Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:02

Avronu qorumağa 1 trilyon dollar pul


Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Avropada borc böhranı ilə mübarizəyə demək olar ki, 1 trilyon dollar ayırırlar. 957 milyard dolların 636 milyardını (435 milyard avronu) Avropa Birliyi bu gün ayırdı, 321 milyardını isə yaxın günlərdə Beynəlxalq Valyuta fondu ayıracaq.

«Bu kömək avronun güclənməsi və müdafiəsi deməkdir. Biz qeyri-adi vəziyyətdə avronu qoruyuruq. Bizim vətəndaşlara gəldikdə, biz Almaniya xalqının pulunu qoruyuruq».

Bunu Almaniya kansleri Anqela Merkel Berlində deyib.

«AVRONU NƏYİN BAHASINA OLURSA, OLSUN, QORUYACAĞIQ»


Avropa Birliyinin ayırdığı pulun miqdarı gözləniləndən xeyli çox olub. Avropa Birliyinin qərarı 11 saat çəkən müzakirələrdən sonra verilib.
Birliyinin monetar siyasət komissiyasının sədri Olli Reyn deyib ki, «biz avronu nəyin bahasına olursa, olsun, müdafiə edəcəyik».
Qərardan sonra dünya birjalarında avronun dollara nisbətən məzənnəsi 1,27-dən birdən-birə 1,30-a qalxıb.

Reyn ayrılan pulun belə çox olmasını iki cür izah edib. O deyib ki, borc böhranı ilə mübarizədə sabitləşdirici fond və ölkələri son həftələrdəki «spekulyativ hücumlardan» qorumaq həlledicidir.

Reyn möhtəkir hücumları qarşısında zəif ölkələr kimi İspaniyanın və Portuqaliyanın adını çəkib. Bəziləri sırada İtaliyanın olduğunu da deyirlər.

Ayrılan pulun çoxluğunu siyasi addım kimi də qiymətləndirirlər. Çünki Yunanıstandakı iğtişaşlardan, Amerikada keçən həftəki birja enişindən sonra belə şübhələr yarana bilərdi ki, Avropa Birliyi borc böhranı ilə bacara bilmir.

SARKOZİ MOSKVAYA - QƏLƏBƏ PARADINA NİYƏ GETMƏDİ?

Avronun müdafiəsi son günlər hətta ən böyük siyasi hadisələri də arxa plana keçirib. Məsələn, 9 May Qələbə bayramına niyə Almaniya kansleri Merkel gəlmişdi, müharibə vaxtı SSRİ-nin müttəfiqi olan Fransanın prezidenti isə gəlməmişdi?

Fransa prezidentinin ofisi xəbər verib ki, bazar günü Moskvada parad olanda Sarkozi öz nazirlər kabineti ilə strateji toplantı keçirib. Prezident aparatı rəsmisi deyib:

«Əsas məsələ avrodur və avrozonadır. Biz bazarlara aydın siqnal verməliyik».

«Financial Times» qəzeti isə yazır ki, Yunanıstanın borc böhranı ətrafındakı vəziyyəti təkcə Avropa yox, Amerika da diqqətlə izləyir.

Çünki ola bilər, Amerika ikinci Yunanıstan olmasın, ancaq Kaliforniya ola bilər.

Yunanıstan dərsi nə deyir? Hökumət imkanından çox borc alanda Yunanıstanın vəziyyətinə düşür. Bu baxımdan Kaliforniya Yunanıstan etdiyini edib. Ancaq Avropanın Yunanıstan üçün etdiyini Birləşmiş Ştatlar Kaliforniya üçün etmək fikrində deyil. Bunu «Financial Times» qəzeti yazır.
XS
SM
MD
LG