Dimitri Medvedev mətbuat konfransında Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinə toxunub.
O bildirib ki, Rusiyayla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla , Qafqaz regionunda sabitliyin möhkəmlənməsində maraqlıdılar və biz öz tərəfimizdən mütün mümkün imkanlar və Rusiyanın nüfuzundan istifadə edərək bu prosesi irəli aparacağıq.
Dimitri Medvedev həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında tərəflərin bir araya gələcəklərinə ümidlə yanaşdığını qeyd edib.
Medvedev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya-Türkiyə əməkdaşlıq şürasının ilk iclasını da keçirəcək.
Səfər zamanı neft və qaz sahələri də daxil olmaqla tərəflər arasında 20-dən çox razılşama, o cümlədən Türkiyənin Aralıq dənizi sahillərində 4 nüvə reaktorunun tikintisi ilə bağlı sənəd imzalanacağı gözlənilir.