Özbəkistanın şərqində Əndican şəhərində qanlı toqquşmalara səbəb olmuş kütləvi etiraz aksiyalarından beş il keçir. O zaman İslam Kərimov rejimi şəhərdə bir neçə gün davam edən hökumət əleyhinə etiraz aksiyası iştirakçılarına atəş açmış, «Əndican qırğını» baş vermişdi.
Amma hələ də məlum deyil ki, bu mitinqin zorakılığa çevrilməsinin səbəbi nə idi, nə qədər adam həlak olmuşdu?
AzadliqRadiosu bu hadisələrlə bağlı hələ cavabı məlum olmayan suallara nəzər salır:
MİTİNQLƏRƏ SƏBƏB NƏ İDİ?
2005-ci il mayın 13-də qanlı toqquşmalara səbəb olmuş mitinqlərin səbəbi kimi haqsızlıq, din, kasıblıq və repressiyalar kimi problemlərin toplusu qeyd edilə bilər. Əlbəttə, hadisələrin başlanmasına da bir qığılcım olmalı idi. Bu da 23 nəfər yerli iş adamının həbsi idi. Sakinlər onların azadlığa buraxılmalarını tələb edir, hakimiyyət isə bu adamları qadağan edilmiş «Akramiyə» islamçı təşkilatı ilə əlaqədə və separatçılıqda ittiham edirdi.
Mitinqlərə səbəb kimi hakimiyyət daxilindəki klanların mübarizəsini, həmin dövrdə Qırğızıstanda baş vermiş rəngli inqilabı göstərənlər də var.
360 min nəfərin yaşadığı Əndican Fərqanə vadisində - Qırğızıstanla sərhədin cəmi 30 kilometrliyində yerləşib.
«AKRAMİYƏ» NƏDİR?
Özbəkistan rəsmiləri bu təşkilatı ölkədə islam dövləti qurmaq istəyən qruplaşma kimi təqdim edir. Amma bu qrupu xeyriyyə təşkilatı, iş adamlarında topladığı üzvlük haqları hesabına üzvlərinin problemlərini həll edən bir təşkilat kimi tanıdanlar da var.
«Akramiyə» təşkilatının üzvləri AzadlıqRadiosuna bildiriblər ki, onların yerli hakimiyyət orqanları ilə yaxşı əlaqələri olub, hətta, bəzən onlara rüşvət də veriblər. Amma bu cür yaxın münasibətləri korlayan səbəbin nə olduğu hələ aydın deyil.
«Akramiyə»ni 1992-ci ildə Əndicanda 29 yaşlı bir riyaziyyat müəllimi Akram Yuldoşev qurub. Amma 1999-cu ildə onu həbs edərək 17 il azadlıqdan məhrum ediblər.
2005-ci ildə mitinqlərin başlanmasına görə hökumət «Akramiyə»dən başqa, insan haqları fəallarını, xaricdəki müxalifət fəallarını, müstəqil medianı Özbəkistan təhlükəsizlik qüvvələrinin ən azı bir agentini ittiham ediblər. Amma Rusiya mətbuatında belə fikirlər var ki, 2005-ci ildə «Akramiyə» ümumiyyətlə, mövcud olmayıb. Sadəcə olaraq, hökumət məsələyə islam ekstremizmi donu geyindirmək üçün onun adını bu işə qarışdırıb.
HƏBSDƏN KİMLƏR BURAXILDI?
Hökumət mitinqi dağıtmaq üçün əsasını belə izah edir: mayın 12-də bir qrup adam Əndicanda həbs edilmiş 23 iş adamının saxlandığı həbsxanaya hücum ediblər. Oradan silah oğurlayıb, şəhər məhkəməsinə hücum edib məhbusları, o cümlədən də həmin iş adamlarını azad ediblər. Rəsmilər bu hücumlar zamanı bir neçə həbsxana gözətçisinin qətlə yetirildiyini, bir çox dövlət idarələrinin ələ keçirildiyini bildirirlər.
Amma mayın 12-nə qədər etiraz aksiyası ümumiyyətlə dinc idi, orada silahlı adamlar iştirak etmirdilər. Hələ aydın deyil ki, həmin gecə basqında iştirak edən silahlı adamlar kimlər idi.
2005-Cİ İL MAYIN 13-DƏ NƏ QƏDƏR ADAM HƏLAK OLUB?
Mayın 13-də axşama doğru hökumət qüvvələri mitinq keçirən, aralarında qadınlar və uşaqlar da olan kütləyə tanklar və vertolyotlarla hücum edib, atəş açmağa başlayıb. Bununla da «Əndican qətliamı» deyilən qırğın başlayıb. Həmin vaxt nə qədər adamın həlak olduğu bu gün də mübahisə mövzusudur. Həlak olanların sayı barədə rəsmi məlumatlar belədir: 94 terrorçu, 20 hüquq-mühafizə orqanları əməkdaşı, 11 əsgər, 57 sıravi vətəndaş, 5 nəfər də şəxsiyyəti məlum olmayan adam. Cəmi 187 nəfər.
Amma insan haqları təşkilatları və müxalifət qrupları ölənlərin min nəfərə yaxın olduğunu bildirirlər.
CƏSƏDLƏR HARDADIR?
AzadlıqRadiosunun müxbirləri də daxil olmaqla qaçqınlar və başqa şahidlər deyirlər ki, hökumət qüvvələri qətlə yetirilmiş əsasən qadın və uşaqların cəsədlərini hərbi yük maşınlarına yığaraq Əndicandan çıxarıb, sonra da naməlum yerdə yandırıblar. Bir qədər sonra Əndican sakinləri şəhərin kənarında bir kütləvi məzarlıq aşkar etdiklərini deyiblər. AzadlıqRadiosunun əməkdaşı da 2005-ci il mayın 27-də həmin yerdə 37 cəsədin birlikdə basdırıldığını görüb. Amma rəsmilər kütləvi məzarlıqların olmasını qəbul etməyiblər.
Xarici media və insan haqları müdafiəçiləri deyirlər ki, Əndican hadisələrində qətlə yetirilmiş kişilərin cəsədləri yaxınlarına verilsə də, öldürülən qadın və uşaqların meyidləri üzə çıxarılmayıb.
HƏBS EDİLMİŞ İŞ ADAMLARININ TALEYİ NECƏ OLDU?
Hökumət qüvvələri Əndicana girəndən sonra şəhərin yüzlərlə sakini qonşu Qırğızıstana qaçdı. Oradan da 400 nəfər əndincanlı sonradan Avropaya, Şimali Amerikaya, Avstraliyaya qaçdı.
Əndicanda həbs edilmiş 23 iş adamından bəziləri indi Hollandiya, Finlandiya, İsveç, ABŞ vətəndaşlarıdır. Onlardan biri itkin düşüb, taleyi haqqında məlumat yoxdur. 15 nəfəri Özbəkistanda həbsxanadır. Bir nəfəri isə həbsxanada qeyri-müəyyən şəraitdə vəfat edib.