkəran Recional HİV və QİÇS laboratoriyasının baş həkmi Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, son on ildə təkcə Lənkəranda 43 nəfər AIDS xəstəsi vəfat edib.

İbişov deyir ki, ötən il ən çox QİÇS xəstəsi Astara və Lənkəran rayonlarında aşkarlanıb. Bir il ərzində Astarada 26 nəfər, Lənkəranda isə 25 nəfər AIDS xəstəsi qeydə alınıb.

AIDS xəstələrinin 60-70 faizi narkomanlardır. Lənkəranda rəsmi olaraq 1690 nəfər narkoman qeydiyyatdadır.

Bəzi ekspertlər Azərbaycanın cənub bölgəsinin narkotik maddələrin daşınmasında tranzit rolunu oynadığını bildirirlər.
XS
SM
MD
LG